 |
|
 |
|
 |
 |
Kasıblığın Ədəbləri |
|
 |
 |
 Kasıblığın ədəbləri, ürəyindən razı olmaq, xaricdən şikayət etməməkdir. Ürəkdə üç hal vardır: Birincisi, kasıblığa sevinmək və şükr etməkdir. Çünki bilər ki, Allahu Təalanın xüsusi bir lütfkarlığı olub, övliya qullarına verilər. İkincisi, şükr etməsə, həmd etməsə də, kasıblığı aşağı görsə də Allahu Təalanın hərəkətini aşağı görməz. Eynilə damardan qan aldıran bir kimsə, o anda canı yansa da, qan alan adama qızmaz. Bu dərəcə də böyükdür. Üçüncüsü, kasıblıqdan ötəri Allahu Təalanı ayıblar. Bu haramdır. Kasıblıq savabını aradan qaldırar. Əksinə hər zamanki etiqadı, Allahu Təalanın yağdığını, olması lazım olan şəkildə etdiyinə, kimsənin Onun bir işini ayıblamaya, qüsurlu görməyə haqqı olmadığına inanmaq, dinimizin əsasıdır.
Xaricdən, şikayət etməmək lazımdır. Dözüm pərdəsini qorumaq (cırmamaq) lazımdır. Həzrəti Əli (radıyallahu ənh) buyurur ki: 'Kasıb olur ki, cəza görər. Bunun əlaməti, pis xasiyyətli olması, şikayət etməsi və Allahu Təalanın qəzasına qızmasıdır. Kasıb olar ki, səadətə qovuşar. Bunun əlaməti, yaxşı xasiyyətli olması, şikayət etməməsi və həmd etməsidir.' Hədisi şərifdə, 'Kasıblığı gizli tutmaq, dolu xəzinələrdəndir.' buyuruldu.
Kasıblığın ədəblərindən biri də, zənginlərlə bir yerdə oturmamaq, onlara təvazö göstərməmək (qarşılarında əyilməmək), onlara yaltaqlanmamaqdır. Süfyanı Sevri buyurar ki: 'Kasıb, zənginin ətrafında gəzsə bil ki müraidir. Sultanın ətrafında gəzsə, bil ki oğrudur. Kasıb bəzən, əlindən gəlirsə sədəqə verməli, az da olsa malı özündən uzaqlaşdırmalıdır.' Rəsulullah (sallallahu əleyhi və səlləm): 'Bir gümüş olar ki, yüz min gümüşdən əvvəl gəlir.' 'Harada?..' deyə soruşduqlarında, 'İki gümüşü olub, birini verən kimsə üçün. Bu, çox malı olmaqdan və yüz min gümüş verməkdən üstündür.' Buyurdu
|
 |
Oxşar yazılar: Qız Uşağı NemətdirAyətil Kürsi və onun əhəmiyyətiHikmətli dini hekayəQəbir HəyatıTəşəkkür edirəm ata!
Reytinq:
1
(Səs: 9)
|
 |
|
 |
 |
|
Tarix: 30 Aprel 2010 12:31. |
 |
 |
|
Tarix: 15 Mart 2010 14:32. |
 |
 |
|
Tarix: 6 Mart 2010 16:47. |
 |
 |
|
Tarix: 26 Fevral 2010 09:48. |
 |
 |
|
Tarix: 14 Fevral 2010 23:36. |
 |
 |
|
Tarix: 10 Fevral 2010 16:37. |
 |
 |
|
Tarix: 9 Fevral 2010 15:02. |
 |
 |
|
Tarix: 9 Fevral 2010 13:10. |
 |
|
|