"Tam mətn" xanasında da eyni qayda ilə işləmək lazımdır.Buraya əlavə edəcəyiniz hər bir mətni,şəkli və s.-ni istifadəçilər yalnız xəbərə daxil olduqdan sonra görə biləcəklər.Bir daha qeyd edirəm ki serverə yüklədiyiniz faylın saytda görsənməyi üçün
"Upload" pəncərəsindən həmin faylın üzərinə bir dəfə klik eləməklə həmin faylın kodunu
"Qısa mətn" və ya
"Tam mətn" xanasına əlavə eləmək lazımdır.Əgər xəbərə əlavə edəcəyiniz şəklin ortada görsənməyini istəyirsinizsə "Upload" pəncərəsində "Выравнивание" xanasından qoyulacaq şəklin mövqeyini seçmək lazımdır.
Xəbəri hazır elədikdən sonra verilmiş kodu yazıb
"Göndər" düyməsinə klikləyirsiniz.Əgər yazdığınız xəbərə hər hansı bir dəyişiklik etmək istəsəniz istifadəçi panelindən
"Xəbərlər/Şərhlər" bölməsinə daxil olmaqla edə bilərsiniz.Onu da qeyd edim ki,
"Baxış" düyməsi müvəqqəti olaraq işləmir.Yaxın vaxtlarda o problem aradan qaldırılacaq.Amma sizin göndərdiyiniz xəbərlər yoxlandıqdan sonra sayta əlavə olunacağı üçün narahat olmağa ehtiyac yoxdur.Əgər xəbərin yazılışında hər hansı səhv varsa biz onları düzəldib daha sonra sayta əlavə edəcəyik.
İndi isə yükləmələrdə vacib olan bəzi şeyləri nəzərinizə çatdırım:
1.Birinci səhifəyə qoyulacaq şəklin ekran ölçüsü
250 pixeldən(pikseldən) dən az olmalidir.Yaddaşı isə
20kb dan çox olmamalıdır.
2.Xahiş edirik yaddaşı
10 mb dan çox olan 1 faylı saytın serverinə yükləməyəsiniz.Başqa bir serverə yükləyib ordan link verə bilərsiniz.(bu vacibdir) Misal üçün rapidshare.com, depositfiles.com, boxca.com və s
3.Yüklədiyiniz
mp3 lərin yaddaşı
5mb dan aşağı olsa yaxşıdı.Bu digər istifadəçilərin rahatlığı üçündür.Azərbaycandakı internetin sürəti aşağı olduğu üçün yükləyənlər üçün narahatliq yarada bilər.
4.Yükləyəcəyiniz mp3 lərin adında həm müğənninin həm də mahnının adını yazmaq lazımdır.Bundan başqa
mp3 ün
tag larında bizim saytın adını qeyd etsəniz yaxşı olar. Bununla yanaşı saytın logosunu da mahnı əlavə etsəniz lap ela olar. Logonu buradan yükləyə bilərsiniz:
www.faydali.az-logo.rar [47.6 Kb] (Yükləmə sayı: 9)5. Proqram və kitabları rar faylına daxil edin və həmən rar faylının içinə bizim saytın txt faylını qoyun. Həmən faylı buradan yükləyə bilərsiniz.
www.faydali.az.txt [401 b] (Yükləmə sayı: 19)6. Çalışın maksimum hərf səhvləri olmadan təmiz Azərbaycan dilində yazasınız, yəni
"ə, ü,ö, ğ" və s həriflərdən istifadə etməklə.
Bir daha qeyd edim ki,əgər bu şərtlərə riayət edə bilməsəniz narahat olmayın,bütün əskiklikləri özümüz tamamlayacayıq.
Əgər kiminsə hər hansı xəbəri dərc edilmirsə onda ola bilsin o dərc olunacaq bir müddətdən sonra. Sadəcə olaraq vaxt lazımdır və ya elə ola bilər ki, biz onu yoxlamışıq və uyğun olmadığını hesab edib silmişik. Xəbər silinərsə sizə xəbər veriləcək və siz profilinizdə həmən xəbərin silindiyini görə biləcəksiniz.
Başqa sözlə xəbərin istifadəçi tərəfindən bizə göndərilindiyi gün dərc olunmamağı hələ onun heç vaxt dərc olunmayacağı demək deyil. Sonda bir daha qeyd etmək istərdim ki,sayta faydalı xəbərlər göndərməyiniz xahiş olunur. Bizim sayta öyrədici, faydali informasiyalara üstünlük veriləcək. Sevgi və s tipdə yazılar isə saytlarımızda maşallah kifayət qədər olduğu üçün bu mövzularda saytımıza xəbər göndərməsəniz daha yaxşıdır, çünki dərc olunma ehtimalı azdır. Bundan əlavə biz plagiatla məşğul deyilik və buna görə də hər hansı Azərbaycan saytında dərc olunan hər hansı xəbəri olduğu kimi köçürüb bizə göndərməyin, çünki bu tip xəbərlərin də dərc olunma ehtimalı yox səviyyəsindədir.
Xüsusi hallar isə bunlardır. Misal üçün hər hansı siyasi xəbəri ans və s tipli xəbər mənbələrindən götürüb bizim sayta əlavə etmək olar və ya hər hansı islam saytından xəbər götürmək olar, ancaq istənilən halda mənbəni məqalənin altında göstərin. Belə hal aşkar olunsa sizə xəbərdarlıq yazılacaq və təkrarlansa ban belə qoyula bilər. Məqsədimiz halal əziyyətlə xəbər yazanların müəllif hüquqlarını qorumaqdır.
Əgər hər hansı xəbəri başqa saytda götürüb bizə göndərirsinizsə mənbəni xəbərin sonunda mütləq göstərin
Sualınız varsa buyurun soruşun.
Sizlərə faydalı olmaq üçün çalışırıq.