Konsert. Gənc bir mügənni səhnəyə çıxır. Oxuyur. Zaldan qışqırırlar: "Bir daha !" Yenə oxuyur. Yenə qışqırırlar: "Oxu ! Oxu !" Təkrar oxuyur. Yenə: " Təkrar !" Mügənni: - Bağışlayın. Neçə dəfə oxuyacam ? Mən axı yorulmuşam. - Öyrənənə qədər !
Bir müğənni obirsinə: - Diqqət eləmisən səsim necə də bütün zalı doldurur !!! - Bəli, sən oxumağa başlayanda dinləyircilər zalı boşaltmağa başladılar ki, səsivə yer açılsın !
Barmen tanışına deyir: Çox pis iş olub. Dünən bizim daimi müştərilərimizdən biri vəfat edib. Əla insan idi. Hər gün ən azı 30 stəkan pivə və 2 litr araq içirdi. Nədən ölüb? Heç mən də bilmirəm.
Bərk gedən qaqaşlardan biri o birisindən soruşur: Bah ilə Bethoven haranın lotularıdı ki, belə xod gedirlər. Hamı onlardan danışır. Hə, onlar bizim telefona mahnı yazanlardıda.
Zavodda usta yeni tələbəni öyrədir: Bunu görürsən? Bəli. Bax bunu hər gün səhər saat 8-də açmalısan və axşam saat 6-da bağlamalısan. Başa düşdün? Xeyir Təkrar edirəm. Bunu görürsən? Bəli Hər gün səhər saat 8-də açmalısan və axşam saat 6-da bağlamalısan. Başa düşdün? Xeyir Bir dəfə də başa salıram.Hər gün səhər saat 8-də açmalısan və axşam saat 6-da bağlamalısan. Başa düşdün? A kişi, sən tupoysan? Mən sənə artıq 3-cü dəfədir ki, deyirəm-yox başa düşmədim!