 |
|
 |
|
 |
 |
ABŞ-da keçirilən 10 avtomobil modelinin kreş-testinin nəticələri açıqlandı |
|
 |
 |
 ABŞ Yol Hərəkətinin Təhlükəsizliyi Milli Administrasiyası (NHTSA) 10 model avtomobilin kreş-testinin nəticələrini açıqlayıb. Bu testlər yeni NCAP protokolu üzrə keçirilib və protokol ABŞ-da 2011-ci ildə istehsal ediləcək avtomobillərin modelləri üçün qüvvəyə minəcək.
Qurumun mətbuat xidmətinin məlumatına görə, bu cür sərtləşdirilmiş şərtləri hər bir avtomobil keçə bilməyib. Yanacaq və hibrid mühərriki ilə təchiz olunmuş iki “Toyota Camry” modeli mümkün olan 5 ulduzdan üçünü ala bilib. Həmçinin “Buick Lucerne” avtomobili də üç ulduz alıb. Bundan başqa, bu kreş-testdən daha 5 model – “Lambada” platformasında yığılmış “General Motors”, “Buick Enclave”, “Chevrolet Traverse” və “GMC Acadia”, həmçinin yenilənmiş “Honda Accord” modelləri birtəhər keçə bilib. NHTSA-da qeyd ediblər ki, bu il ötən ildə üstün qiymət alan şirkətlər özünü doğrulda bilməyiblər. Bu il ancaq iki namizəd – “BMW 5 Series” və “Hyundai Sonata” 5 mümkün ulduzu qazanıblar. Qeyd edək ki, ilin sonuna qədər daha 55 müxtəlif model avtomobillər kreş-testlərdən keçəcək.
Qeyd edək ki, kreş testlər avtomobillərin yol qəzalarının imitasiyasıdır və qəza zamanı avtomobilin və sərnişinlərin təhlükəsizliyini ölçmək məqsədilə aparılır. Avtomobildə sərnişin əvəzinə manekenlər quraşdırılır . Qəza anı baş verənlər avtomobildə qoyulan xüsusi sensor qurğular vasitəsilə qeydə alınır və qiymətləndirilir.
Mənbə: bbm.az
Açar sözlər: kres test, krəş test, masinlar, masinlar haqqinda, en yaxsi masinlar, ən yaxşı maşınlar, təhlükəsiz maşınlar, tehlukesiz masinlar, testler
|
 |
Oxşar yazılar: Avtomobil yollarından elektrik enerjisi əldə edilir!ABŞ ən çox islam ölkələrinə silah satırPsixoloji testlərFantastika reallığa çevrilirMaraqlı məlumatlar
Reytinq:
4
(Səs: 4)
|
 |
|
 |
 |
|
Tarix: 3 May 2012 14:47. |
 |
 |
|
Tarix: 15 Noyabr 2010 21:57. |
 |
 |
Grup: İstifadəçi Xəbər sayı:0 Şərh sayı:73 Mükafatlar: Reputasiya: 0 | ICQ : -- | Şərhlər : ¹3 | Qeydiyyatdan keçib: : 29.10.2010
| Yaşayış yeri : Baki [Sitat gedirmək] |
 |
 |
|
Tarix: 15 Noyabr 2010 16:26. |
 |
 |
|
Tarix: 14 Noyabr 2010 12:13. |
 |
|
|