Statuslar haqda informasiya verməmişdən öncə bir neçə xırda məsələyə toxumaq istəyirəm.
1) Son zamanlar mənə çox adam deyir ki, statuslar nedi, boş şeydir vəs. Bizim istifadəçilərin sayt üzərində çəkdikləri əziyyətin qədərini göstərmək üçün statusdan başqa vasitəmiz yoxdur. Ona görə də statuslardan istifadə edirik və maksimum çalışırıq ədalətli olaq.2) Bəziləri deyirlər ki, xəbəri oxudum şərh neynirəm yazmağı. Hər kəs kimki xəbər yazıb o bilir ki, bir dənə sağ ol deməyin həmən xəbər yazan adama çox önəmlidir. Eyni zamanda əgər xoşunuza gəlməsə də xoşunuza gəlmədiyini də demək həm o xəbəri yazana həm də adminə çox vacibdir. Niyə sizin xoşunuza gəlməyən xəbər dərc edək? Xoşunuza gəlməyəndə gəlmədiyini deyin və elə xəbər dərc etməyək. Xoşunuza gələn zaman isə deyin ki, xoşunuza gəldi daha çox dərc edək. Eyni zamanda şərh yazlmayan xəbər divara deyilmiş söz kimidir. Sən əziyyət çəkirsən amma qarşı tərəfə nə təsiri oldu heç təsəvvür belə etmirsən. Ona görə sayta mütəmadi daxil olub şərh yazmayan istifadəçilərə sözüm odur ki, heç olmasa sizin üçün maraqlı olan xəbərlərə şərh yazın. Qısa zamanda yazdığınız şərhlərin müsbət təsirini özünüz hiss edəcəksiniz.3) Statusları nəyə əsasən kimə verdiyimizi oxumaq istəyirsinizsə bu məqaləni oxuyun:
http://faydali.az/administrasiya/29-status-almaq.html
4) Yeni il qabağı yeni bir status yağışı olacaq

Yeni ilə kimi aktiv olun ki, hər birinizin statusunu artıra bilək.
Status alanlar:Rustem adlı istifadəçimiz silver user statusu aldı. Bununla da o, bu statusu alan 4-cü istifadəçimiz oldu. Onun göndərdiyini "qiyamət gününün vaxtı bilindi" xəbəri saytımızda ən çox maraq doğuran xəbərlərdən biri oldu.
Active user statusu alanlar:
Bu statusu gypsyy, scarlet və baxram adlı istifadəçilərimiz əldə etdilər.
Gypsyy adlı istifadəmizi son günlərdə ən aktiv istifadəçilərdən biridir. Həm şərhlərdə aktivdir, həm də qısa zamanda kifayət qədər maraqlı xəbərlər göndərib. Çox bilmişlər adlı xəbər isə saytımızda ən maraqlı xəbərlərdən biridir.
Scarket adlı istifadəmizin şərh yazmaqda aktiv olmaqla yanaşı maraqlı aforizmlər və müdrik sözlərdən ibarət xəbərlər göndərməyi ilə seçilir.
Baxram adlı istifadə isə bizə 2 maraqlı xəbər göndərib və mütəmadi şərhlərlə öz fikirlərini bizimlə bölüşür, ancaq şərhlərdə biraz daha aktiv olsa daha yaxşı olar.
Gələn dəfə status almağa namizəd olan istifadəçilər:Gold user:
utopiya, Rey mysterio, Rustem, Seo tae neul
Silver user:
Gypsyy, scarlet, ramin,
Active user:
Bu statusu alacaq adam hələlik yoxdur, çünki son günlərdə saytda yeni aktiv istifadəçi yoxdur. Ancaq 1-2 həftə kifayət qədər aktiv olan istənilən istifadə bu statusu yeni il qabağı ala bilər.
Status alanların hər birini təbrik edirəm!Qeyd
1) Əgər sizin adınız gələn dəfə status alanların siyahısında yoxdursa bu o demək deyil ki, siz bizə daha çox xəbər göndərməlisiniz. Biz istəyirik ki, hər birinizi status çox olsun sadəcə siz maraqlı və faydalı xəbər göndərməkdə aktiv olun.
2) Statuslar göndərilən xəbərlərin sayına görə deyil dərc olunan xəbərlərin sayına görə müəyyən olunur.
3) Statusların kimlərə verilməsi haqda qaydanı bilmirsinizə o zaman bu xəbəri oxuyun:
http://faydali.az/administrasiya/29-status-almaq.html
Diqqət!Biz istəyirik ki, hər yazdığımız yazı sizin üçün daha asan oxunan olsun. Ona görə belə bir sual verəcəm
Sizcə məqalə çox uzun(həddindən çox izahlı) yazılıb? Əgər belə düşünürsünüzsə o zaman sizcə hansı hissə artıqdır? Necə qısaltsaq daha yaxşı olar?