DataLife Engine > Koreya, Maraqlı > Koreyalılar AzÉ™rbaycanı tanımırlar 2

Koreyalılar Azərbaycanı tanımırlar 2


30 Iyun 2010. Ðàçìåñòèë: Azerweb
Koreyalılar Azərbaycanı tanımırlar 2
Koreyada olan zaman qazandığım təcrübəyə əsasən deyə bilərəm ki, Azərbaycanı keçmiş SSSR ölkələri, əksər müsəlman ölkələri tanıyır. Hamisi yox əksəriyyəti ona görə deyirəm ki, qarşıma çıxan iki qətərlinin heç biri Azərbaycanı tanımamışdı. Qeyri müsəlman Asiya ölkələri çox pis tanıyırlar. Amerikalılar asiyalılardan çox cüzi yaxşı tanıyır. Avropalılardan isə az çox savadlı olanların demək olar ki, hamisi tanıyır. Düşünürəm ki, səbəb sadədir: Misal üçün bir polyak tv-yə baxır və eşidir ki, dünən onların komandası hansısa bir ölkəni 6:0 udub. 2-3 ildən sonra yenə eşidir və yadında saxlayır.
Sonda maraqlı bir hadisəni danışım. Bir dəfə bir koreyalı ilə oturmuşduq və digər bir koreyalı bizə yaxınlaşdı. Məndən hansı ölkədən olduğumu soruşdu və mən Azərbaycandan olduğumu dedim. O elə düşündü ki, Azərbaycan şəhərdir(misal üçün Amerikalılardan soruşandakı sən hardansan demirlər amerikadanam deyirlər misal üçün Nyu-yorkdanam və ya texasdanam və s). Mənə dedi ki, İspaniyadan dedim yox, dedi Fransada dedim yox. Daha sonra soruşdu ki, Bəlkə Pakistandan. Mən bezdim və gördüm ki, bu insan heç başa düşə bilmir və dedim ki, Türkiyədənəm. Bilirsiniz mənə nə dedi?
Dedi ki, hə o şəhər Türkiyədə yerləşir?:)