Sizə məqaləni 2 variantda təqdim edəyəcəm:
1)Söhbəti bilmək istəyirəm deyənlər bura:Bildiyimiz kimi o zaman Misir də Osmanlıların hakimiyyəti altında idi.1854-cü ildə Misir valisi(əyanı,səfiri) Səid Paşa Süveyş Kanalı razılaşmasını imzaladı.Razılaşmanın altında qəribə bir maddə var idi:
Kanalın Aralıq dənizinə açıldığı yerə nəhəng bir heykəl qoyulacaq.Heykəl fironlar dövrünrün öaltarlarına bürünmüş bir qadın formasında olacaq və əlində “Asiyanın işığının Misirdən gəldiyini” təmsil edən bir məşəl olacaq.
Heykəl dövrün məşhur heykəltəraşı Frederik Avqust Bartoldiyə sifariş edildi.Bol miqdarda avans da verildi.Bartoldi işə başladı.
Bir neçə il sonra tamamlanan heykəl Marsiliyadan yola düşəsi idi.Amma Səid Paşa öləndə yerinə keçən İsmail Paşa “Müsəlman bir ölkədə heykəl olmaz” deyərək etiraz etdi.
Süveyş Kanalı 1869-cu ildə dünyanın hər tərəfindən gələn qonaqların iştirak etdiyi böyük amma “heykəlsiz” bir mərasimlə açıldı.
Heykəltəraş Bartoldinin əsəri Parisdə bir depoya qoyuldu və tozlanmağa tərkedildi.
O illərdə isə dünyanın başqa bir tərəfində Fransa ilə ABŞ arasında sıx bir əlaqə başladı.Parisdə qurulan Fransız-Amerikan dostluk qrubunun başçısı olan Eduard Rene Lefebre de Labulaye Amerikalıların Fransanın dostluğunun həmişə xatırlamamalı üçün bir hədiyyə vermək istədi.
Hədiyyə bir heykəl olmalıydı.
Heykəl bir əlində hüququ təmsil edən bir kitab tutmalı,digər əlində də “düyanı işıqlandıran azadlığın simvolu” olan bir məşəl tutmalı idi.
Sifariş yenə eyni heykəltəraşa – Frederik Avqust Bartoldiyə verildi.Bartoldinin Süveyş Kanalı üçün hazırladığı heykəlin əlləri,qolları və üzündə dəyişiklik elədi.
Heykəltəraş Bartoldi yanına Süveyş Kanalının mühəndisi və heykəlin “fikir atası” olan Ferdinand de Lessepsi də alaraq Nyu-Yorka getdi.
Heykəl 25 Oktyabr 1886-cı ildı Nyu-Yorkda açıldı.
Kimə niyyət,kimə qismət!(Türk atalar sözü)...
2)O qədər maraqlanmıram,üstəlik vaxtım da azdı,dərslər də bir tərəfdən... deyənlər isə bura:Heykəl Osmanlının Süveyş Kanalı layihəsində bir şərt olaraq nəzərdə tutulmuşdu.Amma layihəni imzalayan Paşa rəhmətə getdikdə yerinə gələn Paşa razı olmur və heykəl sakitliyə tərk olunur.
Tam da bu dövrdə Fransa-ABŞ arasındakı əlaqələr yaxşılaşdığından fransızlar amerikalılara heykəl hədiyə etmək istəyirlər.Sifariş də eyni heykəltəraşa verildiyindən heykəltəraş köhnə heykəli bir az dəyişdirir və heykəl Nyu-Yorkda yerləşdirilir.
2 variantlı sistem xoşunuza gəlir?Kim hansı variantı oxudu?Deməyə çəkinməyin