Bilirsinizmi ki, insanların 73% axtarış maşınlarının geniş funksiyalarından istifadə etmirlər.Düşünürəm Azərbaycanda bu faiz 99% ətrafındadır.
Dünyanın ən məşhur axtarış sistemi olan google-dan daha səmərəli istifadə etmək üçün aşağıdakı qaydalardan istifadə edə bilərsiniz.
Yazdıqlarımın hər birini google.az saytında sınaqdan keçirə bilərsiniz.
1) Bu əməliyyata məntiqi "və ya" deyirlər. Siz google-da hər hansı ifadə yazan zaman google o ifadədəki bütün sözlər olan saytı axtarır.Əgər sizə ö sözlərdən hər hansı biri olan mətn lazım olsa bu zaman belə edə bilərsiniz: Azərbaycan|Oyun|Maşın.
2) Dırnaq işarələrindən istifadə. Əgər sizə axtardığınız ifadə olduğu kimi olan sayt lazımdırsa bu zaman dırnaq işarəsindən istifadə edəb bilərsiniz. Misal üçün "ispan mahnilari"
3) Məntiqi yox. Bu zaman google sizin axtardığınız sözlərdən ibarət ifadələri tapacaq və qarşısında yox yazdığınız səhifələri isə göstərməyəcək. Bunun üçün "-" işarəsindən istifadə olunur. Misal üçün "elektron kitablar -portal" yazsaq o zaman google portal sözü olmayan ve elektron kitablar sözü olan saytları göstərəcək. Sual oluna bilər bu funksiya nə zaman lazımdır. Misal üçün siz kitab yükləmək istəyən zaman kitab satılan saytlar gəlir(rus dilində axtaran zaman). Bunun üçün kitabın adını yazandan sonra -market və ya - kupit yazsanız bu axtarışda sizə kömək edə bilər.
4) Əgər siz hər hansı ifadədə bir sözü bilmirsinizsə bu zaman * işarəsindən istifadə edə bilərsiniz. Misal üçün himni sözləri axtaran zaman hər hansı söz yadınızdan çıxıbsa belə yaza bilərsiniz "Ey qəhrəman * şanlı"
İnanıram ki, gələcəkdə çoxunuza köməyi olacaq, çünki mən bu ifadələrsiz keçinə bilmirəm