Birinci xəbəri görməyənlər üçün haqqında məlumatı bir daha dərc edək:
Haqqında Əsl adı Yunus Özyavuzdur.İstanbul Universitetində fars dili və ədəbiyyatı oxuyarkən bir tərəfdən də yerli radyolarda dj kimi işləyir.Sonra KuvvetMira qrupunu yaradır və bir albom buraxır.Sonra təklikdə bir neçə albomdan sonra artıq studiyasını açır.Digər uğurlu işlərlə özünü kifayət qədər tanıdır.Beləcə Cezanın "MedCezir" albomunun da bütün musiqilərini və Cem Yılmazın "G.O.R.A" filminin musiqilərini yazır.Break dance oynayır,MC-lik,DJ-lik eleyir,bir də Türkiyədə turntablizmin(diski fırlatmaqla səs çıxarma) yeganə ifaçısıdır. Özü kimi rep sənətçisi olan Kolera ilə ailə qurub.
"Sagopa Kajmer"in mənası "Sagopa Kajmer" adının mənasına gəldikdə isə...Soyadı Kajmeri olan bir arxeoloq illərdir sirrini açmaq üçün gedənlərin hamısının öldüyü Sagopa adlı bir piramidanın sirrini açmış və piramidanın ən son otağına qədər gedərək divara Sagopanın sirrini açan mənasında "Sagopa Kajmer" yazmışdır.Ancaq bu arxeoloq da hava axını üzündən can verir.Bu hadisədən bir müddət sonra müasir vasitələrlə piramidaya daxil olan alimlər ölən arxeoloqun cəsədini tapırlar və piramidaya heç bir texnikasız girmək cəsarətinini göstərdiyinə görə bu hadisəni bütün dünyaya eşitdirirlər.