Saytın bölmələri
  • Əsas səhifə
  • Registrasiya
  • Saytda axtarış©
  • Maraqlı
  • Bloq yazıları yeni
  • Öyrədici yazılar
  • Hekayələr
  • Xəbərlər və siyasət
  • Komputer və İnternet
  • Azərbaycan
  • Koreya
  •  » Proqramlar
     » Mp3
     » Video
     » Elektron kitablar
  • İslam
  • İdman
  • Oyunlar
  • Aforizmlər
  • Dahilər
  • Mobil
  • Maraqlı şəkillər
  • Avto-moto yeni
  • Məntiqi suallar
  • İntelektual suallar
  • Yeni araşdırmalar
  • Maraqlı saytlar və bloqlar yeni
  • Yumor
  • Administrasiya xəbərləri
  • Digər bölmələr:

    Tələbə.az
    Akademiya.net
    bizimnet.info
    dolu.biz
    bilikli.net
    kitabxana.net
    shagird.az
    azgraf.net
    khalilov.info
    Xaricidil.net
      Bakı şəhəri - Qız qalası

    Bakı şəhəri - Qız qalası


    Qız qalası Bakının ən müəmmalı və əzəmətli abidəsidir. Bu abidə İçəri şəhərin cənub-şərq hissəsində ucalır. Azərbaycan memarlığının bu nadir tikilisinin Şərqdə analoqu yoxdur. Abidə bu gün də hər şeydən çox öz bənzərsiz forması ilə diqqət çəkir. Tikilinin tarixi və təyinatı ətrafında çoxsaylı mübahisələr getməkdədir.
    Qala sahil qayasının çıxıntısında, yerli boz əhəngdaşından tikilib, hündürlüyü 28 m və diametri - 16,5 m-dir. Divarların qalınlığı binanın özülündə 5 m, yuxarıda 4 m-dir. Şərq tərəfdən qalaya çıxıntı birləşir, onun təyinatı hələ də bəlli deyil. Daxildən qala 8 mərtəbəyə bölünüb. Bu mərtəbələrdən hər biri indi dəyirmi dəliyi olan daş qübbə ilə örtülüb. İçəri işıq ensiz, içəriyə doğru genişlənən pəncərə oyuqlarından düşür. Mərtəbələr arasında əlaqə qala divarlarında salınan dolama daş pilləkən vasitəsilə həyata keçirilirdi. Divarların içərisində oyuqlar qoyulub, onların içərisindən diametri 30 sm olan dulusçuluq borusu keçir. Qalanın daxilində, qayada üçüncü mərtəbəsinin rütubətli qatlarında çapılmış 21 metr dərinliyi olan quru var.

    Qız qalasının tikilmə tarixi hələ də məlum deyil. Çox zaman onu XII əsrə aid edirlər. Qalanın çölündə yerləşən yazılı daşın tarixi bu qədərdir. Piltədəki kufi yazısı deyilir: "Məsud ibn Davud qübbəsi". Amma bu piltə qalada sonradan peyda olub, çünki təsadüfi yerləşir və özü də əsas girişin üzərində deyil, hörgüyə yandan səliqəsiz, yerdən 14 metr hündürlüyə daxil edilib. Böyük ehtimalla, bu, qəbirüstü piltədir, təmir zamanı onunla qalanın pəncərəsini tıxayıblar və ya bu qalanı bərpa edən ustanın adıdır. Qalanın yaşını təyin etmək üçün iki məsələdən istifadə etmək lazımdır. Birincisi, Qız qalasının tikintisində əhəngli məhluldan istifadə edilib, belə məhlulla ən qədim bina Qəbələdə aşkarlanıb və b.e.-nın I əsrinə aiddir. Ola bilsin, qalanın ən azı bu qədər yaşı var. Yuxarı həddi Qız qalasının və İçəri şəhərdəki Məhəmməd ibn Əbu Bəkr məscidinin tikintisində (1078-1079) istifadə olunan daşların rəngini müqayisə etməklə müəyyənləşdirmək olar. Hər iki binanın tikintisində eyni növ yerli əhəngli məhluldan istifadə olunsa da, Qız qalasındakı daşların rəngi xeyli tünddür, daha doğrusu, məscidin daşlarından bir neçə yüz il qədimdir. Beləliklə, yuxarı hədd IX-X əsrlərdir. Məşhur tarixçi S.Aşurbəyli Qız qalasının b.e-nın ilk illərində, M.Nəbiyev VI əsrdə tikildiyini düşünürlər. D.Axundov isə qalanın b.e.ə VI əsrdə tikilməsi barədə ehtimal irəli sürür. Azərbaycan arxitekturasının tarixçisi L.Bretanitski hesab edir ki, onu 2 mərhələdə inşa ediblər: aşağı hissə - 13,7 m hündürlüyədək V-VI əsrlərdə, yuxarı hissə XII əsrdə tikilib.
    Qalanın ilkin təyinatını müəyyənləşdirmək də eni dərəcədə çətindir. Onun müdafiə istehkamı kimi tikilməsi şübhə doğurur. Çünki qalanın ərazisi kiçikdir və orada uzunmüddətli yaşayış üçün şərait yoxdur. Ensiz pəncərə yarıqları dənizə istiqamətlənib və düşmənə müqavimət üçün nəzərdə tutulmayıb. Düşmənlə mübarizə üçün yalnız qalanın zirvəsi işə yaraya bilər. O da hesablanıb ki, qalaya sərf olunan Daş və əhəngdən şəhərin ətrafında ikinci bir qala divarları da qurmaq olardı. Belə ehtimallar var ki, əvvəlcə qala od məbədi, zərdüşti məbəd, rəsədxana kimi nəzərdə tutulurmuş («qala» sözünün dilimizdə qalamaq mənası da var), amma bunların heç biri ağlabatan deyil. Görünür, qaladan islamaqədərki dövrdə dini tikili kimi istifadə edirmişlər. Qalanın ətəyindəki qədim ritual quyuları da bundan xəbər verir. Abbas İslamovun araşdırmaları da qalanın dini səciyyə daşıdığını təsdiqləyir. O aşkar edib ki, bir çox qədim kultlarda müqəddəs sayılan qış gecə-gündüz bərabərliyində (22 dekabr) Günəşin şüaları düz Qız qalasının mərkəzi pəncərəsinə düşür. Sonra günəş müəyyən qanunauyğunluqla bütün yuxarı pəncərələrə nüfuz edir. Eyni zamanda qalanın bir çox elementləri bir-birilə qarşılıqlı əlaqədədir. Beləliklə, qala Günəş kultu ilə bağlı imiş, bu da onun layihəsində öz əksini tapıb. İslam dininin yayılması ilə əlaqədar qədim kultlar unuduldu və indi qalanın ilkin təyinatı barədə danışmaq çətindir.
    XII əsrdə bu əzəmətli qala Bakının müdafiə sisteminə aid edildi və Bakı qalasının əsas istehkamına, Şirvanşahların qüdrətli qalalarından birinə çevrildi. XVIII-XIX əsrlərdə ondan mayak kimi istifadə olunurdu. Qaladakı mayak 1858-ci il iyunun 13-də yandırıldı, buna qədər onun üzərində istehkam bayrağı vardı. Sonralar şəhər böyüyəndən sonra qaladakı işıq şəhərin gecə işıqlarına qarışdı. 1895-ci ildə Qız qalasının yuxarı hissəsinə ağ enli zolaq çəkildi. Amma bu problemi həll etmədi və artıq 1907-ci ildə mayak Nargin (Böyük Zirə) adasına keçirildi.
    Qala dəfələrlə - orta əsrlərdə, XIX əsrin ortalarında (rus hərbçiləri tərəfindən), sonuncu dəfə 1960-cı illərdə - bərpa olunub. Təəssüf ki, bərpa zamanı tikilinin bəzi elementləri və onun ilkin görünüşü dəyişdirilib. Məsələn, əvvəllər qala içəridən örtülməmişdi, mərtəbələr arası qübbələr isə son təmir işləri zamanı tikilib. Eyni zamanda bəzi oyuqlar və qapılar hörülüb. 1964-cü ildə qala muzey elan olunub, 2000-ci ildə YUNESKO-nn abidələri siyahısına daxil edilib.
    «Qız» sözünə Azərbaycanın və Şərqin bir sıra ərazilərindəki qalaların adında rast gəlirik, yəqin ki, bu «alınmayan», «ələkeçməyən» mənasını verir. Qız qalasının Adı ilə bağlı müxtəlif əfsanələr dolaşmaqdadır. Onlardan birində deyilir: şah - ata öz qızına aşiq olur və onunla evlənmək istəyir. Bundan dəhşətə ələn qız atasını fikrindən çəkindirmək üçün qala tikilməsini və bu qala tikilincəyədək gözləməyi xahiş edir. Amma qala tikiləndən sonra da şah qərarından dönmür. O zaman qız qalaya qalxaraq özünü oradan dənizə atır.
    Məlumdur ki, atanın qızı ilə evlənməsi barədə islamaqədərki dövrdə yarana bilərdi. Əfsanəyə inansaq, Xəzər dənizi qalanın ta ətəyində yerləşirdi. Əfsanənin mənşəyindən asılı olmayaraq, onun süjeti bir sıra rəssamların və şairlərin sevimli mövzusuna çevrilib. 1923-cü ildə məşhur azərbaycanlı dramaturq Cəfər Cabbarlı «Qız qalası» poemasını yazdı. 1924-cü ildə Azərbaycanda çəkilən sovet film də bu əfsanəyə əsaslanırdı. Əfrasiyab Bədəlbəylinin 1940-cı ildə yaratdığı ilk Azərbaycan operası da «Qız qalası» adlanır.



    Mənbə : azdm.azeriblog.com


    Açar sözlər: qiz qalasi haqda, qiz qalasi haqqinda, qız qalası haqda, maraqli meqaleler, maraqli melumatlar, maraqlı məqalələr, maraqlı məqalumatlar

    Baxış sayı : (2142) | Müəllif Rey Mysterio 11 Noyabr 2009  Şərhlər (20) | Xəbəri yenilə...Çap elə

    Oxşar yazılar:
  • Tarixdəki ən müəmmalı əşyalar 2
  • Hikmətli dini hekayə
  • Yeni il tarixi
  • Möminə Xatun türbəsi(Momine Xatun turbesi)
  • Görməkli şəxslər: İbn sina

  • Reytinq: 
    5  (Səs: 11)
      Yazdı:   tofiq  
      Tarix:   28 Fevral 2012 16:00.
    yaxsi melumatdi
    Grup: Qonaq
    Xəbər sayı:0
    Şərh sayı:0
    Mükafatlar:
     
    Reputasiya:
     | ICQ  : --  |  Şərhlər  : ¹20   |  Qeydiyyatdan keçib:  : -- | Yaşayış yeri : -- [Sitat gedirmək]   
      Yazdı:   manilti  
      Tarix:   3 Iyun 2011 16:42.
    Qız qalası Dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin qəhrəmanları "Leyli və Məcnun"un qəbirüstü məqbərəsidir. O özündə ilk sevgililər olmuş Həvvanın Adəmin qabırğasından yarandığını əks etdirir. "Qübbə" sözü də "ruhların birləşməsi" deməkdir. Qız qalasının üzü Qibləyə yönəlib və s.
    İlqar Əliyevin bütün dünyada sensasiya yaratmış "Sirr və Açar" kitabından ətraflı məlumat almaq olar. Oxuyun, tükləriniz biz-biz dursun!
    Grup: Qonaq
    Xəbər sayı:0
    Şərh sayı:0
    Mükafatlar:
     
    Reputasiya:
     | ICQ  : --  |  Şərhlər  : ¹19   |  Qeydiyyatdan keçib:  : -- | Yaşayış yeri : -- [Sitat gedirmək]   
      Yazdı:   angelina  
      Tarix:   26 Yanvar 2011 20:31.
    tesekkur edirem rey Mysterio.sayenizde bilmediklerime bildim.

    thank you veeery much.now i knew very things in there.lets we keep strong our azerbaijan.
    Grup: Qonaq
    Xəbər sayı:0
    Şərh sayı:0
    Mükafatlar:
     
    Reputasiya:
     | ICQ  : --  |  Şərhlər  : ¹18   |  Qeydiyyatdan keçib:  : -- | Yaşayış yeri : -- [Sitat gedirmək]   
      Yazdı:   kleopati  
      Tarix:   25 Iyul 2010 16:22.
    Umumiyyetle,BAKIMIZ,AZERBAYCANIMIZ,bir sozle dOgMa vEtEniMiZin her bir gusesi gozeldi,maraqlidi.SaDeCe deyerini bilmeliyik HEMiSE.
    Grup: İstifadəçi
    Xəbər sayı:2
    Şərh sayı:3
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹17   |  Qeydiyyatdan keçib:  : 25.07.2010 | Yaşayış yeri : Baki [Sitat gedirmək]   
      Yazdı:   serdar asigi  
      Tarix:   11 Aprel 2010 06:13.
    paylasima gore sagolun.tariximiz bizim ucun vacibdi
    Grup: Qonaq
    Xəbər sayı:0
    Şərh sayı:0
    Mükafatlar:
     
    Reputasiya:
     | ICQ  : --  |  Şərhlər  : ¹16   |  Qeydiyyatdan keçib:  : -- | Yaşayış yeri : -- [Sitat gedirmək]   
      Yazdı:   sevgi  
      Tarix:   4 Aprel 2010 10:23.
    sizi tebrik edirem.Her sey superdi
    Grup: Qonaq
    Xəbər sayı:0
    Şərh sayı:0
    Mükafatlar:
     
    Reputasiya:
     | ICQ  : --  |  Şərhlər  : ¹15   |  Qeydiyyatdan keçib:  : -- | Yaşayış yeri : -- [Sitat gedirmək]   
      Yazdı:   askve ceza  
      Tarix:   15 Mart 2010 16:52.
    Grup: İstifadəçi
    Xəbər sayı:2
    Şərh sayı:102
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : yoxdur  |  Şərhlər  : ¹14   |  Qeydiyyatdan keçib:  : 14.03.2010 | Yaşayış yeri : gence [Sitat gedirmək]   
      Yazdı:   sekine  
      Tarix:   9 Mart 2010 19:06.
    спасибо, конечно, но нам рассказывали другую историю: Шах строит Девичью Башню для своей дочки,она любила другого, ноотец был против.и однажды отец решил отдать замуж свою дочку за другого.и вот девочка спрыгнила с девичьей башни....(((((мне это рассказ больше нравится)
    Grup: Qonaq
    Xəbər sayı:0
    Şərh sayı:0
    Mükafatlar:
     
    Reputasiya:
     | ICQ  : --  |  Şərhlər  : ¹13   |  Qeydiyyatdan keçib:  : -- | Yaşayış yeri : -- [Sitat gedirmək]   
      Yazdı:   cuppulusaq  
      Tarix:   23 Yanvar 2010 17:09.
    bakida 2,1 mln ehali yasayir sehv etmiremse bunu qeyd etmemisiz


    --------------------
    Grup: Active user
    Xəbər sayı:7
    Şərh sayı:551
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹12   |  Qeydiyyatdan keçib:  : 22.01.2010 | Yaşayış yeri : AZERBAYCAN , BAKI [Sitat gedirmək]   
      Yazdı:   Kolera  
      Tarix:   20 Noyabr 2009 21:22.
    Cox sag ol maraqli melumatlardi
    Grup: Active user
    Xəbər sayı:2
    Şərh sayı:311
    Mükafatlar:
     
    Reputasiya: 1
     | ICQ  : --  |  Şərhlər  : ¹11   |  Qeydiyyatdan keçib:  : 17.08.2009 | Yaşayış yeri : Azerbaycan [Sitat gedirmək]   
      Yazdı:   R.G  
      Tarix:   14 Noyabr 2009 10:08.
    teshekkur smile
    Grup: Active user
    Xəbər sayı:3
    Şərh sayı:307
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹10   |  Qeydiyyatdan keçib:  : 16.08.2009 | Yaşayış yeri : Azerbaijan, Baku [Sitat gedirmək]   
      Yazdı:   Rustem  
      Tarix:   13 Noyabr 2009 11:33.
    tvk


    --------------------
    Grup: Silver user
    Xəbər sayı:28
    Şərh sayı:650
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹9   |  Qeydiyyatdan keçib:  : 19.08.2009 | Yaşayış yeri : Baki [Sitat gedirmək]   
      Yazdı:   GLINKA  
      Tarix:   11 Noyabr 2009 23:55.
    qey etdim ozum ucun heqqi cox maraqlidir
    Grup: Active user
    Xəbər sayı:7
    Şərh sayı:104
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹8   |  Qeydiyyatdan keçib:  : 19.09.2009 | Yaşayış yeri : baki [Sitat gedirmək]   
      Yazdı:   Seo tae neul  
      Tarix:   11 Noyabr 2009 23:16.
    Təşəkkür Rey Msterio, bir az uzun olsada çox maraqlı və faydalı məqalədir smile
    Grup: Golden user
    Xəbər sayı:20
    Şərh sayı:666
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹7   |  Qeydiyyatdan keçib:  : 19.07.2009 | Yaşayış yeri : Baki [Sitat gedirmək]   
      Yazdı:   Rustem  
      Tarix:   11 Noyabr 2009 18:18.
    Hərşeyi bildim Rey Mysterio sağ ol


    --------------------
    Grup: Silver user
    Xəbər sayı:28
    Şərh sayı:650
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹6   |  Qeydiyyatdan keçib:  : 19.08.2009 | Yaşayış yeri : Baki [Sitat gedirmək]   
      Yazdı:   ramin  
      Tarix:   11 Noyabr 2009 17:22.
    tesekkur rey mysterio,novbeti defe man MOMUNE XATUN haqda melumat yerlesdirecem.qoy en gozel abidelerimiz haqda da melumat olsun burda


    --------------------
    Grup: Silver user
    Xəbər sayı:14
    Şərh sayı:691
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹5   |  Qeydiyyatdan keçib:  : 12.09.2009 | Yaşayış yeri : Azerbaycan .Baki [Sitat gedirmək]   
      Yazdı:   sexavet94  
      Tarix:   11 Noyabr 2009 17:00.
    Qiz Qalasi haqqinda men melumati Medeniyyet ve Turizm sayitimzdan oxumusdum yenada Sagol Tural


    --------------------
    Grup: İstifadəçi
    Xəbər sayı:0
    Şərh sayı:35
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹4   |  Qeydiyyatdan keçib:  : 19.09.2009 | Yaşayış yeri : -- [Sitat gedirmək]   
      Yazdı:   Rey Mysterio  
      Tarix:   11 Noyabr 2009 15:24.
    gypsyyy,
    utopiya,


    Sizlere oz tesekkurumu bildirirem serhlerinizi qeyd elediyiniz ucun , sizin kimi tarixi abidelerimiz haqqinda maraqlanan genclerimiz oldugu ucun cox sevinirem
    Grup: Golden user
    Xəbər sayı:30
    Şərh sayı:449
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹3   |  Qeydiyyatdan keçib:  : 17.07.2009 | Yaşayış yeri : New Gunesli [Sitat gedirmək]   
      Yazdı:   utopiya  
      Tarix:   11 Noyabr 2009 13:31.
    tesekkur[b] Rey Mysterio
    bezi melumatlari bilirdim ,amma etrafli yazmisan ve bilmediklerimi de oyrenmis oldum.axarinci olsun[/b]


    --------------------
    Grup: Golden user
    Xəbər sayı:34
    Şərh sayı:731
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹2   |  Qeydiyyatdan keçib:  : 6.09.2009 | Yaşayış yeri : Azərbaycan,Bakı [Sitat gedirmək]   
      Yazdı:   gypsyyy  
      Tarix:   11 Noyabr 2009 12:04.
    Tariximizi, tarixi abidələrimizi qoruyaq.
    Təşəkkür Rey Mysterio.
    Grup: Golden user
    Xəbər sayı:96
    Şərh sayı:823
    Mükafatlar:
     
    Reputasiya: 2
     | ICQ  : --  |  Şərhlər  : ¹1   |  Qeydiyyatdan keçib:  : 18.10.2009 | Yaşayış yeri : Azərbaycan, Bakı [Sitat gedirmək]   
    Şərh əlavə et
    Login
    Parol
     

    Müsəlmanam, namaz qılıram
    Müsəlmanam, namaz qılmıram
    Başqa dinə inanıram(qeyri-İslam)
    Dinlərə yox Uca varlığa inanıram
    Ateistəm
    Özümdə bilmirəm

    Ən yaxşı müəlliflər
      1    Azerweb 1256
      2    poveters 292
      3    haqverdi 137
      4    gypsyyy 96
      5    hobbit 67
      6    utopiya 34
      7    Rey Mysterio 30
      8    Rustem 28
      9    Seo tae neul 20
      10    X-Glamure 18


    Xəbərlər:
      Saat ərzində: 0
       Bugün: 0
      Ay ərzində 15
      Sayt yaranandan: 2350


    İstifadəçilər:
      Yeniləri:1
      Bir saat ərzində:0
      Ay ərzində:83
      Hamısı:2545
      Ban qoyulçuşlar:0


    ILK-10 Azeri Website Directory
    free counters
    eXTReMe Tracker
    Ãëàâíàÿ Reklam Ãëàâíàÿ Ãëàâíàÿ ñòðàíè÷êà. Âû õîòèòå çàðåãàòüñÿ ó íàñ íà ñàéòå?.