 |
|
 |
|
 |
 |
Aforizmlər 1 |
|
 |
 |
 Zaman böyük müəllimdir,amma təssüf ki,bütün tələbələrini öldürür
Əmək nəzəriyyə ilə təcrübənin canlı vəhdətidir. (Aristotel)
Kitab sahilsiz dəniz,biliklər ümmandır. (Aybek)
Kitab təfəkkürün yorulmayan qanadlarıdır. (Aybek)
Bilik-həyatda faydalı olmaq naminə qazanılmalıdır. (F.Bekon)
Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir. (F.Bekon)
Kitablar bizi ötən əsrlərin mənəvi varisi edir. (N.Vəzirov)
Yalnız ağıl və idrakın hökmünə tabe edilən istedad,həqiqətən gözəl bədii əsərlər yarada bilər. (N.Bualo)
Elm sərkərdə,təcrübə isə onun əsgəridir. (Leonardo da Vinçi)
Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki,yeni dost qazanmışıq.Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir. (F.Volter)
Kitab insan ruhunun müqəddəs yazısıdır. (M.Qorki)
Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir. (A.R.Dyerdi)
Dünyada nə qədər kitab var belə, Çalışıb,əlləşib gətirdim ələ. Oxudum,oxudum,sonra da vardım, Hər gizli xəznədən bir dürr çıxardım. (Nizami Gəncəvi)
Elmdir cümlə sənətin dəyəri, Elmsiz sənətin nədir səməri? (A.Səhhət)
Təhsil xəzinədir,əmək onun açarı. (Seyid Əzim Şirvani)
Fəzilət,elm və mərifətdən məhrum olanlar üçün ölüm deməkdir. (M.T.Sidqi)
Kitab olmayan ev ruhdan ayrılan bədənə bənzər. (Siseron)
İnsanın öz düşüncəsi ən etibarlı köməkdir. (J.Fabrisi)
Allahın sənə verdiyi nemətləri itirmə.Onların əsəri səndə görünməlidir. (Hz.Əli(ə))
İki şey var ki.sonu görünməz.Ağıl və bilik. (Hz.Əli(ə))
Dahi insan bəşəriyyət kitabının sərlövhəsidir. (F.Hebber)
Şair xalqın səsi,əsrin səsidir, Vətənin ağsaçlı sərkərdəsidir, Hökmüylə ordular ayağa qalxır, Şerinin nəhrində daşlar da axır. (M.H.Şəhriyar)
Yaxşı məlahətli səsə malik,lakin kəmsavad olan xanəndə füsunkar bir qızın yaxşı çəkilmiş şəklinə bənzər:gözəldir,amma canı yoxdur. (Mirzə Muxtar)
Söz və hərəkət musiqinin qanadlarında daha yüksək məna kəsb edir. (A.V.Lunaçarski)
Ağıllı o adamdır ki,başqalarının müdrikliyindən və təcrübəsindən öyrənir. (X.Manuel)
İnsana arxadır onun kamalı, Ağıldır hər kəsin dövləti,malı. (Nizami)
Danışdığı sözün qiymətin bilə, Məcazi danışa,məcazi gülə. Kəlməsindəm ləli-cövhər süzülə, Tamam sözü müəmmalı gərəkdir. (Aşıq Ələsgər)
Həyat aləmində hər şeydən üstün, Cavanlıq günüdür ən qiymətli gün. Dünyada həyatdan yaxşı şey nədir? Gənclik günü ömrə bir nişanədir. (Nizami Gəncəvi)
Nəfsə tabe olmaq əql və kamala nöqsan gətirir və düzgün qərar çıxarmağa mane olur. (Kəlilə və Dimnədən)
Canlı həqiqət yaşayır və bütün canlılar kimi özünə yol açır. (M.Prişvin)
Yalan danışmaq - öz mənliyindən əl çəkmək deməkdir. ( O.Balzak)
Bizim inam və ümidlərimizin mənbəyi həqiqətdir. (A.Barbüs)
İnsan yalana vərdiş etdikdə,ağıl və istedad onu tərk edir. (B.Q.Belinski)
Şərabın birinci badəsi yanğı,ikinci şadlıq,üçüncü zövq,dördüncü isə dəlilik gətirir. (Anaxarsis)
İki şeyin qiyməti itəndən sonra bilinir:bir cavanlığın,bir də sağlamlığın. (ərəb atalar sözü)
Yemək verməlidir vücuda ləzzət, Çox olsa verəcək əzab-əziyyət (Sədi)
O qədər çox yemə,ağırlıq etsin, O qədər ac qalma,can əldən getsin. (Sədi)
Bədən sağlam olsa,saf olar söz də, Süst adam süst olar bədəndə,sözdə. (Nizami)
Gənclik bir qızıldır,ömrün əlindən, Düşərək torpağa yox oldu birdən. Tapmaq həvəsilə həmin qızılı. Torpağı yuyuram göz yaşıyla mən. (Xəqani)
Sadəlik - öz insanlıq ləyaqətini dərk etmək deməkdir. (İ.K.Fixte)
|
 |
Oxşar yazılar: Dost ikinci mən deməkdirLoğmanın öz oğluna məsləhətiİslam,elm və şüuraltıHikmətli sözlərAforizmlər 2
Reytinq:
2
(Səs: 4)
|
 |
|
 |
 |
Yazdı: Nurka |
Tarix: 13 Aprel 2011 20:26. |
 |
 |
 |
Sadəlik - öz insanlıq ləyaqətini dərk etmək deməkdir. (İ.K.Fixte) Yalan danışmaq - öz mənliyindən əl çəkmək deməkdir. ( O.Balzak) Bizim inam və ümidlərimizin mənbəyi həqiqətdir. (A.Barbüs) cox ela meslehetlerdir. Teshekkurler  |
Grup: Qonaq Xəbər sayı:0 Şərh sayı:0 Mükafatlar: Reputasiya: | ICQ : -- | Şərhlər : ¹10 | Qeydiyyatdan keçib: : --
| Yaşayış yeri : -- [Sitat gedirmək] |
 |
 |
|
Tarix: 19 Sentyabr 2009 05:11. |
 |
 |
 |
Lazim olanlari Word a atacam
--------------------
Ağaca Söykənmə Quruyar,Torpağa Güvənmə Əriyər. Tanrının Unutduğu Yerlərə Gedəcəm...Bir Gün Mütləq Azərbaycan Xalqının Düşünən Beynini ANS,Düşünməyən Beynini isə ATV Pozur... Designed by Baraka
|
Grup: Active user Xəbər sayı:15 Şərh sayı:459 Mükafatlar: Reputasiya: 0 | ICQ : -- | Şərhlər : ¹9 | Qeydiyyatdan keçib: : 19.09.2009
| Yaşayış yeri : Azerbaycan [Sitat gedirmək] |
 |
 |
|
Tarix: 28 Avqust 2009 17:04. |
 |
 |
|
Tarix: 24 Avqust 2009 18:01. |
 |
 |
|
Tarix: 22 Avqust 2009 20:41. |
 |
 |
|
Tarix: 25 Iyul 2009 18:20. |
 |
 |
|
Tarix: 24 Iyul 2009 18:07. |
 |
 |
|
Tarix: 24 Iyul 2009 17:44. |
 |
 |
|
Tarix: 24 Iyul 2009 17:10. |
 |
 |
|
Tarix: 24 Iyul 2009 12:51. |
 |
|
|