DataLife Engine > Öyrədici yazılar > Reinkarnasiya həqiqətdir?

Reinkarnasiya həqiqətdir?


17 Dekabr 2009. : ramin
Reinkarnasiya həqiqətdir?


ABŞın Louisiana əyalətində dünyaya gələn Ceyms Leininger 2 yaşına qədər normal bir uşaqdan fərqsiz idi. Ancaq 3 yaşına çatmasına bir neçə həftə qala kabuslar görməyə və "Təyyarə alov alır! Düşürəm" deyə qışqırıqlar ataraq oyanmağa başladı. Yuxusunda Ceyms Huston adlı bir pilot olduğunu görən Ceyms, yatarkən "Jack Larsen, NATO, Corsair," kimi adlar sayıqlayır və çırpınırdı. Kiçik uşaq, bir gün oyuncaqçıda gördüyü təyyarə üçün "Bu bir Corsair" dediyində anası Andrea böyük bir şok keçirdi. Ceymsin kabuslarında təyyarəsinin Yaponlar tərəfindən vurulduğunu, alov aldığını və düşdüyünü izah etməsi üzərinə anası oğulunun 2inçi Dünya müharibəsində həyatını itirən bir pilotun reinkarnasiyası olduğuna inanmağa başladı. Ancaq atası Bruce inanmadı və ona təyyarəsinin haradan qalxdığını soruşdu. Ceyms, tərəddüd belə etmədən "NATOMA" deyə cavab verdi. NATOMA, 2inçi Dünya Döyüşündə istifadə edilən bir kosmik gəmilərdən birinin adı idi. Kiçik uşaq bir neçə həftə sonra bir kitabda Yaponiyada Yapon və ABŞlı əsgərlərin qarşı-qarşıya gəldiyi Iwo Jima adasının şəkilini gördü və atasına "Bax təyyarəm burada düşdü" dedi. Jack Larsen isə onun ən yaxın yoldaşı olan bir başqa pilot idi. Bruce, oğulunun hekayəni uydurduğunu sübut etmək üçün Jack Larseni tapmağa qərar verdi. NATOMA VETERANLAR yığıncaqlarına qatıldı və nəhayət Larseni tapdı. Ancaq acı gerçəyi ondan öyrəndi. 1945dəki Iwo Jima Döyüşündə yalnız bir ABŞlı pilot ölmüşdü və o da tərxis olmadan əvvəl son vəzifəsinə gedən 21 yaşındakı Ceyms Huston idi. Hustonun təyyarəsi Yaponlar tərəfindən vurulmuş və eyni oğulunun izah etdiyi kimi alovlanaraq okeana çaxılmışdı. Bruce Ceymsin yaşayan son qohumu 84 yaşındakı qardaşı Annanı tapdı və oğuluyla bir araya gətirdi. Anna 2 yaşındakı uşağın izah etdiklərini dinlədikdən sonra böyük bir şok keçirdi ancaq onun qardaşının reinkarnasiyası olduğuna inandığını söylədi. Leininger ailəsinin yazdığı və Ceymsin hekayəsini izah edən "Soul Survivor" adlı kitab ABŞda satış rekordları qırır..



P.S(Administratordan): Bu məqalə artıq bir neçə saytda var. Biz oğurluqla məşğul olmadığımız üçün DİGƏR SAYTLAR KİMİ XƏBƏRİ OĞURLAYIB ÖZÜMÜZ YAZMIŞIQ KİMİ GÖSTƏRMİRİK! Bizlərin içində ümid edirəm ki, halal haram anlayışı olanlar var.
Məqaləni isə maraqlı bilib sizinlə paylaşmaq qərarına gəldik. Əgər məqalənin sahibi sizsinizsən və ya siz tanıyırsınızsa bizimlə əlaqə saxlayın.
Məqaləni göndərənə isə maraqlı məqaləni bizimlə bölüşdüyü üçün təşəkkür edirik.