 |
|
 |
|
 |
 |
Üzük hekayəsi |
|
 |
 |
 Çox qədim zamanlarda bir varlı oğlan yaşayırdı. Günlərin bir günü bu oğlan bir gənc qıza möhkəm aşiq olur. Bir az keçəndən sonra oğlan aşiq olduğu qıza evlənmək təklifini verir. Lakin qızın bir qüsuru var idi: onun bir əli şikəst idi. Buna görə qızcığaz oğlandan utanırdı və gecə-gündüz Allaha ona şəfa verməsini dua edirdi. Mərhəmətlilərin ən mərhəmətlisi olan Allah da onun dualarını qəbul edir və möcüzə baş verir. Qızın şikəst əli sağalır. Qız sevincək halda oğlana razılığını bildirir və onlar evlənirlər. Bir gün cavan cütlük mehribancasına evlərində nahar edirdilər. Bu zaman evin qapısına bir dilənçi yaxınlaşır və ev yiyələrindən ona yardım etmələrini yalvarır. Bunu eşidən kimi, qız iki dilim çörəyi götürüb dilənçiyə vermək istəyir. Lakin əri ona bunu etməyə iñazə vermir. Qız fikirləşir ki, əri xəsislik edir və buna görə gözləri yaşla dolur. Elə bu an əri ona belə deyir: «İki dilim çörək çox azdır, ona bir qab dolu yemək ver». Qız sevincək yeməyi dilənçiyə verəndə təəccübündən donub-qalır. Çünki həmin şəxs onun birinci əri idi. Bu insan vaxtilə çox varlı, adlı-sanlı adam idi, lakin o qədər xəsis idi ki, sonda dilənçilik etmək məcburiyyətində qalır. Qız yeməyi verib, bikef halda oturur və həyat yoldaşına öz añı hekayəsini danışır: «Birinci ərim çox xəsis idi. Bir gün evdə tək idim, bir dilənçi gəldi, mən də ona bir toyuq verdim, içinə də qiymətli üzüyümü qoydum. Ərim evə qayıdanda bundan xəbər tutdu və qəzəblənərək məndən boşandı, hələ üstəlik, şəhərdən qovub əlimi kəsdi». Bütün buna heyrətlə qulaq asan oğlan dözməyib ağlayır. Qız bunun səbəbini soruşanda, oğlan belə deyir: «Üzüyü verdiyin həmin dilənçi mən idim. Və məhz bu üzük vasitəsilə mən varlandım».
Bu hekayə bizlərə çox şeyi öyrədir, insanın etdiyi yaxşılığı onun özünə xidmət etmiş olur...!!
P.S(Administratordan): Bu məqalə artıq kifayət qədər saytımızda var. Biz oğurluqla məşğul olmadığımız üçün DİGƏR SAYTLAR KİMİ XƏBƏRİ OĞURLAYIB ÖZÜMÜZ YAZMIŞIQ KİMİ GÖSTƏRMİRİK! Bizlərin içində ümid edirəm ki, halal haram anlayışı olanlar var. Məqaləni isə maraqlı bilib sizinlə paylaşmaq qərarına gəldik. Əgər məqalənin sahibi sizsinizsən və ya siz tanıyırsınızsa bizimlə əlaqə saxlayın. Məqaləni göndərənə isə maraqlı məqaləni bizimlə bölüşdüyü üçün təşəkkür edirik.
Açar sözlər: hekaye, hekayə, hekayələr, maraqli hekayeler, maraqli hekayələr, oyredici hekayeler, öyrədici hekayələr, faydali hekayeler
Sağ ol dedilər: utopiya, utopiya, ESLI, Seo tae neul, gypsyyy, baraka, Nigar_032, Banu, sexavet94, spyasaya krasavitsa, ismayilov_17, puja8.
|
 |
Oxşar yazılar: Maraqlı hekayə(maraqli hekaye)Maraqlı hekayəMaraqlı hekayə(maraqli hekaye)Yaxşı və pisin simasıQarışıq yumor(qarishiq yumor)
Reytinq:
5
(Səs: 9)
|
 |
|
 |
 |
|
Tarix: 11 Noyabr 2009 15:50. |
 |
 |
|
Tarix: 10 Noyabr 2009 21:01. |
 |
 |
|
Tarix: 10 Noyabr 2009 14:11. |
 |
 |
|
Tarix: 8 Noyabr 2009 18:21. |
 |
 |
|
Tarix: 8 Noyabr 2009 17:43. |
 |
 |
|
Tarix: 8 Noyabr 2009 15:27. |
 |
 |
|
Tarix: 8 Noyabr 2009 11:33. |
 |
 |
 |
Men bu hekayeni hansisa sayitda oxumuwdum yenada tesekkur emaya hormet
--------------------
Ağaca Söykənmə Quruyar,Torpağa Güvənmə Əriyər. Tanrının Unutduğu Yerlərə Gedəcəm...Bir Gün Mütləq Azərbaycan Xalqının Düşünən Beynini ANS,Düşünməyən Beynini isə ATV Pozur... Designed by Baraka
|
Grup: Active user Xəbər sayı:15 Şərh sayı:459 Mükafatlar: Reputasiya: 0 | ICQ : -- | Şərhlər : ¹6 | Qeydiyyatdan keçib: : 19.09.2009
| Yaşayış yeri : Azerbaycan [Sitat gedirmək] |
 |
 |
|
Tarix: 8 Noyabr 2009 09:06. |
 |
 |
|
Tarix: 7 Noyabr 2009 22:01. |
 |
 |
|
Tarix: 7 Noyabr 2009 14:48. |
 |
 |
|
Tarix: 7 Noyabr 2009 14:02. |
 |
 |
|
Tarix: 7 Noyabr 2009 12:38. |
 |
|
|