Belə ki, İsrailin Texnologiya İnstitutu və “İnnovetik” şirkətinin əmakdaşları tərəfindən yaradılmış yeni sistem vasitəsilə avtomobil yollarında asfalt örtüyün altına yerləşdirilən generatorlar keçən avtomobillərin ağırlığı sayəsində mexaniki enerjinin elektrik enerjisinə çevirir. Əldə edilən enerji isə yol kənarlarında yerləşdirilən batareyalarda toplanır.
Məlum olub ki, bir avtomobil yolunda 10 metrlik bir ərazidə yerləşdirilən generatorlar saatda 2000 vatt elektrik enerjisi istehsal etmə gücünə malikdir. Bu texnologiya vasitəsilə minə yaxın evin elektrik enerjisi ilə təmin edilməsi planlaşdırılır.