 |
|
 |
|
 |
 |
Dost ikinci mən deməkdir |
|
 |
 |
 1.Tanışlarınız arasında sizə əsl dost olan o kəsdir ki, həqiqətdən qorxmadan səhvlərinizi açıq göstərir.. 2.Dostluğa nə qul, nə də ağa lazımdır. 3.Əgər sən başqaları üçün bir iş görmürsənsə, heç kəsdən, hətta dostlarından belə yaxşılıq uma bilməzsən. 4.Bir adam ki, “sən öl” desə yalannan, Onun körpüsündən keçmə dünyada. 5.Məhəbbətdə və dostluqda bərabərlik müqəddəs işdir. 6.Mənə elə dost lazım deyildir ki, hər şeydə mənimlə razılaşsın, mən başımı əyəndə o da əysin, ona qalsa mənim kölgəm də dostdur. 7.Xəzinə dost deyildir. Dost xəzinədir. 8.Ağıllı dostunu hər vaxt xatırlar, axmaq isə işi düşəndə. 9.İki cür adam məzəmmətə layiqdir: dostlarının haqqını tapdayan və yaxşı işə qiymət qoymayan.“ 10.Tələskən adamın rahatlığı, hirsli adamın sevinci, usandırıcı adamın dostu olmaz. 11.Ata xəzinədir, qardaş dayaqdır, dost isə həm xəzinə, həm də dayaqdır. 12.Dost dar gündə bilinər, süfrə başında düşmən də dost görünər. 13.Kim özünə özü qədər inana biləcək bir dost tapa bilərsə, o, özünü dünyanın bütün xəzinələrinin sahibi hesab edə bilər. 14.Sənin qəbahətlərini üzünə deyən düşmən, bunları gizlədən dostdan yaxşıdır. 15.Yeganə sadiq olmağa cəhd göstərmək böyük səhvdir. 16.Dostu lmayanların qəlbi boş bir səhraya bənzər. 17.Ağıllı adam dost olsan əgər, Elmi, mərifəti sənə də keçər.Nizami. 18.Kürkü yağış korlar, dostluğu rişxənd. 19.Dostların hesabı ürəkdə saxlanar. 20.Qurumuş gölün sonası olmaz, hərdəmxayalın dostu. 21. Dostun yaxşısı pisi olmur, dostluğun yaxşısı pisi olur.
Hansı fikri daha çox bəyəndiniz? P.S(Administratordan): Bu məqalə artıq kifayət qədər saytımızda var. Biz oğurluqla məşğul olmadığımız üçün DİGƏR SAYTLAR KİMİ XƏBƏRİ OĞURLAYIB ÖZÜMÜZ YAZMIŞIQ KİMİ GÖSTƏRMİRİK! Bizlərin içində ümid edirəm ki, halal haram anlayışı olanlar var. Məqaləni isə maraqlı bilib sizinlə paylaşmaq qərarına gəldik. Əgər məqalənin sahibi sizsinizsən və ya siz tanıyırsınızsa bizimlə əlaqə saxlayın. Məqaləni göndərənə isə maraqlı məqaləni bizimlə bölüşdüyü üçün təşəkkür edirik.
Açar sözlər: dost, dostluq, əsl, esl, aforizmler, aforizmlər, hikmetli sozler, hikmətli sözlər
|
 |
Oxşar yazılar: HəyatAforizmlər 2Yaxşı və pisin simasıGözəl sözlər(gozel sozler)Mənalı sözlər(menali sozler)
Reytinq:
5
(Səs: 7)
|
 |
|
 |
 |
|
Tarix: 4 Dekabr 2009 23:52. |
 |
 |
|
Tarix: 30 Noyabr 2009 18:35. |
 |
 |
 |
6.Mənə elə dost lazım deyildir ki, hər şeydə mənimlə razılaşsın, mən başımı əyəndə o da əysin, ona qalsa mənim kölgəm də dostdur. tesekkur Rustem.Bu yuxarida copy etdiyim daha cox xosuma geldi.davamini gozluyuruk
--------------------
Böyük insanların səhvləri axmaqlar üçün təsəllidir!!!
|
Grup: Golden user Xəbər sayı:34 Şərh sayı:731 Mükafatlar: Reputasiya: 0 | ICQ : -- | Şərhlər : ¹9 | Qeydiyyatdan keçib: : 6.09.2009
| Yaşayış yeri : Azərbaycan,Bakı [Sitat gedirmək] |
 |
 |
|
Tarix: 30 Noyabr 2009 09:30. |
 |
 |
|
Tarix: 29 Noyabr 2009 18:11. |
 |
 |
|
Tarix: 29 Noyabr 2009 10:11. |
 |
 |
|
Tarix: 29 Noyabr 2009 02:33. |
 |
 |
|
Tarix: 29 Noyabr 2009 01:42. |
 |
 |
|
Tarix: 29 Noyabr 2009 00:37. |
 |
 |
|
Tarix: 28 Noyabr 2009 23:45. |
 |
 |
|
Tarix: 28 Noyabr 2009 16:55. |
 |
|
|