 |
|
 |
|
 |
 |
Ludwig Van Beethoven |
|
 |
 |
 Beethoven 1770-ci ildə Almaniyada (Bonn) anadan olub. Spirtli içkilərə qarşı zəyifliyi ilə tanınan Beethove'nin atası Johann da saray musiqiçisi idi. İlk pianino dərslərini hələ 4 yaşında ikən atasından alıb. Sərt bir insan olan atası uşağını çox zorlayır, hələ 4-5 yaşında olan və barmaqları pianinoya çatmayan uşaq bəzən bu məşqlər sırasında gözyaşı axıdırdı...
İlk musiqi təhsilini atasından aldıqdan sonra, 1779-cu ildə Christian Gottlob Neefeylə işləməyə başlamış və ilk bəstəsini də burada yazmışdır. 1786-cı ildə Viyanaya etdiyi ziyarətin ardından, anasının ölümünə görə Bonna geri qayıdır və Kont Walsteinin hizmətində 4 il boyunca orkestrada viyola çaldı.
Anasının ölümündən sonra Beethoven Viyanaya geri döndü və həyatının sonunadək orada yaşadı. 1794-cı ilədək Viyanada saraylarda və özəl toplantılarda çaldı. 1795-ci ilə qədər xalqa açılmamışdır. Başlanğıcda bir bəstəkar olaraq deyil, bir pianist və müəllim olaraq adını eşitdirdi və qısa zamanda məşhurlaşdı. 1798-ci ildə Beethoven eşitmə problemləri yaşamağa başladı. Bu tarixdən etibarən 21 il boyunca heç kimsəylə münasibət qurmadı. Ancaq 1819-cu ildə yazaraq insanlarla dialoq qurmağa başladı. 21 il boyunca çəkilən yalnızlıq çox dərin acılar yaşamasına səbəb oldu. Beethoven'in bütün simfoniyalarını eşitmə problemi yaşamağa başladıqdan sonar bəstələməsidə diqqətə dəyər verilən bir olaydır.
Beethoven ömrü boyunca bir neçə qadını sevməsinə baxmayaraq heç evlənməmişdir. Bunlar içində evlənməyə ən çox yaxınlaşdığı və ən çox sevdiyi Ölümsüz Eşqidir. Kim olduğu dəqiq bilinməməklə birlikdə bu qadının, Frankrutlu bir tacirin arvadı olan Antonio Brentano olduğu zənn edilməkdədir. Sevdiyi şəxsə özünü bütünlüklə verən Beethoven, Diabelli Varyasyonları'nı Ölümsüz Eşqinə həsr etmişdir.
1826-cı ildə qardaşı Karl ilə Gneixendorfda etdiyi tətilin ardından Viyanaya dönüşündə, serroz xəstəliyi dərinləşmiş, yataqdan qalxa bilməmişdi. 26 mart 1827-ci il hava soyuq idi və durmadan yağış yağırdı. O anda çaxan böyük bir şimşəklə Beethoven'in otağı aydınlandı. Eyni anda yumruğunu havaya qaldıran Beethoven'in gözləri bir neçə saniyəliyinə həyata meydan oxyarcasına açıldı və ardından bir daha açılmamak üzərə bağlandı. Həkimlər bunun Beethoven'in anlamlı bir hərəkəti deyil, sadəcə işığa qarşı bir cür refleks olduğunu söyləməkdədirlər.
 Beethoven təxminən 30.000 insanın qatıldığı bir cənazə törəninin ardından Wahring məzarlığında dəfn edildi. 1888-ci ildə isə naşı Viyana Mərkəz Məzarlığına Schubertin məzarının yanına köçürüldü.
Xahiş olunur ki, başqa saytlar məqaləni götürən zaman mənbəni göstərsinlər.
Açar sözlər: ludwig-van-beethoven, bethoven, bethoven haqqinda melumat, bestekatlar, bəstəkarlar, dahiler, dahilər, gorkemli sexsiyyetler, görməkli şəxsiyyətlər, betxoven, bethovenin heyati, bethovenin yaradiciligi, maraqli melumatlar
|
 |
Oxşar yazılar: Yaxşiliq Qarşiliqsiz QalmazReinkarnasiya həqiqətdir?Həyatdan qəribə bir hekayəSeyid Əzim ŞirvaniGörməkli şəxslər: İbn sina
Reytinq:
2
(Səs: 4)
|
 |
|
 |
 |
|
Tarix: 13 Yanvar 2010 22:55. |
 |
 |
|
Tarix: 10 Yanvar 2010 15:39. |
 |
 |
|
Tarix: 10 Yanvar 2010 14:10. |
 |
 |
|
Tarix: 9 Yanvar 2010 04:34. |
 |
 |
|
Tarix: 8 Yanvar 2010 14:01. |
 |
 |
|
Tarix: 8 Yanvar 2010 11:48. |
 |
|
|