DataLife Engine > Kompüter və İnternet > İnternet şoppinq(shopping) 1

İnternet şoppinq(shopping) 1


7 Iyul 2010. Ðàçìåñòèë: Azerweb
İnternet şoppinq(shopping) 1
Azərbaycanda olan zaman çox marağım olsa da edə bilmədiyim və Koreyada mənim üçün çox faydalı bir şey-internet şopinq. Koreyada artıq iki il yarımdır ki, internetdən müəyyən əşyalar alıram və düşünürəm az çox bir istifadəçi kimi bu işi artıq bilirəm deyə bilərəm.
Koreyada 3 məşhur internet maqazin var. Bu saytların hər hansı birinə daxil olub qeydiyyatdan keçəndən sonra biz istədiyimiz bir əşyanı ala bilərik. İnterent şopinq adi maqazində müyyən əşyanı almaqla müqayisədə bir çox üstün cəhətlərə malikdir.
1) İnternetdə siz çox böyük məhsul çeşidi ilə qarşılanırsınız. Bunu heç bir maqazində tapa bilməzsiniz.
2) İnternetdə əşyalar maqazinlərdə olduğundan daha ucuzdur. Bunun bir çox səbəbləri var. Gəlin düşünək, siz sahibkarsınız və müəyyən əşyanı satırsınız. Bu zaman kimsə həmən əşyanı gəlib sizdən alacaq . Daha sonra o onun üstünə bir qiymət qoyacaq ki, həmin qiymətlə o həm vergini verə bilsin, həm satıcı pulunu, həm kamunal xidmətlərin pulu və özünə pul qalsın. Ancaq internetdən alan zaman bir başa sahibkardan ala bilirsiniz.
3) Aldığınız mal düz qapınıza gətirilir.
4) Hər hansı əşyanı almamışdan əvvəl sizdən əvvəl alanların fikirlərini orada oxuya bilərsiniz.


Ardı 2-ci hissədə...