Bu gün sizlərə Seul şəhərinin ən hündür yerlərindən biri olan Namsan Tower (Seoul Tower) haqqında danışacam. Biz Koreyaya ilk dəfə gələndə birinci dəfə Seulu gəzməyə çıxanda ən birinci getdiyimiz yer məhz bura idi. Əslində bura informasiya qülləsi olub 1969 cu ildə tikilmişdir və hündürlüyü 236.7 m-dir. Dəniz səviyyəsindən isə 479.7 m hündürlükdə yerləşir.Lakin 1980 cı ildən bura parka çevrilmişdir. Qüllənin ətrafında çox gözəl park salınmışdır. Qüllə dağın başında yerləşdiyi üçün bura kanat vasitəsi ilə çıxmaq lazımdır bunun üçün isə 7000won, təxminən 5-6 $ ödəmək lazımdır. Onu deyim ki,bura çox gözəl yerdir,Seula yolunuz düşsə bura mütləq baş çəkin. Qaranlıq düşəndən sonra burada maraqlı Lazer şou keçirilir. Bir sözlə görməli yerdir. Qüllənin başından baxanda bütün şəhər görsənir. Demək olar ki,Seula gələn bütün turistlər bura baş çəkir. Bir şey az qalsın yadımnan çıxmışdı.Burada sevgililər üçün çox gözəl bir adət var. Parkın girəcəyində setqalı lövhə asılıb. Hansı ki,parka gələn sevgililər aldıqları qıfılı ora bağlayırlar. Bununla da onlar öz sevgilərini simvolik olaraq gücləndirmiş sayılırlar. Yeni əgər sevgilinizlə bura gəlsəniz siz də qıfıl asarsınız burdan Buyurun bu da şəkillər: