 |
|
 |
|
 |
 |
Kartof,kofe və yumurta ilə həyat dərsi |
|
 |
 |

Bir zamanlar hər şeydən şikayətlənən,hər Allahın günü,həyatının necə bərbad olduğuna yanıb-yaxılan bir qız varmış.Həyat ona görə çox pis imiş...Həmişə dava-dalaşdan bezib yorular,bir problemi çözər-çözməz qarşısına başqası çıxarmış. Qızın atası aşpaz imiş.Qızının bu hallarına dözməyib bir gün onu mətbəxə aparır.Üç ayrı tavanı su ilə doldurub ocağın üstünə qoyur.Tavalardakı sular qaynamağa başlayanda tavanın birinə yumurta,birinə kartof,birinə də qəhvə çiyidləri qoyur.Sonra qızına heç nə demədən gözləməyə başlayır.Qız da alamadığı bu hadisənin sonunu gözləyir.Ancaq təbiətən səbirsiz olduğuna görə ah-uf edir,nə qədər gözləyəcəklərini soruşur,ancaq atası onun bu israsına cavab vermir.İyirmi dəqiqə sonra qazanların altını söndürür,kartofu çıxarıb bir qaba,yumurtanı çıxarıb başqa qaba qoyur,qəhvəni isə bir stəkana süzür.Sonra qızından soruşur: - Nə görürsən? - Kartof,yumurta və qəhvə, - deyə qız kinayə ilə cavab verir. Atası təmkinlə: - “Bir də yaxından bax,” – deyib ondan kartofa toxunmağını,yumurtanı soymağını,qəhvədən bir udum içməyini istəyir. Qız deyilənləri edir:kartofun yumşaldığını,yumurtanın bərkidiyini görmüş,içərkən qəhvənin xoş ətrindən üzünə bir təbəssüm qonmuşdu.Amma yenə bir şey başa düşmədiyi üçün: “Bunlar nə deməkdir,ata?” – deyə soruşur. Atası isə hər üç cismin qazanda eyni sıxıntı çəkdiyini,yəni eyni qaynar suda qaldığını,ancaq reaksiyalarının müxtəlif olduğunu söyləyir. - Kartof bərk və güclü göründüyü halda,qaynar suya düşən kimi yumşalır.Yumurta daha “dəymədüşər”idi,qabığı içindəki mayeni qoruyurdu,qaynar suya düşəndə bişdi,bərkidi.Qəhvə çiyidləri isə tamam başqa cür oldu.Özü dəyişdiyi kimi,içindəki suyu da dəyişdirdi, - deyərək qızından soruşur: - Sən bunların hansındansan?Qapını bir sıxıntı,bir problem döyəndə reaksiyan nə olacaq?Kartof kimi yumşalıb-əziləcəksənmi,yoxsa yumurta kimi ürəyin qatılaşıb sərtləşəcək və ya qəhvə çiyidləri kimi hər hadisə xarakterini gücləndirəcək,həyatına yeni rəng,yeni çalar verəcək?
|
 |
Oxşar yazılar: Tort ərzaqları ilə həyat dərsiAta və oğulQısa, ancaq dəyərli hekayəLətifələr 5Həyat və karandaş
Reytinq:
2
(Səs: 2)
|
 |
|
 |
 |
|
Tarix: 4 Dekabr 2010 15:14. |
 |
 |
|
Tarix: 25 Noyabr 2009 15:08. |
 |
 |
|
Tarix: 22 Sentyabr 2009 09:32. |
 |
 |
|
Tarix: 21 Sentyabr 2009 05:52. |
 |
 |
|
Tarix: 9 Sentyabr 2009 04:59. |
 |
 |
|
Tarix: 7 Sentyabr 2009 11:55. |
 |
 |
|
Tarix: 7 Sentyabr 2009 07:44. |
 |
 |
|
Tarix: 7 Sentyabr 2009 01:18. |
 |
 |
|
Tarix: 6 Sentyabr 2009 16:57. |
 |
 |
|
Tarix: 6 Sentyabr 2009 13:53. |
 |
 |
|
Tarix: 6 Sentyabr 2009 12:45. |
 |
 |
|
Tarix: 6 Sentyabr 2009 05:23. |
 |
 |
|
Tarix: 6 Sentyabr 2009 04:42. |
 |
 |
|
Tarix: 6 Sentyabr 2009 03:22. |
 |
 |
|
Tarix: 6 Sentyabr 2009 03:00. |
 |
|
|