DataLife Engine > Dahilər > Seçenov

Seçenov


1 Dekabr 2009. Ðàçìåñòèë: utopiya
Seçenov
Məşhur rus fizioloqu İ.M.Seçenov avqustun 1-i 1829-cu ildə anadan olmuşdur.İlk təhsilini Mixaylovskoye mühəndislər məktəbində almışdır.O,riyaziyyat,kimya və fizikanı yaxşı bilirdi.Seçenovun tibb təhsili ikincidir.O,çar hakimiyyəti dövründə spirtli içkilərlə xalqın və ordunun necə kefləndiyini görür və buna nifrət edirdi.Buna görə də onun dissertasiyası mövzusu belə adlanırdı:<< Gələcək fizioloqlar üçün alkoqoldan keflənməyə aid materiallar >>.O,gözəl italyan qızına vurulmuş və eşq elan etmiş,amma nədənsə onunla evlənməmişdir.Seçenov hətt
a musiqi də bəstələmişdir.Onun adını daşıyan Moskva Tibb Universitetində Seçenovun ifasında gülməli mahnılar yazılmış val saxlanılır.Seçenovun << Baş-beyin refleksləri >> haqqında əsəri çıxdıqdan sonra o,çar hökumətinin siyasi dustaqlar siyahısına düşmüşdür.Çar hökumətinin təzyiqinə dözməyərək akademiyanı tərk etmiş və bir müddət D.İ.Mendeleyevin yanında kimyaçı işləmişdir.Süni azotlu metal efiri almış və onun xassələrini təsvir etmişdir.Sonralar da çar hökuməti onu çox izləmişdir.Yalnız 1904-cü ildə-ölümündən bir il əvvəl o,imperiya akademiyasının üzvü seçilmişdir.