DataLife Engine > Administrasiya xəbərləri > Sayt xÉ™bÉ™rlÉ™ri
Sayt xÉ™bÉ™rlÉ™ri13 Fevral 2010. Đŕçěĺńňčë: Azerweb |
![]() Əvvəlcədən qeyd edim ki, hər bir saytımızı izləyən istifadəçimizin oxumasını istərdim. Onu da əlavə etmək istərdim ki, aşağıda olan dəyişiliklərin hər birinin 2 səbəbi var. a) Gözlənilmədən mənə Koreyada yaşayan tələbələrin yeni yaranmış təşkilatının saytını yaratmağı tapşırdılar. b) Mən istəyirəm ki, bu saytda olan hər bir yenilik səviyyəli və ən əsası davamlı olsun və buna görə də yeniliklər gec-gec olur. 1) Müsabiqə. Çox düşündüm və qərara aldım ki, nə qədər demək çətin olsa da deməliyəm ki, müsabiqəni İyul ayının ortalarına kimi təxirə salası olduq. Ən əsas səbəb odur ki, istəyirik ki, müsabiqə qalibləri layiqli insanlar olsun, ancaq müsabiqəni ədalətli aparmaq üçün vaxtımız azdır. 2 məsələni dəqiq deyə bilərəm a) Müsabiqə heç bir şərtlə İyul ayından o tərəfə qalmayacaq. b) Müsabiqənin ilk olan şərtləri dəyişdiriləcək və daha ədalətli olacaq. Sonda onu da deyim ki, düşünürəm ki, bu zaman ərzində kimin saytımızı xoşladığı üçün daxil olduğu kimin isə müsabiqə üçün daxil olduğu aydınlaşacaq. Onu da əlavə edim ki, mütləq saytımıza maraqlı xəbər göndərən istifadəçilərin müsabiqədə hiss olunacaq fərqləri olacaq(yaxşı mənada). 2) Xaricdəki tələbələr. Bəzi istifadəçilər soruşur ki, bu necə xaricdəki tələbələri saytıdır ki, burda, ancaq Koreya haqqında info var və ya niyə başqa ölkələr haqda info yoxdur. Onu demək istəyirəm ki, məndə artıq bəzi ölkələr haqqında məqalələr var sadəcə olaraq mən düşünürəm ki, onlar kifayət deyil ki, yeni bölmə açılsın. Bir çox xaricdə təhsil alan tələbər sayta qoşulmaq istəyir, ancaq mənim çox təəssüf ki onların hər birinə nə edəcəklərini izah etməyə zamanım yoxdur. Əgər siz istifadəçilər daha çox xəbər göndərsəniz və xəbər göndərən zaman bacardığınız qədər səliqəli göndərsəniz o zaman mənbə xəbərlərə ayırdığım zamanı həmən yaxınlarımla danışıb yeni çox maraqlı məqalələr hazırla bilərəm və beləcə siz Aznetdə olmayan informasiyanı ala bilərsiniz. Misal üçün Fransada necə pulsuz təhsil almaq olar, ordakı tələbələrin həyatı və s. 3) Xəbərlər. Çox istərdim ki, bu müddətdə saytımızın istifadəçiləri daha aktiv olsunlar. Öyrənmək gözəldir, ancaq öyrətmək ondanda. Bu saytı açmazdan öncə biz bloq açmağı düşünürdük və orda nə zaman istəsək özümüzə maraqlı olan yazıları yazmaq istəyirdik, ancaq sonra sayt açdıq ki, hər kəs fikirlərini bölüşə bilsin. Eyni zamanda onu da demək istəyirəm ki, bu saytda dərc olunan heç də bütün xəbərlər şəxsən mənim üçün maraqlı deyil. Misal üçün mobil bölməsi, ancaq istək çox olduğundan belə bir bölmə açdıq.Çox çox istərdim ki, maraqlı bilikləri bizimlə bölüşəsiniz, çünki məndə bu sayt vasitəsi ilə nəisə öyrənmək istəyirəm. Saytımızın məqsədləri çoxdur, ancaq hamısını burda yazıb sizi yormaq istəmirəm. Bunlar vaxtı gəldikcə deyiləcək. Sonda onu da əlavə edim ki, yaxşı olar ki, xəbər göndərəndə səliqəli yazasınız, çünki bəzən xəbərləri redaktə etməyə yeni xəbər yazmaqdan daha çox vaxt gedir. Saytımızda ən səliqəli xəbər göndərən istifadəçi gypsyyy-dir. Hər birinizdən maraqlı xəbər gözləyirik. 4) Şərhlər Saytımızın istifadəçiləri bilirlər ki, bu sayt çalışır digərlərindən fərqlənsin. İstəyirik ki, bizim istifadəçilərimizdə digər saytların istifadəçilərindən fərqlənsinlər. Ona görə çox xahiş edirəm ki, twk, mende var, yuklemedim və s tipli şərhlər yazmayın. Təşəkkür yazmaq istəyirsinizsə o zaman hər bir xəbərin sonunda olan "sağ ol de" sözünün üzərində klik edin. Misal üçün aforizmləri oxuyandan sonra onlara ya öz fikrinizi bildirin, ya oxşar məna verin aforizm yazın. Hər hansı mahnıya qulaq asandan sonra mahnıya münasibət bildirin, ya müğənniyə və s. 5) Forum və çat. Bu haqda həddindən artır sual və təkliklər gəlir. Bir daha demək istərdim ki, forum və çat hazırlamaq problem deyil, problem oların maraqlı etməkdir. Forum açdıq. Mən orda Koreya, İT bölmələrinin moderatoru oldum bəs o birilərə kim nəzarət edəcək? O nəzarət edənlərin özlərinə kim nəzarət edəcək? Eyni məsələ çat-a da aiddir. Hər ikisi inşallah yayda hazır olacağını düşünürəm. Moderatorlarda elə saytımızın maraqlı istifadəçiləri olacaq. O zamana kimi gərək bu saytı ayağa qaldıraq. 6) Olacaq yeniliklər. Yeni bölmələr açılacaq. İndi bunun üçün hazırlıqlar gedir. Yeni araşdırmalar, Psixologiya, Avtomobil, Sağlamlıq, İntelektual suallar(məntiqi suallardan fərqli) vəs. Saytın dizaynında biraz dəyişiliklər olacaq. Saytımıza yeni redaktor, və jurnalistlər əlavə olunacaq ki, bu da saytımızın işini daha sürətli edəcək. Həmən şəxslərin bir hissəsi sizlərdən olacaq. Bu haqda elan saytda dərc olunacaq. Bu sadəcə yaya qədər olacaq planların bir hissəsidir. Bizlərə uğurlar! |