Saytın bölmələri
  • Əsas səhifə
  • Registrasiya
  • Saytda axtarış©
  • Maraqlı
  • Bloq yazıları yeni
  • Öyrədici yazılar
  • Hekayələr
  • Xəbərlər və siyasət
  • Komputer və İnternet
  • Azərbaycan
  • Koreya
  •  » Proqramlar
     » Mp3
     » Video
     » Elektron kitablar
  • İslam
  • İdman
  • Oyunlar
  • Aforizmlər
  • Dahilər
  • Mobil
  • Maraqlı şəkillər
  • Avto-moto yeni
  • Məntiqi suallar
  • İntelektual suallar
  • Yeni araşdırmalar
  • Maraqlı saytlar və bloqlar yeni
  • Yumor
  • Administrasiya xəbərləri
  • Digər bölmələr:

    Tələbə.az
    Akademiya.net
    bizimnet.info
    dolu.biz
    bilikli.net
    kitabxana.net
    shagird.az
    azgraf.net
    khalilov.info
    Xaricidil.net
      Bir yaponun Azərbaycan haqqında yazdıqları

    Bir yaponun Azərbaycan haqqında yazdıqları


    Bura Azərbaycandır!

    Bu yazı, Azərbaycana səfər etmiş, bu səfər əsnasında başına gələnləri, daha doğrusu Azərbaycan polisi və gömrük işçiləri tərəfindən başına gətirilən oyunları öz bloqunda yayımlayan, hazırda vəkil işləyən Yuki Taqatanın bloqundan tərcümə edilmişdir.

    Beləliklə yapon bir turistin öz dilində anlatdığı “möhtəşəm” Azərbaycan macərasını sizinlə öz dilimizdə paylaşıram. Oxuyun və nəticə çıxarın!

    —-

    Azərbaycan sərhədini aşaraq, İrana keçmək istəyirdim. Sərhəd yaxınlığında bir polis nəfəri mənə “pasportunu göstər” deyə əmr etdi. Polis nəfərinin xaricilərin pasportunu yoxlamaq hüququnun olduğunu, sərhədyanı ərazilərin nəzarət altında olmasını təxmin etdiyimdən, polisin əmrini dediyi kimi də yerinə yetirdim.

    Həmin polis işçisinin, pasportuma baxaraq “vizanızın vaxtı keçib” deyəcəyinə narahat olmağa başladım.(Əslində hər şey qaydasında idi. Sərhədi keçən zaman da vizamın vaxtı ilə bağlı heç bir sorun olmadı. Gömrükdə məndən rüşvət tələb olundu, sərt təpki göstərəndə əl çəkdilər). “Ahaa, yəqin rüşvət istəyirlər” deyə düşündüm. Polis nəfəri “mənlə bölməyə gəl” deyə jestlə əmrini başa sala bildi. Polis bölməsinə getsəydim, cəncələ salacaqdılar, mənim üçün ordan çıxmaq zülüm olacaq idi, ona göre heç vəchlə getmək istəmirdim. Amma neyləmək olardı? Passportum polisin əlindəydi. Çıxılmaz vəziyyətə düşmüşdüm.

    Polis bölməsində sual atəşinə tutdular. Daha dəqiqliklə desək, polis azərbaycanca, rusca sual verirdi. İngiliscə isə qətiyyən bilmirdiler.O üzdən bir-birimizin dediyini başa düşmürdük. Qarşı tərəf daha da aqressivləşirdi. ”Rusca danışa bilmirsən?” deyə polis nəfəri rusca soruşdu.(bu ifadəni keçmiş sovet ölkələrində bir neçə dəfə eşitdiyimdən əzbər bilirdim).

    Əlləşib, “bələdçi kitabı”-nda(guide book), “səhv anlaşılıb, vizamın vaxtı keçməyib”, “vizam etibarlıdı” və s. rusca ifadələr axtarırdim. Amma, bədbəxtçilikdən “bələdçi kitabı”nda belə ifadələr qeyd olunmamışdı. Çarəsiz qalıb, ingiliscə başa salmağa çalışdım, əbəs yerə imiş, kimdir məni başa düşən ?!

    “Yapon səfirliyinə zəng edin”- ifadəsini rus dilində-kitabda tapa bildim. Kitabda, xarici ölkənin polisi sizi saxlayarsa yapon səfirliyi ilə əlaqə saxlayın informasiyası da yerləşdirilmişdi.

    Bundan başqa, səfirlik əməkdaşı ilə danışaramsa həm də tərcüməçi kimi mənə yardımını edərdi deyə, polisə “səfirliklə əlaqə saxlamaq istəyirəm” deyə müraciət etdim. Amma polis işçisi “hə, başqa nə istəyirsən?” deyirmiş kimi münasibət göstərirdi. Səfirliklə əlaqə saxlamaq, polis nəfərinin ümumiyyətlə fikrində yox idi.

    Yenidən mən, keçmiş sovet respublikalarına səfərə çıxan yaponlar tərəfindən düzəldilmiş “beynəlxalq insan haqları bildiriş”-ini polislərə göstərdim. Yaponca, ingiliscə, rusca yazılmış vərəqdə “səfirlik ilə əlaqə imkanı yaratmamaq beynəlxalq qaydalara ziddir” deyə yazılmış bəndi onlara göstərdim. Əslində həmin bildiriş rəsmi deyil, xüsusən keçmiş sovet ölkələrinə səfərə çıxan yaponlar tərəfindən qeyri-professional hazırlanmış bir bildiriş idi. Amma yenə də, polislər “bununla bizə neyləyə bilərsənki” deyirmiş kimi özlərini aparırdılar.

    Artıq hər şeyə ümidimi itirdim. Belə bir vəziyyətdə panikaya düşdüm. Yarı ağlamaq vəziyyətində ağlıma müxtəlif fikirlər gəlirdi. Düşünürdüm ki, bu vəziyyətdə itkin düşərəmsə heç bir yapon məndən xəbər tuta bilməyəcək, məni öldürəcəklər və s. başımdakı pis-pis fikirlərlə sakitləşə bilmirdim.(Niyə tutulduğunu, nə zaman buraxılacağını bilməyəndə adamın ağlına belə fikirlərin gəlməsi bəlkə də təbii idi.)

    Polislər də eyni zamanda, rüşvət təklifini etməyən mənlə necə davranacaqlarını deyəsən bilmirdilər. Sorğu-sual bitdi. Mən giriş qapısının yanındakı gözləmə zalındakı stulda rəzil bir vəziyyətdə oturub gözləməyə başladım. Bu zaman bir polisin məni izlədiyini nəzərdən qaçırmadım.Tualetə gedəndə belə gözü məndə idi. Polis idarəsinə gəlib-gedən mülki geyimli şəxslərin çoxu mənə yuxarıdan aşağı baxırmış kimi özlərini aparırdılar. Bir polis nəfəri, mənim, bələdçi kitabını o tərəf bu tərəfə vərəqlədiyimi görüb, əlini kitabın üzərinə tutaraq, oxumağıma mane olub, yüngülcə ayağımı təpiklədi.

    Bu səfər, bu cür mənlə rəftar, nə əvvəllər baş vermişdi nə də sonralar baş verdi. Birinci dəfə idi ki, belə bir rəftarla üz-üzə durduğumdan şoka düşmüşdüm. Eyni zamanda səfər müddətində belə bir qorxu hissi keçirməmişdim.

    Biraz keçdikdən sonra, orta məktəbdə dərs deyən bir ingilis dili müəllimi tərcüməçi kimi gəlib çıxdı. Onun vasitəsiylə yenidən sorğu-sual oldu. Amma, tərcüməçi də mənim demək istədiylərimi polisə çatdıra bilmirdi.

    Polis mənim pasportumun vərəqlərini bir-bir çevirməyə başladı. Heç bir aidiyyatı olmayan “Banqladeş vizası” haqqında da nəisə mızıldanırdı. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan qonşu Ermənistanla hal-hazırda atəşkəs vəziyyətindədir. Ermənistanla it-pişik kimidirlər.

    Polis passportumu yoxlamağa başlayanda, Ermənistanın möhürünü görsə yaxşı olmayacaq deyə ürəyimə dammışdı ki, düşündüyüm kimi, Ermənistanın möhürü olan səhifəni tapdı. Polis, “Niyə Ermənistana getmisən” deyə sanki günah işlətmişəmmiş kimi soruşdu. Səyahətə getmişdim deyə cavab verdim.

    Bu arada tərcüməçi “Bu bacarıqlı və işini bilən polisdi, sənin üçün ən yaxşı olanını edəcəyik” və s. deyirdi. Əməlli başlı xəyal qırıqlığına düçar olmuşdum. Həmin polis, 20 dəqiqə keçəndən sonra qayıtdı. Mən həmin polisi özümün son xilaskarı deyə düşünmüşdüm. Səy göstərirdim ki, həmin polis getməsin, amma faydasız idi.

    Bundan sonra giriş qapısının yanındakı gözləmə otağında otuzduruldum. Gözləyərkən, nə vaxta kimi belə bir vəziyyətin davam edəcəyini, növbəti olaraq kimin gələcəyini və s. heç bir şey ağlıma gəlmirdi. Səhər saat 10 idi ki, tutulmuşdum. Saata baxdıqda artıq axşama yaxın, saat 5 idi. Yadıma düşdü ki, yemək bir yana qalsın, heç mən su da içməmişəm. Polislər də yeməyə, içməyə heç bir şey verməmişdilər.

    Sonda, rütbəli bir Polis işçisi gəlib, “kifayətdi, çıx get” deyə ədayla ifadə etdi. Tutulma səbəbini izah belə etmədi. Rahat nəfəs alaraq, axır ki buraxdılar deyə rahatlıq hissi məni bürüdü. Əlbəttə, tutulmağımın səbəbini soruşmaq istəyirdim, amma olarə əsəbiləşdirsəydim, ola bilər yenə tutacaqdılar məni. Belə bir yerdən bir addım belə aralanardımsa qabağa düşmüş olacaqdım. Müti bir şəkildə “spaşiba”(yaponlar si-ni şi kimi tələffüz edirlər. Tərcüməçidən.) deyib, polis idarəsindən uzaqlaşdım.

    Bu hadisəylə bağlı mütləq Bakıdakı Yapon səfirliyinə yazılı surətdə məlumat verəcəkdim. Amma, səfərimə başım qarışdığından, səfər müddətində yapon səfirliyinə heç bir məlumat göndərmədən Yaponiyaya qayıdıb gəldim. Tutulduğum zaman, qorxu içərisində olsam belə, polisin adını “ad lövhəsində” görərək barmağımın uclarına qeyd etdim ( Qeyd dəftərinə yazsaydım aşkarlanma ehtimalı var idi. O üzdən qeyd dəftərinə yazmadəm).

    Bu hadisə, vəkil olacaq mən üçün, qiymətli bir təcrübə oldu. Zamanı bilinməyən saxlanılma qorxusu, dövlət orqanının qeyri-qanuni özbaşınalığı, və qarşı tərəfin dilində anlada bilmədiyin həyəcan !

    Son.

    Tərcüməçidən qeyd : Yaponlar Azərbaycan haqqında həddən artıq az məlumatlı yaxud tam məlumatsızdırlar. Yaponların əksəriyyəti “Azərbaycan” sözünü tələffüz etməkdə belə çətinlik çəkir.

    Hazırki şəraitdə, yaponların Azərbaycan haqqında təsəvvürü formalaşmamışdır. Son zamanlar yaponların ölkəmizə səfər etməsi xüsusən Azərbaycanın “İpək yolu” üzərində yerləşməsiylə bağlıdır.

    “İpək yolu” üzərində yerləşən ölkələr haqqında mistik bir təsəvvürü olan yaponun Azərbaycana səfər edib, Əliyevlərin başçılığı altında rüşvətxor, aqressiv, mədəniyyətsiz məmurların idarəçiliyi ilə acınacaqlı bir vəziyyətə salınmış Azərbaycan haqqında xülyaları da dağılmaqdadır. Yaponlar üçün bu təsəvvürün yerini isə sivil olmayan, yaşamaq üçün acınacaqlı, insanları ilə ünsiyyyət qurmaq lazımsız olan Azərbaycan tutur.

    Yaponlar ölkəmiz haqqında informasiyanı adətən internettən toplayır və tərcümə etdiyim bloqda Azərbaycan haqqında informasiyanı tapır…

    Yaponcadan tərcümə etdi : Şaiq Cəfərov

    Orijinal Mənbə : http://yuukitagata.sagafan.jp/e45093.html


    Admindən:
    Mən xəbəri bugün aşağıdakı bloqdan oxudum və olduğu kimi sayta yerləşdirdim.
    http://emajidli.wordpress.com/2010/11/02/japan/

    Özümdən onu əlavə edi bilirəm ki, Koreyada da insanların Azərbaycan haqqında bilikləri yaponlarda olduğu kimi çox azdır(yox səviyyəsində), ancaq burada olan tələbələr ölkəmiz haqqında ən azı indikindən yaxşı təsəvvür yaradıblar.
    Mən özümdə Azərbaycanda olmuş bir neçə koreyalının bloqunu oxumuşam və söz vermişəm ki, daha bu tip bloqlara daxil olmayacam.


    Açar sözlər: yaponiya, yaponlar, azerbaycan, azərbaycan, bloq yazilari, azerbaycanda olan yapon, polis, polis haqqinda, serheddiciler haqqinda


    Sağ ol dedilər: FaNcY,ilosa,Seo tae neul.
    Baxış sayı : (525) | Müəllif Azerweb 27 Dekabr 2010  Şərhlər (8) | Xəbəri yenilə...Çap elə

    Oxşar yazılar:
  • Koreya dili və əlifbası haqqında qısa məlumat
  • Cənubi Azərbaycan(Güney Azərbaycan)
  • Çingiz Abdullayev: “Azərbaycan mütaliə səviyyəsinə görə Gürcüs ...
  • Koreya dili ilə Azərbaycan dilinin daha bir müqayisəsi
  • İ. Əliyev Ermənistanla danışıqların dayana biləcəyini deyir

  • Reytinq: 
    7  (Səs: 9)
      Yazdı:   vauvao  
      Tarix:   8 May 2012 15:19.
    [url=http://youfisher.ru] тут [/url] [url=http://csfun.ru] тут [/url] [url=http://4os.biz] тут [/url] [url=http://ярулю.рф] тут[/url] [url=http://foresztin.info] тут[/url] [url=http://krendapupel.info] тут[/url] [url=http://lizabeaty.info] тут[/url]
    Grup: İstifadəçi
    Xəbər sayı:0
    Şərh sayı:278
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹8   |  Qeydiyyatdan keçib:  : 20.02.2012 | Yaşayış yeri : -- [Sitat gedirmək]   
      Yazdı:   vauvao  
      Tarix:   26 Fevral 2012 14:46.
    [url=http://robandroid.ru] роботы и андроиды [/url] [url=http://harley-motor.ru] harley davidson [/url] мотоциклы [url=http://www.ozmob.ru] сотовые магазины[/url]
    Grup: İstifadəçi
    Xəbər sayı:0
    Şərh sayı:278
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹7   |  Qeydiyyatdan keçib:  : 20.02.2012 | Yaşayış yeri : -- [Sitat gedirmək]   
      Yazdı:   apelsh  
      Tarix:   13 Fevral 2012 20:17.
    [url=http://ljazz.ru] о джазе[/url] [url=http://simoncats.ru/] саймон[/url] [url=http://historypsiho.ru] история [/url] [url=http://boxeo.ru] boxeo[/url] [url=http://classiclitra.ru] класическая литература[/url]
    Grup: İstifadəçi
    Xəbər sayı:0
    Şərh sayı:45
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹6   |  Qeydiyyatdan keçib:  : 10.02.2012 | Yaşayış yeri : -- [Sitat gedirmək]   
      Yazdı:   mativ  
      Tarix:   28 Yanvar 2011 18:09.
    əslində mənə bunların hamısından çox Azərbaycan haqda heç nə bilməyən yaponun Azərbaycanda nə işinin olması maraqlıdı ən azından o saytda Azərbaycanda (əgər turist kimi gəlibsə) gördüyü tarixi abidələrdən, insanların yaşayışından və ya siravi insanların xaricilərlə münasibətindən (ən azından onu bilirəm ki biz xaricilərə özümüzünkilərdən yaxşı davranırıq amma xaricdə bunun əksinədir) və s. başqa şeylərdən də yaza bilərdi...
    mən demirəm bizimkilər düz eliyib onlar səfirliyə müraciət etməliydilər... ancaq Azərbaycanda yaşayan biri olaraq bilirəm ki bizdə əksəriyyət hər hansı bir məsələyə birbaşa və birtərəfli yanaşır və biz kənardan bizə deyilən sözləri daha tez mənimsəyib ancaq özümüzü tənqid edirik...

    amma yenə də zəhmət çəkib məqaləni yerləşdirdiyiniz üçün təşəkkür edirəm winked
    bir yaponun sözü etalon deyil smile
    Grup: İstifadəçi
    Xəbər sayı:0
    Şərh sayı:3
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹5   |  Qeydiyyatdan keçib:  : 14.05.2010 | Yaşayış yeri : -- [Sitat gedirmək]   
      Yazdı:   Rasim  
      Tarix:   2 Yanvar 2011 00:18.
    bir letife yadima duwdu .bir cadugar olur her wey eliye bilir amma qariwqani file cevire bilmir.ona deyirlerki sene Azerbaycanli polisler komek ede biler get komek iste.neyse gelir bakiya polise deyirki ewitmiwem siz qariwqani fil ede bilirsiz mene bu qariwqani fil edinde.Reis deyir ewi sen narahat olma get seher gelib filini aparasan.seher acilir cadugar gelir bolmeye deyir hani fil?aparirlar cadugari kameraya ki bax fil burda.qariwqani oki var polisler doyurler qariwqa bawdiyir qiwqirmaga yaxwi yaxwi vurmuyun men filem fil. wink bir az wit oldu ama)))))))))))


    --------------------
    Grup: İstifadəçi
    Xəbər sayı:1
    Şərh sayı:60
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : 707611313  |  Şərhlər  : ¹4   |  Qeydiyyatdan keçib:  : 1.01.2011 | Yaşayış yeri : Sumqayit [Sitat gedirmək]   
      Yazdı:   Seo tae neul  
      Tarix:   1 Yanvar 2011 17:25.
    Çox pis oldum ,həqiqətən çox utandım.Sonra da deyirlər ki, bizim millət çox qonaqpərvər millətdir.Bizim qonaqpərvərliyimiz ancaq cibi dolu qonaqlar üçün,siyasətçilər ,vəzifəli şəxslər ,bir də 3 qəpiklik səsi olmayan müğənnilər üçündür.
    Grup: Golden user
    Xəbər sayı:20
    Şərh sayı:666
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹3   |  Qeydiyyatdan keçib:  : 19.07.2009 | Yaşayış yeri : Baki [Sitat gedirmək]   
      Yazdı:   aaaaaaaayyyyyyyyyyy  
      Tarix:   29 Dekabr 2010 19:18.
    xahis edirem bu kimi xeberleri tez tez veresiz.olduqca maraqlidir
    Grup: Qonaq
    Xəbər sayı:0
    Şərh sayı:0
    Mükafatlar:
     
    Reputasiya:
     | ICQ  : --  |  Şərhlər  : ¹2   |  Qeydiyyatdan keçib:  : -- | Yaşayış yeri : -- [Sitat gedirmək]   
      Yazdı:   FaNcY  
      Tarix:   27 Dekabr 2010 16:37.
    Aha bu barədə bilirəm..Bizi universitetdən ingilis dilimizi xaricilərlə praktikada istifadə etmək üçün səfirliklərə göndərirdilər...Yaponiya səfiriliyinə gedən tələblər yaponların Azərbaycana münasibəti(ya da bununla bağlı bir şey) soruşanda "Yaponiyada çoxu heç Azərbaycanı tanımır" cavabı aldılar.O ki qaldı Qarabağ məsəlsi...Bu barədə soruşanda təkidlə sualı təkarlasan belə söhbətin ətrafında fırlanıb yayınmağa çalışırlar...


    --------------------
    Grup: İstifadəçi
    Xəbər sayı:0
    Şərh sayı:16
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹1   |  Qeydiyyatdan keçib:  : 6.12.2010 | Yaşayış yeri : -- [Sitat gedirmək]   
    Şərh əlavə et
    Login
    Parol
     

    Müsəlmanam, namaz qılıram
    Müsəlmanam, namaz qılmıram
    Başqa dinə inanıram(qeyri-İslam)
    Dinlərə yox Uca varlığa inanıram
    Ateistəm
    Özümdə bilmirəm

    Ən yaxşı müəlliflər
      1    Azerweb 1256
      2    poveters 292
      3    haqverdi 137
      4    gypsyyy 96
      5    hobbit 67
      6    utopiya 34
      7    Rey Mysterio 30
      8    Rustem 28
      9    Seo tae neul 20
      10    X-Glamure 18


    Xəbərlər:
      Saat ərzində: 0
       Bugün: 0
      Ay ərzində 17
      Sayt yaranandan: 2349


    İstifadəçilər:
      Yeniləri:2
      Bir saat ərzində:0
      Ay ərzində:84
      Hamısı:2539
      Ban qoyulçuşlar:0


    ILK-10 Azeri Website Directory
    free counters
    eXTReMe Tracker
    Ãëàâíàÿ Reklam Ãëàâíàÿ Ãëàâíàÿ ñòðàíè÷êà. Âû õîòèòå çàðåãàòüñÿ ó íàñ íà ñàéòå?.