 |
|
 |
|
 |
 |
Maraqlı Məlumatlar(maraqli melumatlar) |
|
 |
 |
 Çinlilərin gözləri nə üçün qıyıqdır? Tək çinlilərin deyil, Orta və Cənub-şərqi Asiyada yaşayanların, yaponların hətta Eskimoların da gözləri qıyıqdır. Əslində göz quruluşu bütün dünyada eynidir. Fərqi yaradan göz qapaqlarıdır. Qıyıqgözlü deyə xarakterizə edilən irqlərdə gözün üzərindəki göz qapağının ikinci qıvrımı, gözün üstünə daha çox enmişdir. Çində və o biri bölgələrdə hər nə qədər sıx qar yağmırsa da onların atalarının buzlaq çağında şimalda yaşadıqları daha sonra cənuba endikləri sübut edilmişdir. Tək gözləri deyil, burunları da küləyə qarşı qorunmaq üçün kiçilmiş, burun dəlikləri soyuğu maneə törətmək üçün daralmışdır. Dəriləri də qoruma məqsədli olaraq yağlıdır. Göz qapaqları da yağlıdır. Yəni qıyıqgözlü deyil, aşağı göz qapaqlı, demək daha doğrudur.
Ağıl ilə zəka arasında fərq nədir? Ağıl yalanla gerçəyi, doğruyla səhvi ayıra bilmə, bir mövzuda düşüncə icra edə bilmə və görüş bildirmə qabiliyyətidir. İnsan yetkinləşdikcə ağılı inkişaf edər. Zəka isə bir hadisəni əvvəl anlama, əlaqələri anlayışa, mühakimə etmə və açıqlayaraq həll etmə bacarığıdır. Ümumiyyətlə 12 yaşına qədər inkişaf edər, 20 yaşına qədər sürər sonra sabit qalar. Zəka bir insanın hər cür hadisə qarşısında eyni qabiliyyəti göstərə biləcəyi mənasını verməz. Bir bəstəkar musiqi əsərini ağılıyla deyil zəkasıyla yaradar. Lakin ən sadə riyaziyyat problemini həll edə bilməz. Ağıl konkret olaraq ölçülə bilməz, zəka IQ deyilən testlə ölçülə bilər.
Xoruzlar nə üçün səhərlər erkəndən banlar? Səhər günəş doğularkən banlamaq tək xoruzlara xas deyil. Qulağa ən çox xoruzun səsinin gəlməsi, onun səsinin digərlərindən daha güclü olmasıdır. Quşların böyük əksəriyyəti də eyni saatlarda ağaclarda xor halında oxuyarlar. Gün boyu həm xoruzlar həm quşlar bu ötüşü davam etdirərlər, amma səslərinin ən güclü çıxdığı zaman səhər saatlarıdır. Xoruz və quşların səhər gün doğularkən ötmələri bioloji saatlarıyla nizamlanmışdır
Termos necə istini isti, soyuğu soyuq saxlar? Tək səbəbi vardır, vakuum. Yəni boşluq. Bir termosda iç-içə keçmiş iki qab vardır. Xaricdəki metal bir qab olub, içdəki ümumiyyətlə bir şüşə qabdır. İkisinin arasındakı hava isə boşaldılmışdır. Tam olmasa da istehsalçılar tərəfindən əldə edilə bilən qədər bir boşluq vardır. Vakuumlu bir mühitdə hava molekulları da olmadığından istilik yox olmaz. Cismin istiliyi başlanğıcda nə isə o halda qalar. İçəridən çölə, çöldən içəriyə istilik keçişi olmaz. Beləcə termosa qoyulan maye istisə isti, soyuqsa soyuq qalar.
İmdad çağırışı S. O. S 'un mənası nədir? Çox adam "Sova our Ship" gəmimizi qurtar; "Sova our Soul" ruhumuzu qurtar; "Stop Other Signals" digər siqnalları dayandır sözlərinin qısaldılmışı sanar. Halbuki heç biri deyil. Tamamilə teleqraf zamanından qalma mors əlifbasıyla əlaqədardır. İmdad çağırışının çox asan ağılda tutula bilməsi üçün 1908 də üç xətt, üç nöqtə, üç xətt olan S. O. S seçildi.
|
 |
Oxşar yazılar: Səhər Erkən Qalxmanın BərəkətiMaraqlı Məlumatlar(maraqli melumatlar)Deist , Ateist, Pandeist, Aqnostik haqqındaROK2009-cu ilin ən yaxşı ağıllı telefonları
Reytinq:
2
(Səs: 6)
|
 |
|
 |
 |
|
Tarix: 14 Fevral 2012 22:12. |
 |
 |
|
Tarix: 23 Aprel 2011 21:27. |
 |
 |
|
Tarix: 1 Yanvar 2011 15:15. |
 |
 |
|
Tarix: 18 Dekabr 2010 21:30. |
 |
 |
|
Tarix: 17 Dekabr 2010 17:22. |
 |
 |
|
Tarix: 16 Dekabr 2010 20:50. |
 |
 |
|
Tarix: 16 Dekabr 2010 19:29. |
 |
 |
|
Tarix: 16 Dekabr 2010 01:02. |
 |
|
|