 |
|
 |
|
 |
 |
Dövlət orqanlarında işə qəbul |
|
 |
 |
Azərbaycan Respublikasında vətəndaşların Dövlət orqanlarına işə qəbulu müsabiqə və müsahibə əsasında aparılır. Müsabiqə və ya müsahibədə kimlər iştirak edə bilər: On altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə dövlət qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları dövlət qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar. Yəni müsabiqədə müvafiq ali təhsilli, hətta iş stajı olmayan hər bir vətəndaş iştirak edə bilər. Lakin müsahibədə müvafiq iş üzrə minimum 5 il iş stajı olan vətəndaşlar iştirak edə bilər.
Müsabiqə və müsahibə necə aparılır: Dövlət qulluğuna qəbul üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) müsabiqə elan edir. Elan DQMK-nın rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Dövlət qulluğuna qəbul edilmək üçün vətəndaşlar müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində tələb olunan sənədləri Komissiyaya təqdim edirlər. Müsabiqə test imtahanından və müsahibədən ibarət olur. Sənəd qəbulu bitdikdən sonra test imtahanı keçirilir.
 Test imtahanından müvəffəqiyyətlə çıxan namizədlər müsahibəyə buraxılırlar. Müsahibənin keçirilməsi üçün Komissiya tərəfindən müsahibə komissiyası yaradılır. Müsahibə komissiyasına müvafiq dövlət orqanlarının və Komissiyanın nümayəndələri daxil olur. Qiymətləndirilmənin aparılması qaydaları və keçid balları Komissiya tərəfindən müəyyən edilir. Müsahibədən ən azı 16 bal toplamış namizədlər müsabiqədən uğurla keçmiş sayılırlar. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, bir il müddətinə stajçı kimi qulluğa qəbul edir və vakant vəzifəyə təyin edir. Staj müddətini uğurla keçərsə əmək müqaviləsi bağlamaq yolu ilə altı ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş şəxslər iki il müddətində Komissiyada ehtiyat kadr kimi saxlanılır və həmin müddət ərzində dövlət orqanlarında analoji vakant vəzifə olduqda, həmin vəzifəyə təyin olunmaq üçün müvafiq dövlət orqanının rəhbərinə Komissiya tərəfindən müəyyən edilmiş qaydada təqdim olunurlar.
P.S: Yaxın zamanlarda müsabiqə elan olunacaq. O zaman dövlət orqanları ilə də sizi tanış edəcəm. Xəbərin ardı olacaq.Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsi: www.dqmk.gov.az Istədiyiniz məlumatları eyni zamanda bu ünvandan əldə edə bilərsiniz.Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Açar sözlər: is, iÅŸ, dovlet isi, dövlÉ™t iÅŸi, is axtar, iÅŸ axtar, yeni isler, yeni iÅŸlÉ™r, is yerleri, iÅŸ yerlÉ™ri, dovlet qullugunda is, dövlÉ™t qulluÄŸunda iÅŸ, is axtarmaq saytlari, dovlet orqanlari, dövlÉ™t orqanları, is elanlari, iÅŸ elanları
|
 |
Oxşar yazılar: DövlÉ™t orqanlarında iÅŸÉ™ qÉ™bul 2RÉ™hbÉ™r işçilÉ™r nÉ™ qÉ™dÉ™r maaÅŸ alır?Koreya InkiÅŸaf Institutu MÉ™ktÉ™binin (KDI School) xarici vÉ™tÉ™ndaÅŸlar à ...MüsabiqÉ™Xristian müəllimlÉ™r başörtüyü qÉ™rarına etiraz edirlÉ™r
Reytinq:
1
(Səs: 15)
|
 |
|
 |
 |
|
Tarix: 8 Iyul 2011 15:03. |
 |
 |
|
Tarix: 29 Avqust 2010 14:22. |
 |
 |
|
Tarix: 29 Avqust 2010 14:15. |
 |
 |
|
Tarix: 19 Avqust 2010 13:25. |
 |
 |
|
Tarix: 16 Mart 2010 14:11. |
 |
 |
|
Tarix: 4 Yanvar 2010 08:46. |
 |
 |
|
Tarix: 3 Yanvar 2010 09:22. |
 |
 |
|
Tarix: 2 Yanvar 2010 01:08. |
 |
 |
|
Tarix: 1 Yanvar 2010 20:11. |
 |
 |
|
Tarix: 1 Yanvar 2010 15:01. |
 |
 |
|
Tarix: 1 Yanvar 2010 10:58. |
 |
 |
|
Tarix: 1 Yanvar 2010 05:25. |
 |
|
|