Xəbərə keçməmişdən öncə onu qeyd edim ki, bu xəbəri bizə Rey Mysterio və Benzema adlı istifadəçilərimiz hər ikisi eyni zamanda göndərdiyi üçün narazıçılıq olmasın deyə xəbəri öz adımdan dərc eləməyi məsləhət bildim. Xəbərə görə hər iki istifadəçimizə böyük minnətdarlığımızı bildiririk.
Dekabrın 4-də Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində 2010-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkü atılıb.
Məlumata görə, təntənəli mərasimi aparıcıları məşhur aktrisa Şarliz Teron və FİFA-nın baş katibi Ceromom Valke olub. Onlara qaçış idman növü üzrə məşhur idmançı, efiopiyalı Xayle Qebreselassie və futbolçu Devid Bekhem kömək ediblər.
Mərasimi milli komandaların nümayəndələri, FİFA rəhbərliyi, çempionatın sponsorları və jurnalistlər də daxil olmaqla 3000 nəfər canlı izləyib. Püşkatma 200 ölkədə yayımlanıb.
Püşkatmanın nəticələrinə görə, 32 ölkənin komandası aşağıdakı 8 qrupda mübarizə aparacaq:
A qrupu
1. CAR 2. Meksika 3. Uruqvay 4. Fransa
B qrupu
1. Argentina 2. Nigeriya 3. Cənubi Koreya 4. Yunanıstan
C qrupu
1. İngiltərə 2. ABŞ 3. Əlcəzair 4. Sloveniya
D qrupu
1. Almaniya 2. Avstraliya 3. Serbiya 4. Qana
E qrupu
1. Hollandiya 2. Danimarka 3. Yaponiya 4. Kamerun
F qrupu
1. İtaliya 2. Paraqvay 3. Yeni Zelandiya 4. Slovakiya
G qrupu
1. Braziliya 2. ŞKDR (Şimali Koreya) 3. Kot d İvuar 4. Portuqaliya
goresen sonlari olacaq kim cixacaq 1-ci yere amma menim avrop klblarina ele sen deyen maragim yoxdur ancaq millilerimizle maraqlaniram adeten 11 futbolcunun texminen yarisi mudafieci yarisi hucumcu ve qapici olur amma bizde 11-i de mudafiecidir
--------------------
teshekkur yazib xeberi yola vere bilmirem deeee
Grup: Active user Xəbər sayı:9 Şərh sayı:307 Mükafatlar: