 |
|
 |
|
 |
 |
Hədislər(1) |
|
 |
 |

<<Əbu Hureyrə (r.a)rəvayət edir ki,mən peyğəmbərin (s.ə.s) belə dediyini eşitdim:”Qiyamət günü 3 sinif insan ilk mühakimə olunan insanlardan olacaqlar.Şəhid-Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verib deyəcək,”Bu nemətlər müqabilində nə etmisən ?”O deyəcək :”Sənin yolunda vuruşub şəhid olmuşam”.Allah da ona deyəcək ki, Yalan deyirsən sənə “qəhrəmandır deyilsin deyə vuruşmusan və ona da nail olmusan . Sonra əmr olunacaq və o üzü üstə sürüklənib Cəhhənəmə atılacaq. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş ,çoxlu Quran oxumuş bir şəxs Allahın hüzuruna gətiriləcək və allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verib deyəcək:”Bu nemətlərin müqabilində nə etmisən?” O deyəcək :Sənin xatirinə elm öyrənib onu insanara öyrətmişəm və Quran oxumuşam. Allah da ona deyəcək;Yalan deyirsən sənə “alimdir” deyilsin deyə elm öyrənmisən və sənə “qaridir”(gözəl Quran oxuyandır) deyilsin deyə Quran oxumusan və buna da nail olmusan”Sonra əmr olunacaq və o üzü üstə süeüklənib Cəhənnəmə atılacaq. Sonra Allah tərəfindən çoxlu var-dövlət verilmiş bir şəxs Onun hüzuruna gətiriləcək və “Allah ona bəxş etdiyi nemətləri xəbər verib deyəcək:Bunun müqabilində nə etmisəm?” O deyəcək :”Var-dövlətimi Sənin xatirinə vəSənin istədiyin yerlərə sərf etmişəm.”Allah da buyuracaq ki; Yalan deyirsən sənə “necə də səxavətlidir “deyilsin deyə malıni sərf etisən və buna da nail olmusan.”Sonra o üzü üstə sürüklənib Cəhənnəmə atılacaq.>>
Ənəs ibn Malik nəql edir.Hz. Peyğəmbərimiz (s.ə.s)belə dua edərdi:”Allahım! Acizlikdən, tənbəllikdən ,qorxaqlıqdan, düşkünlük dərəcəsinə enən ixtiyarlıqdan və xəsislikdən sənə sığınıram.”(Səhihi-Buxari,Kitabud-Davaat,38,40,42;Səhihi-Müslimin,Kitabuz-Zikr,2706;10) Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir:”Həlakedici 7 şeydən çəkinin” “Ya Rəsulallah(s.ə.s)! Onlar nədir?”deyə soruşuldu. Rəsulallah buyurdu ki;”Allaha şirk qoşmaq , sehr etmək (bir haqq qarşılığı olmaq müstəsna),Allahın qətlini haram buyurduğu bir canı öldürmək, yetim malı yemək,yüksək faizlə borc verib alınan qat-qat faizi yemək,düşmənə hücum əsnasında müharibədən qaçmaq və zinadan uzaq olub,onu xatirindən belə keçirməyən müsəlman qadınlara zina iftirası atmaq.”(Səhih-Müslim,Hədis 145) Əbu Hüreyrə(r.a) deyir:”Bir kişi Peyğəmbərin (s.ə.s) yanina gəlib dedi:Ey Allahın elçisi!Kimə daha çox qayğı göstərməliyəm? O dedi:”Anana”. Kişi soruşdu: Sonra kimə? Peyğəmbər (s.ə.s) dedi:”Anana”. Kişi təkrar soruşdu:Bəs daha sonra kimə? O yenə cavab verdi:”Anana”.Kişi bir daha soruşdu:Bəs daha sonra kimə? Peyğəmbər (s.ə.s) bu dəfə dedi:”Atana”.(Əhməd ibn Hənbəl , əl-Müsnəd,c.3) Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər(s.ə.s) belə buyurur:Adəm övladı vəfat etdikdən sonra əməl dəftəri bağlanır.Yalnız üç şeydən başqa(Yəni vəfatindan sonra da bu üç şey ona savab qazandırır)Ardı kəsilməyən sədəqə(yol çəkdirmək,su quyusu qazdırmaqvə.s),fayda verən elm və valideyn üçün dua edən əməlisaleh övlad”.(Müslimin Səhih əsəri ,1631-ci hədis)
|
 |
Oxşar yazılar: Mükafatı Cənnət olan əməllər (hədislər əsasında)Ramazan ayı haqqdaQız Uşağı NemətdirOruc günahlara qarşı bir sipərdirPeyğəmbərin sevdiyi insan-Ana atasına itaət edər.
Reytinq:
3
(Səs: 3)
|
 |
|
 |
 |
|
Tarix: 2 Avqust 2010 14:24. |
 |
 |
|
Tarix: 24 Avqust 2009 18:32. |
 |
 |
|
Tarix: 22 Avqust 2009 12:31. |
 |
 |
|
Tarix: 22 Avqust 2009 08:48. |
 |
 |
|
Tarix: 4 Avqust 2009 08:22. |
 |
 |
|
Tarix: 3 Avqust 2009 15:04. |
 |
 |
|
Tarix: 3 Avqust 2009 06:28. |
 |
 |
|
Tarix: 2 Avqust 2009 17:00. |
 |
|
|