Saytın bölmələri
  • Əsas səhifə
  • Registrasiya
  • Saytda axtarış©
  • Maraqlı
  • Bloq yazıları yeni
  • Öyrədici yazılar
  • Hekayələr
  • Xəbərlər və siyasət
  • Komputer və İnternet
  • Azərbaycan
  • Koreya
  •  » Proqramlar
     » Mp3
     » Video
     » Elektron kitablar
  • İslam
  • İdman
  • Oyunlar
  • Aforizmlər
  • Dahilər
  • Mobil
  • Maraqlı şəkillər
  • Avto-moto yeni
  • Məntiqi suallar
  • İntelektual suallar
  • Yeni araşdırmalar
  • Maraqlı saytlar və bloqlar yeni
  • Yumor
  • Administrasiya xəbərləri
  • Digər bölmələr:

    Tələbə.az
    Akademiya.net
    bizimnet.info
    dolu.biz
    bilikli.net
    kitabxana.net
    shagird.az
    azgraf.net
    khalilov.info
    Xaricidil.net
      Elm də “Amin!” dedi

    Elm də “Amin!” dedi



    Bu gün elm gözəgörünməz güclərin, çağırışların, yalvarışların orqanizmə fiziki təsirindən bəhs edir.
    Artıq bioenerjilər, baxışların sarsıdıcı təsiri elm tərəfindən qəbul olunmuş mövzulardır. Bu dəfə isə biz duadan söhbət açacağıq.
    Günlərdən bəri ölümlə çarpışan körpəsinə baxmaqdan bağrı parçalanan ana evin qəfil bir küncünə çəkilib, göz yaşları içində içindən gələn səmimi bir duyğularla əl açıb Uca Yaradana yalvarır: “Allahım, övladı verən də Sənsən, alan da Sən. Amma bir ana kimi günlərdən bəri bu körpənin yaşadığı acılara, ağrılara baxmağa taqətim qalmayıb. Neynirsən, xeyirlisindən elə, Allahım. Alsan da, almasan da, Sən bilən məsləhətdir. Amma mən daha bu mənzərəyə baxa bilmirəm. Ya mənə dözüm ver, səbir ver, ya bu körpəyə şəfa nəsib eylə”. Bu bir ana duası idi. Günlərdən bəri xəstə yatan körpəsinin çırpıntılarına, qıvrılmasına baxa bilməyən ana Uca Yaradana əl açıb beləcə yalvarırdı. Amma bu duanın boşa getdiyini, nəticəsiz qaldığını düşünməyin. Dualar boşa atılmış güllə deyil, içdən gələn o yalvarışlar mütləq və mütləq ünvanına yetişir, tez, ya gec nəticəsi görünür. Ananın aqibətini düşünsəniz, sonluğun yaxşı olduğunu söyləmək bizcə, kifayətdir.
    Amerikalı məşhur müğənni Areta Franklin 60-cı illərdə “Sənin üçün kiçik bir dua edirəm” adlı mahnısını oxuyanda heç özü də fərqinə varmadan nəzərində xəstə yatan çox yaxın bir dostunu tutmuş və etiraf etdiyi kimi, o anda həmin mahnı ilə ürəyində Allah-Təaladan ona şəfa diləmişdi. Sizə qəribə gəlməsin, bu mahnı-duanın, yalvarışın pozitiv təsiri qısa müddətdə həkimləri heyrətə gətirib. Duanın təsir gücünü araşdıran mütəxəssislər heyrətamiz nəticələr əldə edirlər. Kliniki araşdırmalar, insanlar üzərində aparılan təcrübələr, duanın həm dua edənə, həm də Uca Yaradandan şəfa təmənnası ilə edilən şəxsə müsbət təsir göstərdiyi artıq mütəxəssislər tərəfindən birmənalı şəkildə qəbul edilməkdədir. Duanın pozitiv təsirini kəşf edən klinikalar, tibbi mərkəzlər və dərman istehsal edən şirkətlər indi duanı modern tibb ilə birləşdirməyin yollarını axtarırlar. Ser Con Templeton Vəqfi bu yöndə nailiyyətləri inkişaf etdirmək, daha doğrusu, ruh və bədən arasındakı əlaqələri daha dərindən öyrənmək üçün ildə 30 milyon dollar pul xərcləyir. ABŞ-ın Milli Səhiyyə İnstitutu da bu cür fəaliyyətlərin öyrənilməsi üçün illik 3,5 milyon dollar fond ayırmışdır. Dünyanın ən məşhur ürək cərrahlarını özündə birləşdirən Klivlend Xəstəxanasının nəzdindəki tibb fakültəsində gələcəyin həkimlərinə tibbin sirləri ilə yanaşı, xəstənin inancı haqqında da ətraflı mühazirələr oxunur. Artıq toplaşaraq xəstə üçün dua etmək, Allaha yalvarmaq Qərbdə qəbul edilmiş gərəkli müalicə üsulları sırasında yer almaqdadır. Tibb müəssisələrində həkimlərin və eləcə də digər tibb personalının toplaşaraq xəstə üçün dua etməsi də sürətlə genişlənməkdədir. Mütəxəssislərin söylədiklərinə görə, bu cür toplu duaların xəstəyə pozitiv təsiri daha çox olur. Duanın insana fiziki təsirini araşdıran ən məşhur alimlərdən olan Harvard Universitetinin professoru Herberd Benson insanı heyrətə salan nəticələr ortaya qoyur. O deyir: “Dua edərkən insanın vücudunda və beynində ciddi dəyişikliklər meydana gəlir. Davamlı şəkildə və mütəmadi olaraq ibadət edən insanların qan təzyiqi digərlərinə nisbətən daha sağlam, yəni normasında olur. İbadət edən adamlar başqalarına nisbətən daha az stress və əsəbi gərginlik keçirirlər. Dua və ya ibadət əsnasında orqanlar rahatlanır, beyin isə bir qədər böyüyür”.
    Qurani-Kərim dua mövzusunda belə buyurmaqdadır: “Duanız olmasaydı, nə əhəmiyyətiniz olardı?” “Furkan surəsi, ayə/77.”
    Çoxlarınız əlindəki təsbehi çevirərək Allah-Təalanın adlarını zikr edən, Ona yalvaran nur topu kimi ağsaqqallarımızı, ağbirçəklərimizi yəqin ki, görmüsünüz. Onların o rahat davranışları, səmimiyyəti, həlim söhbətləri, ağrısız-acısız yaşayışları, heç şübhəsiz, o dualarla, o yalvarışlarla birbaşa bağlı olmuşdur. Dua etmək bir zaman dini ritual sayılsa da, bu gün artıq yeni anlam kəsb etməkdə, müalicə vasitəsi kimi tanınmaqdadır. Araşdırmalar göstərir ki, dua ilə xəstəliyin sağalması müddəti qısalır. Bu gün ABŞ-da və İngiltərədə aparılan ciddi araşdırmalar nəticəsində məlum olmuşdur ki, xəstələr üçün dua etmək xəstəliyi azaltdığı kimi, sağalma müddətini də tezləşdirir. Yəni həm dua edən, həm də dua edilən insan bu yalvarışdan şəfa tapır. Bu gerçəkdən xəbərdar olan Amerikada və İngiltərədəki insanlar bir yerə toplaşaraq dua klubları təşkil etməyə başlayıblar. Həmin ölkələrdə hər hansı bir problemlə qarşılaşan, səhhətində ciddi çatışmazlıqlar hiss edənlər doktorla yanaşı, həm də həmin dua klublarına müraciət edirlər. Artıq Amerikada dua mövzusu 60-cı illərdəki kimi, sadəcə, şeir və mahnı mövzuları olmaqdan çıxıb. Bu gün ABŞ-ın ən məşhur tibbi mərkəzlərində dua və sağlıq mövzusunda çox sayda araşdırmalar üzərində iş gedir. Miçiqan Universitetinin ortaya qoyduğu nəticələrə görə, dindarların depressiya və stress halları daha az olur. Çikaqodakı Ruş Universitetinin əldə etdiyi nəticələr isə mütəmadi olaraq ibadət və dua edənlərin erkən ölüm faizinin dinə bağlı olmayanlarla müqayisədə 25 faiz az olduğunu bildirir. Eyni mənbədən o da bildirilir ki, dua edən bir xəstənin ürək əməliyyatından sonrakı yaşama müddəti dua etməyəninkindən 30 faiz artıq olur. Kolumbiya Universitetində aparılan araşdırmalar isə insanlarda sonsuzluq probleminin dualar sayəsində xeyli düzəldiyini iddia edir. Dua ilə müalicənin sıx-sıx istifadə edildiyi Duk Universitetində kardioloqlar da dua edən xəstələrin daha tez sağaldıqlarını söyləyirlər. Bəzi araşdırmalarda xəstənin və dua edənin bir-birilərini tanımasa belə, duanın yenə şəfavericilik qabiliyyətinin görünməsi təsdiq olunur. Bir qrup ingilis elm adamı, teoloqları və beyin üzrə mütəxəssislərdən təşkil olunmuş qrup iki il araşdırma apardıqdan sonra “niyə bəzi insanların inancı güclü, bəzilərininki zəifdir? İnancın orqanizmdəki ağrı-acıya təsiri nədən ibarətdir?” sualına verdiyi cavab, həqiqətən də, çox inandırıcıdır: stress orqanizmin müqavimət gücünü aşağı salır. Beləcə, insan müqavimətini itirdikcə yad təsirlərin əsirinə çevrilir. Məhz stresə girən, depressiya vəziyyəti yaşayan insanlar daha çox xəstələnirlər. Dua və dini həyat tərzi isə stress faizini xeyli aşağı salır. Dua, sadəcə, xəstələr üçün və ya xəstəlik zamanında deyil, həyatın bütün məqamlarında oxunmalıdır ki, orqanizmdə immunitet halını alsın, vərdişə keçsin. Bu zaman insanda həm mənəvi, həm də fiziki güc mənbələri formalaşır.
    Bu gün duanın gücünə inanan İngiltərədə və İrlandiyada çox sayda dua qrupları meydana gəlməkdədir. Böyük Britaniyada ən müxtəlif xristian mənsəblərinə mənsub 1000-dən çox dua qrupu var. Kiçik bir ada ölkəsi olan Sinqapurda isə 31 dua qrupu fəaliyyət göstərir. İngiltərədə bir milyondan çox xristianın üzvü olduğu bir cərəyanın nümayəndəsi olan Janet Hollovey duanın ən uğurlu alternativ tibb yolu olduğunu irəli sürür.

    Məşhur psixoloq, professor Harold Q. Koyen duanın psixoloji, ruhi problemi olan xəstələrə çox fayda verdiyini söyləyir.
    Kaliforniya Pasifik Tibb Mərkəzinin professoru Lari Çerviz isə dua haqqında çox düşündürücü fikirlər irəli sürür: “İnsan enerjisi dua ilə zaman və məkan sərhədlərini aşa bilir. İnsan həyatı boyunca dualarla uzaq keçmişə və uzaq gələcəyə müəyyən faydalar göndərə bilir. Dua insan həyatının ayrılmaz bir parçası olmalıdır. Əslində dua insanın diqqəti, yönəldiyi istiqaməti ilə harmoniya təşkil edir”.
    Türkiyəli araşdırmaçı-yazar Ənəs Ərgən də Qurani-Kərimdə və eləcə də hədisi-şəriflərdə dua mövzusuna böyük önəm verildiyini bildirir. Həzrəti Peyğəmbərimizin oxuduğu duaların müsəlmanlar tərəfindən təkrarlanmasının çox böyük faydaları olduğunu bildirir. O, bu mövzuda belə yazır:
    “İnsan dindardırsa, demək, Allaha inanır, Onun varlığını və birliyini qəbul edir, başına gələn işləri Allah-Təala tərəfindən yazılmış bir qədər olduğunu qəbul edir və onu da anlayır ki, sınaq içindədir. Bu sınağa qarşı verəcəyi reaksiya onun üçün savab və ya günah olaraq yazılacaqdır. Yəni mömin başına gələnlərin onun üçün bir sınaq olduğunu anlayır. Əsas məsələ də elə bu anlayışı qəbul edincədir. Bundan sonra insanda yeni bir güc mənbəyi açılır. İman adlanan həmin güc insana həm maddi, həm də mənəvi baxımdan çox böyük faydalar gətirir”.
    Biz dinimizdən gələn gözəllikləri yaşaya bilsəydik, heç şübhəsiz, bu gün dünyada öncül olurduq. Amma təəssüflər ki, bizə tövsiyə olunan və yaşaya bilmədiyimiz gerçəklər bu və ya digər şəkildə xristian dünyasında araşdırılır, öyrənilir. Dua bizim üçün çox önəmlidir. Allah-Təalanın da buyurduğu kimi, dua ibadətin özüdür. Dualarınızı bizdən əsirgəməyin.

    Abdullah Mustafa/Zaman Azərbaycan

    Əlavə(Amindən):
    Təəssüf verici fakt odur ki, özümüzə dindar desək də hətda dini araşdırmalar da uduzuruq.


    Açar sözlər: elm, amin, din, islam, araşdırmalar, arasdirmalar, ixtiralar, kesfler, kəşflər, maraqli arasdirmalar, meqaleler

    Baxış sayı : (842) | Müəllif Azerweb 17 Fevral 2010  Şərhlər (10) | Xəbəri yenilə...Çap elə

    Oxşar yazılar:
  • Dua etmək
  • Duanın Şərtləri...
  • Qəbir Həyatı
  • Hikmət damlaları
  • Az yatmağın səbəb olduğu xəstəliklər

  • Reytinq: 
    -1  (Səs: 7)
      Yazdı:   yeni il sevinci  
      Tarix:   29 Dekabr 2011 14:53.
    SALAM MEN DEMEK ISTEYIREM KI MUELLIF QEYD EDIB KI DA EDERKEN QEBUL OLUR GEC VEYA TEZ.QEBUL OLMAYAN DUALAR UCUN HEYFSLENMEYIN CUNKI ARZU ETDIYIN GERCEK OLMAYIBSA DEMEK SENIN UCUN EN XEYIRLISI BUDUR UNUTMAYAQBUNU TESEKKURLER
    Grup: İstifadəçi
    Xəbər sayı:0
    Şərh sayı:6
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : -  |  Şərhlər  : ¹10   |  Qeydiyyatdan keçib:  : 29.12.2011 | Yaşayış yeri : agdas [Sitat gedirmək]   
      Yazdı:   elvin/rustamli  
      Tarix:   2 May 2011 22:28.
    salam!cox gozel arasdirmadir.
    insan Allaha ne qeder yaxinlasarsa Allah ona 10 qat yaxinlasar
    de:Ya Rəsulum Mən sənə şah damarından da yaxınam!
    sağ olun!Allah amanında.............!
    Grup: Qonaq
    Xəbər sayı:0
    Şərh sayı:0
    Mükafatlar:
     
    Reputasiya:
     | ICQ  : --  |  Şərhlər  : ¹9   |  Qeydiyyatdan keçib:  : -- | Yaşayış yeri : -- [Sitat gedirmək]   
      Yazdı:   gulum  
      Tarix:   27 Iyun 2010 15:07.
    TESEKKURLER AXIRA KIMI OXUDUM.MARAQLI IDI.MENCE DE INSAN BIR SEYI HEQIQETEN ISTEYEREK ALLAHA DUA EDIRSE YEQINKI O DUASI QEBUL OLUNUR.
    Grup: İstifadəçi
    Xəbər sayı:0
    Şərh sayı:9
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹8   |  Qeydiyyatdan keçib:  : 22.06.2010 | Yaşayış yeri : BAKI [Sitat gedirmək]   
      Yazdı:   Cedric  
      Tarix:   25 Fevral 2010 19:51.
    Axira kimi oxuya bilmedim...Amma yenede..........Tewekkurller
    Grup: İstifadəçi
    Xəbər sayı:4
    Şərh sayı:36
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹7   |  Qeydiyyatdan keçib:  : 24.02.2010 | Yaşayış yeri : Azərbaycan...Sumqayıt [Sitat gedirmək]   
      Yazdı:   cuppulusaq  
      Tarix:   23 Fevral 2010 17:01.
    1 abzas oxudum ona gore deqiq bir sey deye bilmeyecem


    --------------------
    Grup: Active user
    Xəbər sayı:7
    Şərh sayı:551
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹6   |  Qeydiyyatdan keçib:  : 22.01.2010 | Yaşayış yeri : AZERBAYCAN , BAKI [Sitat gedirmək]   
      Yazdı:   neslihan  
      Tarix:   17 Fevral 2010 21:35.
    ayyy ne uzundur oxuyub rey yazmaliyam yalandan tsk yazmagin yeri yoxdur


    --------------------
    Grup: Active user
    Xəbər sayı:9
    Şərh sayı:307
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹5   |  Qeydiyyatdan keçib:  : 4.12.2009 | Yaşayış yeri : baki [Sitat gedirmək]   
      Yazdı:   zero0  
      Tarix:   17 Fevral 2010 21:08.
    8o faizini oxudum...maraqli arashdirmadi...Urekden icden gelen her sey bucur neticeler vermelidi mence...Inam da bunlarin icinde..Ureyinizi temiz saxliyin ve hemise Temiz ureye Guvenin...darda qalanda hemise komeyiniz olacaq bu dushunce, 99.9 % eminem...cox komey olacaq...
    Grup: Active user
    Xəbər sayı:3
    Şərh sayı:150
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹4   |  Qeydiyyatdan keçib:  : 31.12.2009 | Yaşayış yeri : Baki [Sitat gedirmək]   
      Yazdı:   ELCIN 1990  
      Tarix:   17 Fevral 2010 17:00.
    coooooox sag olun
    Grup: İstifadəçi
    Xəbər sayı:0
    Şərh sayı:19
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹3   |  Qeydiyyatdan keçib:  : 14.02.2010 | Yaşayış yeri : BAKI [Sitat gedirmək]   
      Yazdı:   ramin  
      Tarix:   17 Fevral 2010 14:35.
    azerweb ,tesekkur ama oxuya bilmedim P.S -de duz deyirsen hamimiz muselman oldugumuzu iddia edirik ama birisi ile mubahise ve ya muzakire edende faktlar gostere bilmirik,ama mence esl muselman movhumatdan qati dincilikden uzaq olan muselmandir


    --------------------
    Grup: Silver user
    Xəbər sayı:14
    Şərh sayı:691
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹2   |  Qeydiyyatdan keçib:  : 12.09.2009 | Yaşayış yeri : Azerbaycan .Baki [Sitat gedirmək]   
      Yazdı:   gypsyyy  
      Tarix:   17 Fevral 2010 11:44.
    məqalə həqiqətən çox uzun oldu, axıra kimi oxuya bilmədim...
    kiçik hekayə çox xoşuma gəldi...
    dua edərkən nəticəsini görməyəndə düşünməyək ki, duamız qəbul olunmadı...
    Allah təala özü bilən məsləhətdir
    Grup: Golden user
    Xəbər sayı:96
    Şərh sayı:823
    Mükafatlar:
     
    Reputasiya: 2
     | ICQ  : --  |  Şərhlər  : ¹1   |  Qeydiyyatdan keçib:  : 18.10.2009 | Yaşayış yeri : Azərbaycan, Bakı [Sitat gedirmək]   
    Şərh əlavə et
    Login
    Parol
     

    Müsəlmanam, namaz qılıram
    Müsəlmanam, namaz qılmıram
    Başqa dinə inanıram(qeyri-İslam)
    Dinlərə yox Uca varlığa inanıram
    Ateistəm
    Özümdə bilmirəm

    Ən yaxşı müəlliflər
      1    Azerweb 1256
      2    poveters 292
      3    haqverdi 137
      4    gypsyyy 96
      5    hobbit 67
      6    utopiya 34
      7    Rey Mysterio 30
      8    Rustem 28
      9    Seo tae neul 20
      10    X-Glamure 18


    Xəbərlər:
      Saat ərzində: 0
       Bugün: 0
      Ay ərzində 15
      Sayt yaranandan: 2350


    İstifadəçilər:
      Yeniləri:0
      Bir saat ərzində:0
      Ay ərzində:82
      Hamısı:2544
      Ban qoyulçuşlar:0


    ILK-10 Azeri Website Directory
    free counters
    eXTReMe Tracker
    Ãëàâíàÿ Reklam Ãëàâíàÿ Ãëàâíàÿ ñòðàíè÷êà. Âû õîòèòå çàðåãàòüñÿ ó íàñ íà ñàéòå?.