Bəlkə də bəziləriniz düşünmüsüz ki, niyə çöldə eyni temperaturda olan dəmir və taxtaya əl vuranda dəmir taxtada daha soyuq gəlir bizə. Gəlin bunun səbəbini tapaq. Diqqətlə oxuyun burda çətin bir şey yoxdur. Bunun üçün gərək anlayaq ki,isti maddə ilə soyuq maddə bir-biri ilə nə ilə fərqlənir. isti maddədə moleykullar daha sürətli hərəkət edir və onlar öz ətrafında ki, yavaş hərəkət edən moleykullara toxunurlar və beləcə həmən yavaş hərəkət edən moleykullar daha sürətli hərəkət edirlər. Yavaş hərəkət etmə soyuq olma anlamını verir. Bu səbəbdən sürətlə hərəkət edən moleykul yavaş hərəkət edən moleykul ilə toqquşan zaman sürətli moleykulun sürəti azalır və sürəti az olanını sürəti çoxalır. Beləliklə müəyyən müddətdən sonra tarazlıq yaranır. Əgər biz dəmirin hər hansı hissəsini isitsək onda müəyyən müddətdən sonra onun hər tərəfinin təxmini eyti temperaturda olduğunu hiss edərik. Düşünürəm bunu hər kəs başa düşdü.
Siz soyuq havan olan bir günü çölə çıxsanız əlinizi dəmir və taxtaya vursanız hiss edərsiniz ki, dəmir taxtadan daha soyuqdur. Bu necə ola bilər? Axı onlar ikisidə eyni mühitdə olduqları üçün gərək temperaturları da eyni olsun. Bu sualın cavabını ikinci məqalədə oxuya bilərsiniz.