Sizin kompüterinizin yaddaşı misal üçün 250 gb-dırsa və onun 120 gb-ı doludursa bu o demək deyil ki, yaddaşı bir boş xanalar ardıcıllığı kimi düşünsək onun ilk 120 gb dolub digər 130gb-ı boşdur. Siz kompüterinizdə həmən 120 gb müxtəlif yerlərdədir. Misal üçün kobud deyilsə 1 gb-ın ilk 1 gb-ı 0-dan 1gb-a qədər olan yerdə 2-ci dolu gb 3-4-cü gb-lar arasında və s yerləşib. Belə yerləşmə kompüterin sürətində azalmaya səbəb olur xüsusilə də yaddaşı dolan zaman.
Deyilənləri təsəvvür eləmək üçün bir kitab rəfini düşünün sizin bir neçə kitab rəfiniz var və hər birində bir normal ölçüdə olan kitab üçün yer qalıb. İndi düşünün ki, siz böyük kitabı bura yerləşdirmək istəyirsiniz. Bu kitabı rəfinizə qoymaq üçün siz gərək bir rəfdə olan kitabları digərlərinə qoyasınız ki, həmən rəfdə daha çox yer olsun və artıq böyük kitabı ora qoya biləsiniz. Kompüterdə belə çalışır. Sizin yaddaşınız dolmağa az qaldığı zaman ora 5gb-lıq bir informasiya yazmaq istəyəndə kompüter onun üçün yer tapmır və başlayır informasiyanın yerini dəyişməyə ki 5 gb yer olsun. Kompüter əlavə iş gördüyündən sürət azalır.
Yuxarıda gördüyün şəkildə defraqmentasiyanı təsəvvür etməyə kömək edə bilər.
Hər kəsə məslətdir ki, mütamadi defraqmentasiya eləsin. Əsasən də yaddaşın yarıdan çoxu dolanda və kompüterdən tez tez istifadə edəndə.
Hər hansı sualı olan istifadəçilər suallarını şərhlə soruşa bilərlər.
Bu işi görmək üçün bir neçə proqram var və aşağıdakı ən yaxşılarından biridir.
disk-defrag-setup.rar [1.75 Mb] (Yükləmə sayı: 160)