DataLife Engine > Məntiqi suallar > Məntiqi sual(mentiqi sual) 35
MÉ™ntiqi sual(mentiqi sual) 353 Iyul 2010. Ðàçìåñòèë: Azerweb |
![]() Bir adi şahmatçı güclü bir şahmatçıya şahmat oynamağı təklif edir. Ancaq onun belə bir şərti olur. Deyir ki, gəl bir lövhədə deyil iki lövhədə oynayaq. Yeni eyni zamanda iki şahmat oyunu oynayaq. Birində mən ağlarla sən qaralarla oynayacaqsan, o birisində tərsinə. Mənim ədalətimə inanmaq üçün isə birinci sən başlayacaqsan. Mən sənə söz verirəm ki, ya bir oyunu sən odacaqsan o birisini mən, ya da hər ikisində heç-heçə qalacayıq, yəni sən məni uda bilməyəcəksən. Sual budur ki, belə bir şey heç bir fırıldaqsız mümkündürmü? Mümkün deyilsə niyə və mümkündürsə niyə? Cavab: Cavab budur ki, bir lövhədə biri ağlarla oynayır digərində o birisi. Heç-heçə etmək istəyən şəxs ilk lövhədə qaralarla oynayırsa onda o ikinci lövhədə haradakı onun özü ağlarla oynayır 1-ci lövhədə rəqibin etdiyini təkrarlayacaq. 1-ci lövhədə isə(burada o qaralarla oynayır) rəqibin 2-ci lövhədə qaralarla oynadığını təkrar edəcək. Biraz fikirləşsəniz tam aydın olacaq. İstifadəçilərin tam cavabları aydın olmadığı üçün düşünürəm ki, xezer_madrid-in cavabı ilk olduğundan qalib onu hesab etmək olar. Beləliklə, indiyə kimi saytımızda olan məntiqi suallara cavab verənlərin reytinqi belədir: Logically 1 xezer_madrid 1 |