Azərbaycan 10 yaşlı şahmatçısı Günay Məmmədzadə Türkiyənin Antalya şəhərində keçirilmiş dünya çempionatında böyük uğura imza atıb. Məlumata görə, şahmatçımız bütün yaşıdlarını qabaqlayaraq, qızıl medala sahib çıxıb.
Çempionatda keçirdiyi 11 oyunun heç birində uduzmayan Məmmədzadə 1-ci yeri tutub. Bu yaş qrupunda yarışan digər həmvətənimiz Aydan Höccətova (8,5 xal) isə bürünc medala yiyələnib. Bundan başqa, Nərmin Kazımova (16 yaşlılar) və Abdulla Qədimbəyli (8 yaşlılar) də fəxri kürsüyə yüksəlməyə yaxın olublar. Lakin hər iki şahmatçımız əmsallar cədvəlinə görə, medalsız qalıblar. Nərmin 8 xalla 4-cü, Abdulla isə 8,5 xalla 5-ci pillədə qərarlaşıb.
Ümid edirəm ki, az yaşlı şahmatçılarımız böyüyəndə də uğurlarını davam etdirəcəklər və digər idmanlarda da şahmatdakı kimi uğurlarımız olacaq