Albert Eynşteyn skripkada və pianoda çalmağı çox sevirdi.14 yaşında olanda evdə konsert verərmiş.Musiqi aləmində onun çox sevdiyi Motsart,elmdə isə geometriya,yəni həndəsə olmuşdur. Eynşteyn hətta böyük elmi konfranslarda mühazirə oxumaq əvəzinə skripkada ifa edərmiş. Bir dəfə isə Eynşteyn Almaniya şəhərlərindən birində konsertdə çıxış etməli olur.Zalda oturan bir cavan yanındakılardan xəbər alır ki,Eynşteyn kimdir?Yanında oturan deyir: - Məgər siz bilmirsiniz?Bu böyük Eynşteyndir. Ertəsi günü jurnalistin qəzetdə bəstəkar Eynşteyn haqqında böyük bir məqaləsi çıxır. Eynşteyn məqaləni kəsib özü ilə gəzdirirdi və hətta çıxarıb bundan ləzzət alırdı.Bəzən məqaləni öz tanışlarına göstərərək deyirdi: - Siz elə bilirsiniz ki,mən aliməm.Mən məşhur skripkaçıyam.
*** Mark Tven bir dəfə “donuz” sözü yazılmış imzasız məktub alır.Ertəsi gün öz qəzetində məktub yazana belə cavab dərc edir: “Adətən mən imzasız məktublar alıram.Dünən birinci dəfə olaraq məktubsuz imza aldım.”
*** Bir dəfə səhər tezdən qapının səsi Onore de Balzakı yuxudan oyadır.Qapını döyən Balzaka borc vermiş varlı cənablardan biri idi. Cibində bir qəpiyi olmayan yazıçı hər ehtimala qarşı səsini çıxarıb deyir: - Mən evdə yoxam. - Üzr istəyirəm,axı sizin çəkmələriniz dəhlizdə görünür. - Mən ev ayaqqabısında getmişdim... İzahat çox inandırıcı olduğundan,gələn adam yazıçını rahat buraxıb gedir.
*** Bir gün Sokratın arvadı qışqıra-qışqıra ərinin üstünə hücum çəkir.Sokrat da onu daha da əsəbiləşdirməmək üçün susmağı üstün tutur.İşi belə görən arvad daha bərk acıqlanır və su il dolu vedrəni ərinin başına tökür.Sokrat təmkinini pozmadan deyir: - Təbiətin qanunu belədir,həmişə göy guruldayandan sonra yağış yağır.
*** Mark Tven bir dəfə “donuz” sözü yazılmış imzasız məktub alır.Ertəsi gün öz qəzetində məktub yazana belə cavab dərc edir: “Adətən mən imzasız məktublar alıram.Dünən birinci dəfə olaraq məktubsuz imza aldım.”
Maraqlidir...
--------------------
Ağaca Söykənmə Quruyar,Torpağa Güvənmə Əriyər.
Tanrının Unutduğu Yerlərə Gedəcəm...Bir Gün Mütləq
Azərbaycan Xalqının Düşünən Beynini ANS,Düşünməyən Beynini isə ATV Pozur...
Designed by Baraka
Grup: Active user Xəbər sayı:15 Şərh sayı:459 Mükafatlar:
Reputasiya: 0 | ICQ : -- | Şərhlər : ¹1 | Qeydiyyatdan keçib: : 19.09.2009
| Yaşayış yeri : Azerbaycan [Sitat gedirmək]