Eger Koreyeda tehsil almaq istəyirsinizsə onda mütləq oxuyun.Çünki arzunuz gerçəkləşə bilər.
20 oktyabr 2009-cu il tarixində Koreya Təhsil, Elm və Texnologiya Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutu (NIIED) və Koreyanın 13 ali təhsil müəssisəsinin iştirakı, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və SEBA Turizm Şirkətinin təşkilati dəstəyi ilə Bakıda I Koreya Təhsil Sərgisi keçiriləcəkdir.
Sərgi saat 14:00-18:00- da Hyatt Hotel mehmanxanasının Şuşa konfrans zalında baş tutacaqdır. Sərgiyə giriş pulsuzdur.
Tədbirdə Koreyanın aşağıdakı 13 nüfuzlu ali təhsil müəssisəsi iştirak edəcəkdir:
• KyungPook Milli Universiteti (KyungPook National University) • Koreya Universiteti (Korea University) • Mokpo Milli Universiteti (Mokpo National University) • Gimcheon Universiteti (Gimcheon University) • Pusan Milli Universiteti (Pusan National University) • Seul Milli Texnologiya Universiteti (Seoul National University of Technology) • Sunçunyanq Universiteti (Soonchunhyang University) • Sunqsil Universiteti (Soongsil University) • Yonsei Universteti (Yonsei University) • Ulsan Milli Elm və Texnoloiguya Universiteti (Ulsan National Institute of Science & Technology) • İnha Universiteti (Inha University) • Pohanq Elm və Texnologiya Universiteti (Pohang University of Science & Technology (POSCO) • Hanyanq Universiteti (Hanyang University)
Sərgi iştirakçıları Koreyanın qeyd olunan nüfuzlu universiteti vasitəsi ilə Koreya təhsil sistemi ilə yaxından tanış olmaq, o cümlədən Koreyada təhsil almaq arzularını reallaşdırmaq imkanı əldə edəcəklər.
Ətraflı məlumat üçün əlaqə telefonları:
Koreya Respublikasının Bakıdakı Səfirliyi Tel: 596 79 01/02
Elnurə, bu haqa saytımızda hardasa bir ay ərzində ətraflı məqalələr olacaq. İndi mən Koreyada müxtəlif proqramlarla təhsil alan tələbələrlə əlaqə saxlayıram. Bu elanın vaxtı isə bitib. Siz sayta mütəmadi daxil olun. Yeni elanlar olduqca saytda yazılacaq.
Grup: Administrator Xəbər sayı:1256 Şərh sayı:538 Mükafatlar:
Anar Inshallah nai olarsiniz. Insan qarshisina meqsed qoyarsa her shey onun qarshisinda acizdir. Neise sualiniz olsa mene yaza bilersiniz (faydali(.)az/index.php?do=feedback)
Grup: Administrator Xəbər sayı:1256 Şərh sayı:538 Mükafatlar:
GUNEL, siz zəhmət olmasa saytda qeydiyyatdan keçin o zaman biz sizə email yaza bilərik(sayt vasitəsi ilə). Konkret sizə nə lazım olduğunu bilmirik deyə burda bir məqalə böyüklüyündə şərh yazmağın mənası yoxdur. Qeydiyyatdan keçsəniz sizinlə necəsə əlaqə saxlayıb bildiklrimizlə kömək edə bilərik(qeydiyyatdan keçin ona görə deyirəm ki emailinizi yazmaqdasa qeydiyyatdan keçmək sizə daha sərfəlidir yəqin). Hörmətlə
Grup: Administrator Xəbər sayı:1256 Şərh sayı:538 Mükafatlar:
BU HAQDA MELUMAT ALMAQ UCUN YALNİZ SEFİRLİYE BAS VURMALİYİG BU HAQDA HER HASNİ MELUMAT UCUN ÜEB SEHFE VE YA A- MAİL ADRESİ YOXDU ZEHMET OLMASA CVB VERERDİZ
R.G siz lap ən çətinini soruşdunuz e Buda az qala bütün ixtisaslar üzrə oxuyan var, amma tibb üzrə mən biləni yoxdur. Ona görə soruşağa adam yoxdur Ümümiyyətlə ən yaxşı Seoul National University hesab olunur, o isə bu siyahıda yoxdur. Bundan sonra isə Korea University və ya Yonsei University məsləhətdir. Ancaq tibbin konkret sahələrinə görə bu dəyişir misal üçün bilirəm ki, şərq tibb üsülu ilə müalicədə ən yaxşı Kyung hee university hesab olunur, amma ümumi tibbdə bu universitet ilk 3-lükdə yoxdur. Ona görə təssüf olsun, amma tibb sahəsi üzrə kömək dəqiq kömək etmək çətin olacaq, ancaq istənilən halda Korea və ya Yonsei Koreyada ən prestijli universitetlərdir(Seuol National University-dən sonra).
Grup: Administrator Xəbər sayı:1256 Şərh sayı:538 Mükafatlar: