 |
|
 |
|
 |
 |
Sayt sahibinin ilk fikirləri olan yazı |
|
 |
 |
 Giriş: Bu mənim ilk bloq yazımdır və çalışacam indidən sonra mütəmadi müəyyən məsələlərə münasibətimi bildirim. Saytın istifadəçiləri, yəqin ki nəzərlərindən qaçmayıb ki, 1 il yarım fəaliyyətdə olan saytda heç vaxt şəxsi fikirləri ifadə edən yazılar olmayıb.
Saytda heç şəxsi fikirlərin olmamasının bir çox səbəbi var, ancaq ən əsas səbəblərdən biri odur ki, saytı açan zaman mənim istəyim o idi ki, insanlar hər hansı mövzuda bir axtarış etmək istəyəndə suallarına cavabı Azərbaycan dilində tapa bilsinlər. Buna görə də çalışmışam ki, Aznetdə cavabları olmayan suallara cavablar yazım. Misal üçün elə indi google.az-da axtarış etsəniz "torrent nədir", "video kəsmək", "ispan mahnıları " və sairə 100 yaxın söz üzrə faydali.az saytı birinci yerdədir.
Aznetdə Azərbaycan iqtisadiyyatı kimi inkişaf edir: Necə ki, bizim iqtisadiyyatımız şadlıq saraylarının sayı, hər yerdə şablon üzərində tikilmiş parklarla ölçülür Aznetdə də bütün saytlar MİX, BİG olmaq istəyən saytlarla ölçülür. Bir qrup ağıllı insanlar isə bir küncə çəkilib özlərinə bir dənə bloq açıb orda yazırlar, ancaq birincilərdən fərqli olaraq 2-cilərin saytlarında xəbərlər çox az olur və bu səbəbdən bu bloqlardan çox adamın xəbəri olmur.
Aznetdə Azərbaycan iqtisadiyyatı kimi inkişaf edir2: Necə ki, Azərbaycanda ağıllı insanların bir qrupu oturub imkanlıları söyməklə məşğul olduğu halda imkanlılar böyük bir biznes üzərində çalışırlar Aznetdə də ağıllılar tək tək özlərinə bloq qurub orda yazır o birilər isə gündəlik istifadəçi sayı hətda 10,000-dən çox olan mənasız saytlar qurub uğur qazanır.
Təklif və sonluq: Təklifim çox sadədir, bloq yazan hər bir kəsdən istəyim odur ki, bloqlarında brainstorming-lə YANAŞI özlərinin yaxşı bildikləri sahəyə aid informativ məqalələr yazsınlar. Misal üçün kimsə saytda Azərbaycan siyasətini pisləməklə məşğuldursa çox yaxşı olar ki, arada öz oxuduğu kitabları və ya onlara keçidləri sayta qoysun ki, həm istifadəçilər onun nə oxuduğunu bilsinlər, həm də 100lərlə o kitabı axtaran insana kömək olsun. Əgər bir kimya müəllimi Azərbaycanda təhsilin pis gündə olmasında yazırsa onda davam eləsin, ancaq bəzən qlükoza ilə fruktozanın fərqi və s mövzulara aid yazsın.
Bizim millətin çox şair və yazıçıları olub, ona görə də bizdə hamı danışmaq istəyir və indi yeni üsullarla danışmaq istəyir(bloq və sayt), ancaq 21-ci əsr insanına danışmaqla yanaşı rasional düşüncə lazımdır Bunun üçün isə bilik.
Aznet-imizi biraz informativ edək.
P.S Məqalədəki fikirlərlə razı olmayan və ya hər hansı təklifi olanlarının fikirlərini bilmək maraqlı olardı
|
 |
Oxşar yazılar: Sayt xəbərləriCənubi Azərbaycan(Güney Azərbaycan)Istifadəçilərin mütəmadi suallarına cavabDomain və hostinq haqdaGoogle-da effektiv axtarış haqda 1
Reytinq:
0
(Səs: 8)
|
 |
|
 |
 |
|
Tarix: 8 May 2012 19:50. |
 |
 |
|
Tarix: 3 May 2012 13:34. |
 |
 |
|
Tarix: 11 Aprel 2012 16:09. |
 |
 |
|
Tarix: 26 Fevral 2012 19:01. |
 |
 |
|
Tarix: 13 Fevral 2012 22:25. |
 |
 |
|
Tarix: 19 Iyul 2011 15:15. |
 |
 |
|
Tarix: 27 Aprel 2011 14:26. |
 |
 |
|
Tarix: 2 Yanvar 2011 13:13. |
 |
 |
|
Tarix: 27 Dekabr 2010 17:21. |
 |
 |
|
Tarix: 26 Dekabr 2010 20:39. |
 |
 |
|
Tarix: 24 Dekabr 2010 19:14. |
 |
|
|