 |
|
 |
|
 |
 |
Həyat |
|
 |
 |
 Bir gün ağsaçlı müdrik qocanın yanına gözü yaşlı gənc, gözəl bir qız gəlir: -Nə edim, mənə məsləhət verin? Mən həmişə hamıya kömək etməyə,heç kimi incitməməyə çalışıram. İnsanlara qarşı çox xeyirxaham. Bu qədər səmimi və mehriban olmağıma baxmayaraq, hörmət və minnətdarlıq əvəzinə çox vaxt qəlbimi qırır, məni incidirlər. Mənim günahım yoxdur, bu, ədalətsizlikdir. Ağladacaq qədər ağrılıdır. Müdrik qoca gözəl qıza baxdı və gülümsədi: -Çılpaq soyun, şəhərin küçələrini belə lüt gəz. -Dəli olmusunuz? Belə halda Allah bilir başıma nə oyun gətirərlər. Belə olduqda ağsaqqal qapını açdı, bir güzgü gətirdi, qızın önünə qoydu: -Bax, görürsən, bu gözəl bədəninlə insanların qarşısına çılpaq çıxmağa cəsarət etmirsən. Nədən çılpaq qəlbinlə yer üzündə gəzirsən? Sənin qəlbin bu qapı kimi açıqdır, hamı ora sərbəst daxil olur. Sənin qəlbin güzgü kimi əks etdirir. Sənin xeyirxahlığında öz pis əməllərinin əksini görənlər səni alçaltmağa, incitməyə, ləkələməyə çalışırlar. Hər adamın cəsarəti çatmır etiraf etsin ki, kimsə ondan yaxşıdır. Dəyişməyi bacarmayan belə adamlar düşmənçilik etməyə üstünlük verir. -Bəs mən nə edim? -Gedək, mən sənə öz bağımı göstərim. Müdrik adam qızı bağa apararaq dedi: -Neçə illərdir ki, men bu güllərə, çiçəklərə su verirəm, qulluq edirəm. Hələ bir dəfə də olsun onun qönçə açmağa başladığı anı görməmişəm. Halbuki, hər gün onların gözəlliyindən və ətrindən zövq alıram. Sən də çiçək kimi ol. İnsanların qarşısında ürəyini tələsmədən, hiss etdirmədən aç. Diqqət et ki, kim sənə dost olmağa layiqdir, kim çiçək sulayan kimi sənin xeyirxahlığına təkan verir, kim isə ləçəkləri qoparır, ayaq altında əzir. Həyatın dözülməz olmaması üçün iki şeyə alışmaq lazımdır: zamanın vurduğu yaralara və adamların ədalətsizliyinə!
P.S(Administratordan): Bu məqalə artıq bir neçə saytda var. Biz oğurluqla məşğul olmadığımız üçün DİGƏR SAYTLAR KİMİ XƏBƏRİ OĞURLAYIB ÖZÜMÜZ YAZMIŞIQ KİMİ GÖSTƏRMİRİK! Bizlərin içində ümid edirəm ki, halal haram anlayışı olanlar var. Məqaləni isə maraqlı bilib sizinlə paylaşmaq qərarına gəldik. Əgər məqalənin sahibi sizsinizsən və ya siz tanıyırsınızsa bizimlə əlaqə saxlayın. Məqaləni göndərənə isə maraqlı məqaləni bizimlə bölüşdüyü üçün təşəkkür edirik.
Açar sözlər: heyatin menasi, ibretamiz hekaye, heyatin menasi, mudrik qoca, ureyiachiq insan, xeyirxahliq
|
 |
Oxşar yazılar: Qarışıq yumor(qarishiq yumor)Dost ikinci mən deməkdirHeyvanlarla bağlı bəzi maraqlı faktlarAvropa 4G-yə, Koreya isə 5G-yə hazırlaşırGözəl sözlər(gozel sozler)
Reytinq:
7
(Səs: 9)
|
 |
|
 |
 |
|
Tarix: 24 Iyul 2010 17:03. |
 |
 |
|
Tarix: 11 Iyul 2010 19:51. |
 |
 |
|
Tarix: 25 Dekabr 2009 20:43. |
 |
 |
|
Tarix: 25 Dekabr 2009 00:19. |
 |
 |
|
Tarix: 24 Dekabr 2009 22:28. |
 |
 |
|
Tarix: 24 Dekabr 2009 18:35. |
 |
 |
|
Tarix: 24 Dekabr 2009 16:05. |
 |
 |
|
Tarix: 24 Dekabr 2009 09:08. |
 |
|
|