Bu yaxınlarda "Microsoft" şirkəti yeni aldığı oyun konsolu istehsalçı şirkəti "Xbox" üçün yeni bir idarəetmə sistemi "Natal" layihəsi üzərində işləyir.Inanmaq çətin gəlir,amma lahiyəyə görə oyunda pult insanın özü olacaq.Yəni insan öz hərəkətləri ilə,yəni əl,ayağını tərpətməklə oyunu idarə edə biləcək.Bu televizorun altında quraşdırılmış insan hərəkətlərini tanıya bilən aparat(2 mikrokamera və 1 mikrofon) vasitəsilə mümkün olacaq.Hətta aparat insanların üz ifadələrini və həval-ruhiyyəsini də analiz edə bilir.Məsələn bir futbol oyununda topa zərbə vurmaq üçün ayağınızla topa vuvurmuş kimi eləyirik və oyun bunu başa düşür və bizim xarakterimiz topa zərbəni vurur.Bəziləri bu sistemlə artıq gələcəyin gerçək olduğunu düşünür.Amma bu layihənin son vaxtlar reytinqi yerlərdə sürünən "Xbox"-u yenidən qaldırmaq üçün bir uydurma ola biləcəyindən şübhələnirlər.Amma hərhalda "Microsoft"-un mövzuya aydınlıq gətirməsini gözləmək lazımdır,amma ona kimi aşağıdakı linkdə "Xbox"-un saytında layihənin videolarına baxa bilərsiniz: