Bu proqram vasitəsi ilə siz çox asanlıqla videolardan xoşunuza gəlməyən hissəni kəsib çıxara bilərsiniz. Bu funksiya bir çox proqramlarda var, amma hər zaman olduğu kimi sizə ancaq ən yaxşı proqramları təqdim etməyə çalışıram.
Bu kiçik və sadə proqram vasitəsi ilə siz oyunları daha rahat oynayacaqsınız. Oyun oynamamışdan öncə proqramı işə salın və o sizin RAMınızı təmizləyəcək və lazımsız işləri dayandıracaq. Beləliklə, siz oyunu tutulmadan rahata oynaya biləcəksiniz. Proqram çox güclü oyun oynayanlara və ya kompüterləri zəif olsa da normal oyunlar oynamaq istəyənlər üçün lazımlı olacaq.
Sizə tam Azərbaycan dilində hazırlanmış bir proqram təqdim edirəm. Bu səyyah(brauzer) bir neçə il bundan əvvəl hazırlanıb. Səyyah digər səyyahlara funksionallıqda uduzsa da sadə interfeysi var və ən əsası öz dilimizdə olduğundan baxmağa dəyər.
Bu proqramın çox böyük qeyri-adiliyi odur ki, yaddaşı cəmisi 1.6mb olsa da fotoşopda olan əsas funksiyaların çoxusu var. Şəkillərlə işləmək üçün sizə kiçik proqram lazımdırsa o zaman bu proqram sizin üçündür.
Bu proqramı sadəcə açmaqla siz öz kompüteriniz haqqında bir çox çox maraqlı və lazımlı informasiya toplaya bilərsiniz. Düşünürəm ki, hər kəsin kompüterində olmalı olan proqramlardan biridir. Yaddaşı 500kb azdır.
Elektron kitab oxuyan zaman əsasən 2 format bizə lazım olur: Pdf və djvu. Djvu formatında olan kitabları oxumaq üçün bu proqramdan istifadə edə bilərsiniz. Buyurun ardında yükləyin.
Cızıq CD’lərinizə ikinci bir şans verin. Vacib bir CD və ya DVD’niz oxunamayacaq dərəcədə cızılıbsa bu vəziyyət cansıxıcı ola bilər, amma bu dünyanın sonu demək deyil. CD’lərinizi qurtarmaq üçün hələ də şansınız ola bilər. Sizləri bir neçə üsul ilə tanış edəcəm