 |
|
 |
|
 |
 |
Fantastika reallığa çevrilir |
|
 |
 |
 Kompüterlər əllərlə və jestlərlə idarə olunacaq “Microsoft” şirkətinin tədqiqat bölməsi Vaşinqton və Toronto universitetləri ilə birgə üçölçülü rejimdə istifadəçinin əlləri və jestləri ilə idarə olunan yeni kompüter interfeysi üzərində işləyir.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün həmin interfeysin analoqu yoxdur, onun prototipləri yalnız bir çox fantastik filmlərdə ekranlaşdırılıb.
İnterfeysin iş prinsipi olduqca sadədir. İstifadəçinin əllərinə əzələlərdən elektrik aktivliyin çıxarılması, eləcə də əl hərəkətinin izlənməsini təmin edən kiçik elektrodlar taxılır. Bundan sonra istifadəçinin jestləri və əl hərəkətləri xüsusi proqram təminatı vasitəsilə izlənilir.
Sistemin hazırkı ilkin prototipində müxtəlif siqnalları ayrı-ayrı jestlərlə əlaqələndirən altı elektromioqrafik sensor və iki torpaqlanan elektrod istifadə olunur. Sistemin hətta cari versiyası pis işləmir, lakin onu hələ hər bir insanla uyğunlaşdırmaq lazımdır.
Bununla yanaşı, hətta bir istifadəçi ilə ən ideal uyğunlaşdırma zamanı belə hərəkətlərin müəyyən olunma dəqiqliyi 85% təşkil edir, həmçinin hazırda maşın nisbətən kiçik sürətli və sadə jestləri qəbul edə bilir.
“Microsoft”da qeyd edirlər ki, məhz bu cür sistemlər gələcəkdə klaviatura və mausları əvəz edəcək.
Açar sözlər: microsoft, maraqli, maraqlı, yeni kesfler, yeni ixtiralar, yeni kəfşlər, maraqli meqaleler, maraqlı məqalələr
|
 |
Oxşar yazılar: “Internet Explorer”in qara günləri başlayır“Facebook”da yenilikAzərbaycanın 2011də orbitə buraxacağı peyk haqqdaHər kəsə lazımlı kompüter və İnternet teminləri 4Google daha bir yeniliyə imza atmağa hazırlaşır
Reytinq:
5
(Səs: 5)
|
 |
|
 |
 |
|
Tarix: 11 Dekabr 2009 07:54. |
 |
 |
|
Tarix: 19 Noyabr 2009 13:46. |
 |
 |
|
Tarix: 18 Noyabr 2009 00:40. |
 |
 |
|
Tarix: 17 Noyabr 2009 15:49. |
 |
 |
|
Tarix: 17 Noyabr 2009 14:52. |
 |
 |
|
Tarix: 17 Noyabr 2009 14:15. |
 |
 |
|
Tarix: 17 Noyabr 2009 13:54. |
 |
 |
|
Tarix: 17 Noyabr 2009 09:45. |
 |
|
|