 |
 |
Müsabiqə
Müsabiqədə iştirak et və player, fləş kart və s qazan |
 |
Status
Statusları almaq, onların fərqləri və s. haqqında |
 |
Azərbaycan tarixi
Azərbaycanın tarixinə aid hazırlanmış çox gözəl kiçik video proqram |
 |
Everland
Koreyanın eləcədə dünyanın ən nəhəng əyləncə mərkəzlərindən biri(şəkillər) |
 |
Faktlar
Şəkillər üzərində çox maraqlı faktlar |
|
 |
|
 |
|
 |
 |
Saytda Xəbər Dərc Etmək haqqında |
|
 |
 |
Əvvəlcə qeyd edim ki, Xəbər qoymaqdan qorxmayın. Hər hansı bir səhviniz olsa nəisə düz eləməsəniz biz onu düzəldəcəyik. Eyni zamanda siz xəbəri yazan kimi onlar dərc olunmur. Biz onları yoxlayıb sonra dərc edirik. Saytda qeydiyyatdan keçmiş hər bir istifadəçi saytda xəbər dərc edə bilər.Ona görə də əgər saytda xəbər dərc etmək istəyirsinizsə sayta qeydiyyatdan keçdiyiniz istifadəçi adı ilə daxil olun.Sayta daxil olduqdan sonra saytın sağ yuxarı küncündəki istifadəçi panelində "Xəbər yaz" bölməsinə daxil olursunuz.Beləliklə qarşınızda "Saytda xəbər dərc et" səhifəsi açılır.İndi isə o səhifədən istifadə qaydaları haqqında:Qoyacağınız xəbərin adını "Başlıq" xanasına yazıb,"Bölmə" xanasında xəbəri hansı bölməyə qoyacağınızı seçirsiniz.Əgər fikirləşirsinizsə ki, bu xəbəri 2 və ya 3 bölmənyə qoymaq olar bu zaman ctrl sıxılı saxlaya saxlaya həmən kateqoriyaların üzərində klik edirsiniz. Daha sonra "Kod" xanasında olan qovluq(faylların serverə yüklənməsi)şəklinin üzərinə bir dəfə klikləyirsiniz.Kliklədiyiniz zaman yeni "upload" pəncərəsi açılacaq.
Adından da görsəndiyi kimi bu pəncərə sizin xəbəri dərc edən zaman lazım olan şəkil,mp3,proqram və s. faylları saytın serverinə yükləməyiniz üçündür.Bunun üçün orada gördüyünüz "Choose..." düyməsinin üzərinə klikləyirsiniz və yükləyəcəyiniz faylı seçirsiniz.Daha sonra "Загрузить" düyməsinə klikləyirsiniz.Beləliklə fayl serverə yükləndi.Yüklədiyiniz faylı həmin səhifənin biraz aşağısında görəcəksiniz.
"Xəbər dərc et" səhifəsinə qayıdaq."Qısa mətn" xanasına yazilan hər bir mətn,şəkil və s. yalnız saytın 1 ci səhifəsində görsənəcək.Ona görə də ilk öncə yuxarıda qeyd etdiyim qaydada xəbərin ilk səhifədə görsənəcək olan şəklini serverə yükləyin."Upload" səhifəsində yüklədiyiniz şəklin adının üzərinə 1 dəfə klikləyin.Kliklədiyiniz zaman həmin şəklin kodu "Qısa mətn" xanasına düşəcək.O kodun ardınca qısa olaraq xəbər haqqında məlumat yazın.
"Tam mətn" xanasında da eyni qayda ilə işləmək lazımdır.Buraya əlavə edəcəyiniz hər bir mətni,şəkli və s.-ni istifadəçilər yalnız xəbərə daxil olduqdan sonra görə biləcəklər.Bir daha qeyd edirəm ki serverə yüklədiyiniz faylın saytda görsənməyi üçün "Upload" pəncərəsindən həmin faylın üzərinə bir dəfə klik eləməklə həmin faylın kodunu "Qısa mətn" və ya "Tam mətn" xanasına əlavə eləmək lazımdır.Əgər xəbərə əlavə edəcəyiniz şəklin ortada görsənməyini istəyirsinizsə "Upload" pəncərəsində "Выравнивание" xanasından qoyulacaq şəklin mövqeyini seçmək lazımdır.
Xəbəri hazır elədikdən sonra verilmiş kodu yazıb "Göndər" düyməsinə klikləyirsiniz.Əgər yazdığınız xəbərə hər hansı bir dəyişiklik etmək istəsəniz istifadəçi panelindən "Xəbərlər/Şərhlər" bölməsinə daxil olmaqla edə bilərsiniz.Onu da qeyd edim ki,"Baxış" düyməsi müvəqqəti olaraq işləmir.Yaxın vaxtlarda o problem aradan qaldırılacaq.Amma sizin göndərdiyiniz xəbərlər yoxlandıqdan sonra sayta əlavə olunacağı üçün narahat olmağa ehtiyac yoxdur.Əgər xəbərin yazılışında hər hansı səhv varsa biz onları düzəldib daha sonra sayta əlavə edəcəyik.
İndi isə yükləmələrdə vacib olan bəzi şeyləri nəzərinizə çatdırım: 1.Birinci səhifəyə qoyulacaq şəklin ekran ölçüsü 250 pixeldən(pikseldən) dən az olmalidir.Yaddaşı isə 20kb dan çox olmamalıdır.
2.Xahiş edirik yaddaşı 10 mb dan çox olan 1 faylı saytın serverinə yükləməyəsiniz.Başqa bir serverə yükləyib ordan link verə bilərsiniz.(bu vacibdir) Misal üçün rapidshare.com, depositfiles.com, boxca.com və s
3.Yüklədiyiniz mp3 lərin yaddaşı 5mb dan aşağı olsa yaxşıdı.Bu digər istifadəçilərin rahatlığı üçündür.Azərbaycandakı internetin sürəti aşağı olduğu üçün yükləyənlər üçün narahatliq yarada bilər.
4.Yükləyəcəyiniz mp3 lərin adında həm müğənninin həm də mahnının adını yazmaq lazımdır.Bundan başqa mp3 ün tag larında bizim saytın adını qeyd etsəniz yaxşı olar. Bununla yanaşı saytın logosunu da mahnı əlavə etsəniz lap ela olar. Logonu buradan yükləyə bilərsiniz: www.faydali.az-logo.rar [47.6 Kb] (Yükləmə sayı: 7)
5. Proqram və kitabları rar faylına daxil edin və həmən rar faylının içinə bizim saytın txt faylını qoyun. Həmən faylı buradan yükləyə bilərsiniz. www.faydali.az.txt [401 b] (Yükləmə sayı: 12)
6. Çalışın maksimum hərf səhvləri olmadan təmiz Azərbaycan dilində yazasınız, yəni "ə, ü,ö, ğ" və s həriflərdən istifadə etməklə.
Bir daha qeyd edim ki,əgər bu şərtlərə riayət edə bilməsəniz narahat olmayın,bütün əskiklikləri özümüz tamamlayacayıq.
Əgər kiminsə hər hansı xəbəri dərc edilmirsə onda ola bilsin o dərc olunacaq bir müddətdən sonra. Sadəcə olaraq vaxt lazımdır və ya elə ola bilər ki, biz onu yoxlamışıq və uyğun olmadığını hesab edib silmişik. Xəbər silinərsə sizə xəbər veriləcək və siz profilinizdə həmən xəbərin silindiyini görə biləcəksiniz. Başqa sözlə xəbərin istifadəçi tərəfindən bizə göndərilindiyi gün dərc olunmamağı hələ onun heç vaxt dərc olunmayacağı demək deyil.
Sonda bir daha qeyd etmək istərdim ki,sayta faydalı xəbərlər göndərməyiniz xahiş olunur. Bizim sayta öyrədici, faydali informasiyalara üstünlük veriləcək. Sevgi və s tipdə yazılar isə saytlarımızda maşallah kifayət qədər olduğu üçün bu mövzularda saytımıza xəbər göndərməsəniz daha yaxşıdır, çünki dərc olunma ehtimalı azdır. Bundan əlavə biz plagiatla məşğul deyilik və buna görə də hər hansı Azərbaycan saytında dərc olunan hər hansı xəbəri olduğu kimi köçürüb bizə göndərməyin, çünki bu tip xəbərlərin də dərc olunma ehtimalı yox səviyyəsindədir. Xüsusi hallar isə bunlardır. Misal üçün hər hansı siyasi xəbəri ans və s tipli xəbər mənbələrindən götürüb bizim sayta əlavə etmək olar və ya hər hansı islam saytından xəbər götürmək olar, ancaq istənilən halda mənbəni məqalənin altında göstərin. Belə hal aşkar olunsa sizə xəbərdarlıq yazılacaq və təkrarlansa ban belə qoyula bilər. Məqsədimiz halal əziyyətlə xəbər yazanların müəllif hüquqlarını qorumaqdır.
Əgər hər hansı xəbəri başqa saytda götürüb bizə göndərirsinizsə mənbəni xəbərin sonunda mütləq göstərin
Sualınız varsa buyurun soruşun.
Sizlərə faydalı olmaq üçün çalışırıq.
Sağ ol dedilər: Driada, Rey Mysterio, Seo tae neul, Level, R.G, Avisenna, utopiya, Banu, ramin488, qan-donor, baraka, ramin, perviz1995, gypsyyy, sexavet94, Cancersb, cuppulusaq.
|
 |
Oxşar yazılar: Bəzi bölmələrə keçidlər və sayt haqda qısa informasiyaSayta aid sual(çox xahiş olunur cavab verəsiniz)Domain və hostinq haqdaCrack, serial, keygen nədir?Kompüter terminləri(1)
Reytinq:
15
(Səs: 21)
|
 |
|
 |
 |
|
Tarix: 1 Mart 2010 09:31. |
 |
 |
|
Tarix: 1 Mart 2010 00:43. |
 |
 |
 |
nezere alaram...İndi isə yükləmələrdə vacib olan bəzi şeyləri nəzərinizə çatdırım: 1.Birinci səhifəyə qoyulacaq şəklin ekran ölçüsü 250 pixeldən(pikseldən) dən az olmalidir.Yaddaşı isə 20kb dan çox olmamalıdır
|
Grup: İstifadəçi Xəbər sayı:0 Şərh sayı:23 Mükafatlar: Reputasiya: 0 | ICQ : --------- | Şərhlər : ¹35 | Qeydiyyatdan keçib: : 1.03.2010
| Yaşayış yeri : Xacmaz [Sitat gedirmək] |
 |
 |
|
Tarix: 6 Fevral 2010 08:24. |
 |
 |
|
Tarix: 5 Fevral 2010 22:53. |
 |
 |
|
Tarix: 27 Yanvar 2010 15:05. |
 |
 |
|
Tarix: 27 Yanvar 2010 14:35. |
 |
 |
|
Tarix: 23 Yanvar 2010 16:07. |
 |
 |
|
Tarix: 23 Dekabr 2009 15:32. |
 |
 |
|
Tarix: 23 Dekabr 2009 15:05. |
 |
 |
|
Tarix: 23 Dekabr 2009 09:26. |
 |
 |
 |
Admin, noooooooooooooooldu? |
Grup: Golden user Xəbər sayı:90 Şərh sayı:758 Mükafatlar: Reputasiya: 2 | ICQ : -- | Şərhlər : ¹27 | Qeydiyyatdan keçib: : 18.10.2009
| Yaşayış yeri : Azərbaycan, Bakı [Sitat gedirmək] |
 |
 |
|
Tarix: 21 Dekabr 2009 08:47. |
 |
 |
|
Tarix: 20 Dekabr 2009 17:27. |
 |
 |
|
Tarix: 20 Dekabr 2009 15:25. |
 |
 |
 |
Xəbər yerləşdirməklə bağlı, baxca-dan necə yerləşdirim? Unutdunuz, nə tez? Dediniz ki, indi vaxtım yoxdur... |
Grup: Golden user Xəbər sayı:90 Şərh sayı:758 Mükafatlar: Reputasiya: 2 | ICQ : -- | Şərhlər : ¹24 | Qeydiyyatdan keçib: : 18.10.2009
| Yaşayış yeri : Azərbaycan, Bakı [Sitat gedirmək] |
 |
 |
|
Tarix: 20 Dekabr 2009 12:36. |
 |
 |
|
Tarix: 20 Dekabr 2009 11:58. |
 |
 |
|
Tarix: 12 Noyabr 2009 16:25. |
 |
 |
|
Tarix: 11 Noyabr 2009 17:12. |
 |
 |
|
Tarix: 4 Oktyabr 2009 17:22. |
 |
 |
|
Tarix: 21 Sentyabr 2009 02:47. |
 |
 |
 |
Sayita xeber yerlasdirmek Qabiliyyetim var///Narahat olmayiz
--------------------
Ağaca Söykənmə Quruyar,Torpağa Güvənmə Əriyər. Tanrının Unutduğu Yerlərə Gedəcəm...Bir Gün Mütləq Azərbaycan Xalqının Düşünən Beynini ANS,Düşünməyən Beynini isə ATV Pozur... Designed by Baraka
|
Grup: Active user Xəbər sayı:15 Şərh sayı:459 Mükafatlar: Reputasiya: 0 | ICQ : -- | Şərhlər : ¹18 | Qeydiyyatdan keçib: : 19.09.2009
| Yaşayış yeri : Azerbaycan [Sitat gedirmək] |
 |
 |
|
Tarix: 19 Sentyabr 2009 08:58. |
 |
|
 |
|
 |
|
 |
Indi saytda:
İstifadəçilər: 0
Robotlar: 2
Qonaqlar: 4
Hamısı: 6
|
 |
|
|