Mahnını kəsmək funksiyası hər kəsə lazım olan bir funksiyadır. Mahnını kəsmək üçün bir çox proqram var. Ümumiyyətlə kompüterdə səslə işləmək üçün kifayət qədər proqramlar var və böyük proqramların hamısında bu funksiya var. Belə proqramlara Sound Force, Nero wave editor və s. misal ola bilər. Ancaq əgər kiməsə yalnız mahnını kəsmək lazımdırsa düşünürəm belə böyük yaddaşlı proqramları yükləməyin bir faydası yoxdur. Bunun üçün ən yaxşı proqramlardan biri mp3 direct cut proqramıdır. Proqramı yükləyib quraşdırdıqdan sonra file menyusundan open edib bizim kəsmək istədiyimiz faylı tapırıq. Orada olan play düyməsini sıxırıq və mahnı oxumağa başlayır. Qulaq asırıq və hansı hissədən başlayaraq kəsmək istəyiriksə orda set begin düyməsini sıxırıq və ya maus ilə klik edirik. Daha sonra harda kəsmə prosesini dayandırmaq istəyiriksə ora çatan zaman set end düyməsini sıxırıq.
[center]
Bundan sonra Cut düyməsni sıxıb kəsmək istədiyimiz hissəni kəsirik. Bundan sonra file menyusuna daxil olub save all audio-nu seçirik. Bu proqramın funksiyaları çoxdur, ancaq düşünürəm əksəriyyətə əsas bir funskiya lazımdır ki, onu da anlatmağa çalışdım. Nəisə anlamadınızsa buyurun sual verin.
Super proqramdir,men uzun zamandan beri bu proqramdan istifade edirem,bu priqramla yalniz kesmek deyil mahnilari birlewdirmek olur,istifadeside coox asandir
Grup: Golden user Xəbər sayı:96 Şərh sayı:823 Mükafatlar: