DataLife Engine > Administrasiya xəbərləri > Sayt yenidən işini bərpa elədi

Sayt yenidən işini bərpa elədi


29 Iyun 2010. : Azerweb
Sayt yenidən işini bərpa elədi
Saytımızın daimi istifadəçiləri üçün qısa olaraq aşağıdakıları demək istərdim:

Son zamanlar burada(Koreyada) dərslərimiz çox çətinləşdiyi üçün bir müddət hətda saytı bağlamaq fikrinə belə düşmüşdüm, amma demək olarkı hər gün ya kimsə saytı mövcud olmasına görə təşəkkür məktubu yazır və ya Koreyaya aid və s mövzularda suallar soruşurlar. Eyni zamanda sayta hər gün yalnız axtarış sistemlərindən minimum 50 nəfər daxil olur və bu insanların çoxusu bu saytda tapdıqları informasiyanı başqa milli sayta tapa bilmirlər. Bu səbəbdən qərar verdim ki, hətda sayt tam gücü ilə işləməsə də saytın açıq qalması məsləhətdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, saytdan heç bir gəlir olmasa da mütəmadi hostinq və domain üçün müəyyən pul lazım olur.

Saytın gələcəyinə aid nəisə deməyə çətinlik çəkirəm, çünki çox istərdim ki, sizinlə bir çox maraqlı məlumatları bölüşüm və eyni zamanda xaricdə olan digər tələbələrə də öz biliklərini sizinlə bölüşmə üçün vasitə olum, ancaq bütün bu işlər dərslərlə bilavasitə əlaqədardır. Ona görə sadəcə bunu deyə bilərəm:

Artıq əvvəllər olduğu kimi konkret sistematik iş sizə söz vermək istəmirəm(ən azı ilk 2 ay üçün). Çalışacam hər zaman olduğu kimi bildiyim maraqlı məlumatları, musiqiləri və s sizinlə bölüşüm. Eyni zamanda çalışacam məntiqi suallar və yeni yaranmış intelektual suallar daha çox olsun, ancaq əvvəl olduğu kimi hər gün 3-5 xəbər saytda ən azı bir müddətli olmayacaq. Eyni zamanda gördüyünüz kimi saytın dizaynında bəzi sadələşmələr olub(bəzi əlavə modullar götürülüb). Əgər imkan olarsa çalışacam saytın dizaynını və ümumiyyətlə funksiyalarıda daha sadə və müasir üsulla hazırlayım.

Sonda bir daha 2 əlavə etmək istərdim
1) Hər gün saytdan xəbər gözləməyin, çünki ən azı bir müddətlik bu mümkün olmayacaq. İstəyirəm ki, xəbərlərin keyfiyyəti qalxsın.
2) Hər zaman olduğu kimi bütün şərhlər və şəxsi email və pm-lər oxunub cavablandırılacaq.