 |
|
 |
|
 |
 |
Azərbaycan yığması Ermənistana qalib gəldi |
|
 |
 |
 Bu gün Türkiyənin Bursa şəhərində kişi şahmatçılardan ibarət milli komandalar arasında dünya çempionatı start götürüb.
Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan da daxil olmaqla, 10 yığma mübarizə aparır.
Bursaya təşrif buyuran Rusiya, Braziliya, Hindistan (Çinin əvəzinə) və Misir komandaları qitə çempionlarıdır. Ermənistan, İsrail və ABŞ isə 2008-ci ildə keçirilmiş Şahmat Olimpiadasında ilk “üçlüy”ü tutduqları üçün dünya çempionatında iştirak hüququna yiyələniblər. Türkiyə ev sahibi qismində, Azərbaycan və Yunanıstan isə FİDE-nin dəvəti əsasında yarışda çıxış edir.
Milli komandamızın heyətində Vüqar Həşimov (2759), Teymur Rəcəbov (2733), Şəhriyar Məmmədyarov (2741), Rauf Məmmədov (2640), Qədir Hüseynov (2614) və Nicat Məmmədov (2610) yer alıb. Püşkün nəticəsinə görə, ötən il Avropa çempionu olmuş yığmamız ilk turda ermənilərlə münasibətlərə aydınlıq gətirib.
Xatırladaq ki, yığmamız son iki oyunda Ermənistana məğlub olub. Şahmatçılarımız həm 2008-ci ildə Almaniyada keçirilmiş Şahmat Olimpiadasında, həm də ötən il Serbiyada gerçəkləşmiş komandalararası Avropa çempionatında ermənilərə eyni hesabla (1,5:2,5) uduzublar.
I tur, 5 yanvar
Azərbaycan - Ermənistan - 2,5:1,5 1. Vüqar Həşimov (2759) - Levon Aronyan (2781) - 0,5:0,5 2. Teymur Rəcəbov (2733) - Vladimir Akopyan (2678) - 0,5:0,5 3. Şəhriyar Məmmədyarov (2741) - Arman Paşikyan (2647) - 1:0 4. Rauf Məmmədov (2640) - Tiqran L Petrosyan (2627) - 0,5:0,5
Açar sözlər: sahmat, şahmat, milli kamanda, milli komanda, qalib, ermenistan, erməni, ermənistan, Azerbaycan, Azərbaycan, Azerbaycan-Ermənistan, musabiqə, yaris, yarış
|
 |
Oxşar yazılar: Cüdo yığmamız Dünya kubokunda 1-ci yeri tutduDindar soydaşımız Sami Yusufun erməni sevgisi10 yaşlı şahmatçımız dünya çempionu olduAzərbaycan, Gürcüstan və Ermənistandan daha xoşbəxtdirÇingiz Abdullayev: “Azərbaycan mütaliə səviyyəsinə görə Gürcüs ...
Reytinq:
2
(Səs: 4)
|
 |
|
 |
 |
|
Tarix: 30 Avqust 2010 03:44. |
 |
 |
|
Tarix: 15 Mart 2010 16:39. |
 |
 |
|
Tarix: 23 Yanvar 2010 17:16. |
 |
 |
|
Tarix: 5 Yanvar 2010 23:56. |
 |
 |
 |
Mən əmin idim ki,bizim uşaqlar erməninləri udacaqlar .Çünki kimə uduzsalarda ermənini həmişə udurlar, bu bütün idman növlərin də belədir. Təbriklər uşaqlar |
Grup: Golden user Xəbər sayı:20 Şərh sayı:666 Mükafatlar: Reputasiya: 0 | ICQ : -- | Şərhlər : ¹7 | Qeydiyyatdan keçib: : 19.07.2009
| Yaşayış yeri : Baki [Sitat gedirmək] |
 |
 |
|
Tarix: 5 Yanvar 2010 16:41. |
 |
 |
|
Tarix: 5 Yanvar 2010 14:17. |
 |
 |
|
Tarix: 5 Yanvar 2010 13:34. |
 |
 |
|
Tarix: 5 Yanvar 2010 12:57. |
 |
 |
|
Tarix: 5 Yanvar 2010 09:32. |
 |
 |
|
Tarix: 5 Yanvar 2010 08:45. |
 |
|
|