 |
|
 |
|
 |
 |
Görməkli şəxslər: İbn sina |
|
 |
 |
 10-11-ci əsrləri orta asiya əsri hesab edirlər. Bu dövrdə Mavəraünnəhrdə çox böyük tarixi şəxslər yaşamışdı. Mavəraünnəhr indiki ərazi bölgüsü ilə Turkmənistan, Özbəkistan,Pakistan və İranın bir hissəsini özündə birləşdirir. Bu dövrün ən görkəmli şəxslərindən biri İbn Sina kimi tadınığımız və avropada Avisenna kimi tanınan görkəmli mütəffəkkir idi. Bu şəxs haqqında yazmağımın səbəbi isə odur ki, o bizlərin bildiyindən də böyük şəxs olumağıdır. O, Buxara şəhərində anadan olub. Təxminən 450 əsər yazıb və bizim dövrümüzə bunlardan 274-ü gəlib çatıb. Onun dahiliyini ö göstərir ki, onun tibbə aid kitabı Avropada ilk dəfə çap mexanizmini insanlar öyrənəndən sonra İncildən sonra onun tibbə aid kitabını çap etmişdilər. Bəzi fikirlərə əsasən, hətda tibb(İngilis dilində medicin,rus dilində medicina) sözü onun adından götürülüb, yəni bu söz latın ifadəsi olan "Madad Sina"(tərcüməsi Sina tərəfindən sağalma(üsulu)) vəya qısa olaraq "Sina metodu". O, heç bir akademiyada oxumamışdı. 18 yaşı olan zaman Şərqin ən böyük alimləri ilə yazışmalar aparıb bəzi sahələrdə biliklərini dərinləşdirirdi. İbn Sina nəbzə görə diaqnostikaya aid bir xeyli araşdırmalar aparmışdı və öz işlərində bundan çox geniş istifadə edirdi. Belə bir əfsanə var ki, bir dəfə Buxarada bir tacirin qızı xəstələnir və heç bir həkim ona bir həll tapa bildir. Tacir anlayır ki, bunu edə bilsə yalnız İbn Sina edə bilər. İbn Sina qızın nəbzini tutur və ona deyir ki, yaşadığın məhəllədə yadına düşən bütün şəxslərin adlarını say. Bir adı deyən zaman qızın nəbzi dəyişir və onun üzündə olan tutqunluq açılır. İbn Sina başa düşür ki, qızın sevdiyi şəxs var və atası bu nigaha razı olmadığından qız xəstələnib və beləcə ataya qızının həmən şəxslə nigah qurmağa razılıq verməkdən başqa çıxış yolu qalmır. İbn Sina ilk dəfə tibbin bəzi sahələrini yaratmışdır. Misal üçün o zaman psixodiaqnostika deyilən elm yox idi, ancaq İbn Sina ilk dəfə öz xəstələrini müalicə edən zaman psixodiaqnostik metodlardan da istifadə edirdi. Bundan başqa İbn Sina xəstəliklərin bədəndə hər hansı problem olduğun yarandığı üçün bədən özü həmən xəstəlikləri müalicə edə bilməli olduğu deyirdi, yəni o iddia edirdi ki, insanları heç bir dərmansız müalicə etmək olar. Bundan başqa o insanın sağlam olması üçün fiziki hərəkətlərin çox vacib olduğunu bildirirdi. Bunun ardınca isə qidalanma və yuxu rejimi. İbn Sina İsfahanda inşa etdirdiyi rəssədxanasında günəşə aid tapdığı faktı sonrada 16-cı əsrdə Portuqal alimi tapır və buna onun şərəfinə "Nonius prinsipi " deyirlər. Ölən zaman İbn Sina bütün mülkünü kasıblara paylamağı nəsiyət edir. Öz qullarını isə azadlığa buraxdırır. Avropa isə uzun zaman İbn Sinanın elmi əsərləri öyrənir və onun haqqında müxtəlif əsərlər yazılır və ya müxtəlif əsərlərdə onun adı çəkilir. İbn Sina ölümdən qaçmağın yolunu tapmadığını desə də onun adı ölməyəcək. Onun qəbirinin yeri həmişə məlum olub və uzun zaman insanlar elə düşünüblər ki, hətda onun qəbrinin yaxınlığındakı torpağa belə toxunsalar bu onların sağalmalarına kömək olacaq.
|
 |
Oxşar yazılar: Baxışın gücü 1GörkÉ™mli ÅŸÉ™xslÉ™rin hÉ™yatından 2GörkÉ™mli ÅŸÉ™xslÉ™rin hÉ™yatından 3Dünyamıza Faydalı insanlar 1 - Leonardo da VinçiYaxÅŸiliq QarÅŸiliqsiz Qalmaz
Reytinq:
9
(Səs: 9)
|
 |
|
 |
 |
|
Tarix: 6 Mart 2011 20:03. |
 |
 |
|
Tarix: 8 Dekabr 2010 12:38. |
 |
 |
|
Tarix: 29 Noyabr 2010 21:25. |
 |
 |
|
Tarix: 25 Noyabr 2010 00:09. |
 |
|
|