Saytın bölmələri
  • Əsas səhifə
  • Registrasiya
  • Saytda axtarış©
  • Maraqlı
  • Bloq yazıları yeni
  • Öyrədici yazılar
  • Hekayələr
  • Xəbərlər və siyasət
  • Komputer və İnternet
  • Azərbaycan
  • Koreya
  •  » Proqramlar
     » Mp3
     » Video
     » Elektron kitablar
  • İslam
  • İdman
  • Oyunlar
  • Aforizmlər
  • Dahilər
  • Mobil
  • Maraqlı şəkillər
  • Avto-moto yeni
  • Məntiqi suallar
  • İntelektual suallar
  • Yeni araşdırmalar
  • Maraqlı saytlar və bloqlar yeni
  • Yumor
  • Administrasiya xəbərləri
  • Digər bölmələr:

    Tələbə.az
    Akademiya.net
    bizimnet.info
    dolu.biz
    bilikli.net
    kitabxana.net
    shagird.az
    azgraf.net
    khalilov.info
    Xaricidil.net
      Qorxu

    Qorxu


    İmansız bir insan üçün kainat böyük bir qorxu meydanıdır, onlar üçün həyat çiyinlərə yüklənmiş ağır bir yükdür. Belələri üçün gələcək qaranlıqdır, hətta qorxulu bir zülmətdir. Nə qəribədir ki, onlar keçmişdən də qorxurlar. Çünki tarix onlar üçün sevdikləri insanları udan böyük bir qəbiristanlıqdır. Bəlkə də, onların ən böyük qorxusu nə vaxtsa özlərinin də bu qəbiristanlıqdakı məzarlardan birinə çevrilmələridir. Gələcəyi qaranlıq, keçmişi isə qəbiristanlıq kimi gördükləri üçün onlar bu həyatdan nə zövq ala, nə də xoşbəxtliyi həqiqi mənada dada bilirlər. Bəlkə, həyatın müəyyən məqamlarında özlərini xoşbəxt hiss edirlər, ancaq bu, müvəqqəti olur, bir müddət sonra qorxu yenidən onların üzərinə hakim kəsilir.
    Belələrinin həyat qayəsi dərin olmur. “Bu dünya beşgünlükdür, ye, iç, kef elə” düşüncəsi də onlara aiddir. Onlar bu həyatı yalnız və yalnız yaşamaq üçün yaşayırlar. Belələri nəfslərinin qullarıdır, nəfsani istəkləri onları dayaz əyləncəyə sövq edir, həyatın mahiyyətini anlamaqdan uzaqlaşdırır.
    Bu insanlar həmişə tənhadırlar. Ətraflarında insanlar olsa da, onlar özlərini tənha hiss edirlər. Çünki onlar daxilən azad deyillər, içlərindəki qorxu onları həyatdan küsdürür. Onlar harada olsalar da, bu qorxu onları müşayiət edir. Onlar üçün həmişə ölüm qorxusu var. Ona görə onlar ölümü xatırladan hər şeyə qarşı düşməndirlər.
    Bir də, onları qorxudan özlərinin acizlikləri və gücsüzlükləridir. Çünki onlar qorxduqlarına qarşı mübarizədə acizdirlər, ölümə qalib gələ bilməyəcəklərini anladıqları üçün qorxuları birə-min artır.
    Həyat mübarizədən ibarətdir. Hər kəs bu mübarizədə qalib gəlmək istəyir. Məhz qalib gələn özünü xoşbəxt hiss edir. Məğlub olan və ya məğlub olacağını əvvəlcədən bilən üçün isə bu həyat zindandır, məşəqqətdir. Qorxu ilə keçən bir həyat, əlbəttə ki, işgəncədir.
    Qorxusuz insan isə ümidlidir, imanlıdır. Onu nə zəlzələ qorxudur, nə qocalıq, nə xəstəlik, nə ölüm. Ümidli insanlar həyatda başlarına gələn müsibətlərin bir imtahan olduğunu anlayır, bu sınaqların öhdəsindən gələcəkləri halda əbədi xoşbəxtliyə nail olacaqlarına inanırlar, səmimi-qəlbdən inanırlar. Onlar bilirlər ki, kainatda baş verən hər şey, hətta ən kiçik hadisə belə əvvəlcədən hazırlanmış plan əsasında reallaşır. Onlar bu planı HAZIRLAYANa inanırlar. Ümidlərini də Ona bağlayırlar. Bilirlər ki, Onu sevənə, Ona ümid bağlayana, Ondan imdad umana zaval yoxdur.
    Ümidli insan üçün ölüm yoxluq və heçlik deyil. Əksinə, əbədiyyətə açılan qapıdır. Məhz bu düşüncə onlara ölümü belə, öldürməyə imkan verir. Onlar bilirlər ki, ölüm ayrılıq deyil, qovuşmaqdır, ölüm sevgililərlə bir araya gəlmək üçün səfərdir.
    Onların da qorxusu var. Ancaq bu qorxu Haqqın rəhmətini itirmək, ilahi mərhəmətdən məhrum olmaq qorxusudur. Məhz bu qorxu sayəsində onlar həyatlarını nizamlayır, həmişə gözəl düşünür, gözəl yaşayır, heç kimə pislik etmirlər, insanlıq üçün yaşamaq, yaşatmaq üçün yaşamaq onların həyatlarının qayəsidir.
    Bu qorxu çox gözəldir. Eyni zamanda, bu qorxu digər qorxuları məğlub etməyin yeganə çarəsidir.



    Baxış sayı : (446) | Müəllif Rey Mysterio 23 Iyul 2009  Şərhlər (8) | Xəbəri yenilə...Çap elə

    Oxşar yazılar:
  • Melanxolik tip
  • Boy və xoşbəxtlir haqqında yeni araşdırma
  • İkinci həyat
  • Sanqvinik tip
  • Kainat və insan

  • Reytinq: 
    3  (Səs: 3)
      Yazdı:   FERENQEYT  
      Tarix:   7 Avqust 2010 08:44.
    chox insanlar nedense qorxduxlarini ethiraf etmirler.


    ..........

    Qorxusuz insan qudurmus pisikdir.
    Grup: İstifadəçi
    Xəbər sayı:1
    Şərh sayı:15
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : 1996  |  Şərhlər  : ¹8   |  Qeydiyyatdan keçib:  : 6.08.2010 | Yaşayış yeri : Baki Bineqedi rayonu [Sitat gedirmək]   
      Yazdı:   baraka  
      Tarix:   19 Sentyabr 2009 05:07.
    Ela biri men


    --------------------
    Grup: Active user
    Xəbər sayı:15
    Şərh sayı:459
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹7   |  Qeydiyyatdan keçib:  : 19.09.2009 | Yaşayış yeri : Azerbaycan [Sitat gedirmək]   
      Yazdı:   Avisenna  
      Tarix:   2 Sentyabr 2009 06:51.
    oxudum,maraqlı meqaledi! fellow
    Grup: İstifadəçi
    Xəbər sayı:0
    Şərh sayı:65
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹6   |  Qeydiyyatdan keçib:  : 19.08.2009 | Yaşayış yeri : г.Хырдалан [Sitat gedirmək]   
      Yazdı:   Seo tae neul  
      Tarix:   23 Iyul 2009 18:56.
    Qorxunu etiraf etməkdə bir cəsarətdir
    Grup: Golden user
    Xəbər sayı:20
    Şərh sayı:666
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹5   |  Qeydiyyatdan keçib:  : 19.07.2009 | Yaşayış yeri : Baki [Sitat gedirmək]   
      Yazdı:   Rey Mysterio  
      Tarix:   23 Iyul 2009 17:52.
    Fikirlerinizi qeyd etdiyiniz ucun tesekkur edirem
    Grup: Golden user
    Xəbər sayı:30
    Şərh sayı:449
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹4   |  Qeydiyyatdan keçib:  : 17.07.2009 | Yaşayış yeri : New Gunesli [Sitat gedirmək]   
      Yazdı:   Nigar_032  
      Tarix:   23 Iyul 2009 17:37.
    her bir insanda Allah qorxusu olmalidir.TEWEKKUR
    Grup: Active user
    Xəbər sayı:0
    Şərh sayı:278
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹3   |  Qeydiyyatdan keçib:  : 16.07.2009 | Yaşayış yeri : Baki [Sitat gedirmək]   
      Yazdı:   Sedosh  
      Tarix:   23 Iyul 2009 16:41.
    INSAN ONU VE BUTUN BU KAINATI YARADAN ALAHDAN BASQA HEC KIMDEN VE HEC NEDEN QORMAMALIDIR! TESEKKUR
    Grup: Active user
    Xəbər sayı:5
    Şərh sayı:137
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹2   |  Qeydiyyatdan keçib:  : 17.07.2009 | Yaşayış yeri : Baki [Sitat gedirmək]   
      Yazdı:   haqverdi  
      Tarix:   23 Iyul 2009 14:44.
    "Qorxusuz insan qudurmuş itdir!" - "Nəsimi" filmində Topal Teymurun dediyi kimi...
    Grup: Baş redaktor
    Xəbər sayı:137
    Şərh sayı:43
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹1   |  Qeydiyyatdan keçib:  : 11.06.2009 | Yaşayış yeri : -- [Sitat gedirmək]   
    Şərh əlavə et
    Login
    Parol
     

    Müsəlmanam, namaz qılıram
    Müsəlmanam, namaz qılmıram
    Başqa dinə inanıram(qeyri-İslam)
    Dinlərə yox Uca varlığa inanıram
    Ateistəm
    Özümdə bilmirəm

    Ən yaxşı müəlliflər
      1    Azerweb 1256
      2    poveters 292
      3    haqverdi 137
      4    gypsyyy 96
      5    hobbit 67
      6    utopiya 34
      7    Rey Mysterio 30
      8    Rustem 28
      9    Seo tae neul 20
      10    X-Glamure 18


    Xəbərlər:
      Saat ərzində: 0
       Bugün: 0
      Ay ərzində 15
      Sayt yaranandan: 2350


    İstifadəçilər:
      Yeniləri:0
      Bir saat ərzində:0
      Ay ərzində:82
      Hamısı:2544
      Ban qoyulçuşlar:0


    ILK-10 Azeri Website Directory
    free counters
    eXTReMe Tracker
    Ãëàâíàÿ Reklam Ãëàâíàÿ Ãëàâíàÿ ñòðàíè÷êà. Âû õîòèòå çàðåãàòüñÿ ó íàñ íà ñàéòå?.