Yaxın illərdə kənd təsərrüfatı mallarından alınan enerjidən istifadə mümkün olmayacaq, çünki bu sərfəli deyil. Avropa birliyi 2020-ci ilə kimi istifadə olunan enerjinin 20%-ni alternativ enerji mənbələrindən almağı planlayır. Bunun tərkibinə bioenerji, təbbi qaz və kömür də daxildir. İndi Avropa Birliyində maşınların istifadə etdiyi enerjinin 0,5 faizini bioenerji təşkil edir. 2020-ci ildə bu rəqəmi 8%-ə kimi artıqmağı planlayırlar. ABŞ-da etalon istehsalını artırmaq hesabına bu rəqəmi 30% kimi artırmaq mümkündür. Braziliyada isə elə indi bioenerji istifadə olunan enerjinin 40%-ni təşkil edir, ancaq qeyd olunur ki, bioenerji sərfəli deyil, çünki onu almaq üçün çox iş görmək lazım olduğundan bioenerjinin qiyməti baha olur. Bu səbəbdən bioenerjidən istifadə neftin qiymətinin çox qalxacağı halda mümkün olacağı deyilir. Eyni zamandan bioenerji alan zaman təbiətə nefti çıxaran zaman vurulan ziyandan daha çox ziyan vurulduğunu səbəb gətirən avropa "yaşıl" təşkilatları Avropa Birliyinin bu qərarına etiraz edirlər.