Bir kişi dəniz sahili ilə gedirdi. Birdən uzaqda balaca bir uşağın sahildən nə isə götürüb dənizə atdığını gördü. Yaxınlaşanda gördü ki, bütün dəniz sahili balaca balıqlarla doludur. Yəqin səhərki güclü külək onları sahilə çıxarmışdı. Uşaq da bir-bir balıqları götürüb dənizə atırdı. Amma bütün sahil bu kiçik balıqlarla dolu idi. Kilometrlərlə sahəni kiçik balıqlar doldurmuşdu. Milyonlarla balıq. Bunu görən kişi uşağa dedi: - Niyə bu balıqları suya atırsan? Uşaq cavab verdi - Səhər güclü dalğalar onları quruya atdı indi dəniz sakitdi, əgər axşam əsəcək küləyə qədər onları suya atmasam balıqlar öləcək. Kişi qışqırdı: - Axı bu axmaqlıqdır. Bir ətrafına bax? Burda milyonlarla balıq var. Sənin əziyyətin heç nəyi dəyişməyəcək. Uşaq əyilib yerdən növbəti balığı götürdü və dedi: - Yox, mənim əziyyətim əlimdəki balıq üçün hər şeyi dəyişəcək. Sonra balaca balığı dənizə atdı.
P.S(Administratordan): Bu məqalə artıq bir neçə saytda var. Biz oğurluqla məşğul olmadığımız üçün DİGƏR SAYTLAR KİMİ XƏBƏRİ OĞURLAYIB ÖZÜMÜZ YAZMIŞIQ KİMİ GÖSTƏRMİRİK! Bizlərin içində ümid edirəm ki, halal haram anlayışı olanlar var. Məqaləni isə maraqlı bilib sizinlə paylaşmaq qərarına gəldik. Əgər məqalənin sahibi sizsinizsən və ya siz tanıyırsınızsa bizimlə əlaqə saxlayın. Məqaləni göndərənə isə maraqlı məqaləni bizimlə bölüşdüyü üçün təşəkkür edirik.