Birləşmiş Ştatlar mətbuatının yazdığına görə, İllinoys ştatındakı həbxanalarda ümumilikdə 3 min müsəlman məhkum var.
Həbsxana rəisi Conuari Smit ştatdakı həbsxanalarda müsəlman məhbusların sayının çoxaldığını bildirib.
“İllinoys ştatındakı həbsxanalarda bir çox müsəlman məhkum var. Həbsxanalara düşən bir çox məhkum burada müsəlmanlarla ünsiyyət qurduqdan və İslamla tanış olduqdan sonra bu dini qəbul etmək qərarına gəlir. Biz isə məhbusların dinini dəyişdirmək istədiyinə əmin olduğumuz zaman həmin məhbusları daxil olmaq istədiyi dinin mənsubları ilə eyni otaqlarda saxlayırıq. Ölkə həbsxanalarında İslamı qəbul edənlərin əksəriyyətini isə xristianlar təşkil edir”, – C. Smit qeyd edib.