Saytın bölmələri
  • Əsas səhifə
  • Registrasiya
  • Saytda axtarış©
  • Maraqlı
  • Bloq yazıları yeni
  • Öyrədici yazılar
  • Hekayələr
  • Xəbərlər və siyasət
  • Komputer və İnternet
  • Azərbaycan
  • Koreya
  •  » Proqramlar
     » Mp3
     » Video
     » Elektron kitablar
  • İslam
  • İdman
  • Oyunlar
  • Aforizmlər
  • Dahilər
  • Mobil
  • Maraqlı şəkillər
  • Avto-moto yeni
  • Məntiqi suallar
  • İntelektual suallar
  • Yeni araşdırmalar
  • Maraqlı saytlar və bloqlar yeni
  • Yumor
  • Administrasiya xəbərləri
  • Digər bölmələr:

    Tələbə.az
    Akademiya.net
    bizimnet.info
    dolu.biz
    bilikli.net
    kitabxana.net
    shagird.az
    azgraf.net
    khalilov.info
    Xaricidil.net
      Azərbaycanın 2011də orbitə buraxacağı peyk haqqda
      ---

    Azərbaycanın 2011də orbitə buraxacağı peyk haqqda
    Görəsən öz milli peykini orbitə çıxaran Azərbaycan bundan nə qazanacaq ?
    Müdafiə məqsədli milli peyki yaradılması Azərbaycan üçün daha məqsədəuyğun olardı

    Osman Gündüz
    Son dövrlərdə Azərbaycanın milli peykinin orbitə çıxarılması kifayət qədər aktual mövzuya çevrilib. Bununla bağlı xeyli suallar ortaya çıxıb. Görəsən öz milli peykini orbitə çıxaran Azərbaycan bundan nə qazanacaq? İnternetlə bağlı ptoblem öz həllini tapacaqmı? Bəlkə, peyki hazırlamazdan öncə


    Son dövrlərdə Azərbaycanın milli peykinin orbitə çıxarılması kifayət qədər aktual mövzuya çevrilib. Bununla bağlı xeyli suallar ortaya çıxıb. Görəsən öz milli peykini orbitə çıxaran Azərbaycan bundan nə qazanacaq ? İnternetlə bağlı ptoblem öz həllini tapacaqmı ? Bəlkə , peyki hazırlamazdan öncə kosmos sənayesini inkişaf etdirmək lazımdır ? Eyni zamanda peykin kimlər tərəfindən idarə olunacağı, yüz milyonllrla vəsait sərf olunan bu layihədə hansı risklərin olması da düşündürücü məqamlardır. Bu məsələlərə aydınılıq gətirmək üçün Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə müraciət etdik.


    Osman müəllim , məlum olduğu kimi ölkə rəhbəri Azərbaycanda kosmik sənayenin inkişafı ilə bağlı Dövlət Proqramının hazırlanması və Milli peyklərin buraxılması istiqamətində tədbirlərin görülməsi üçün xüsusi Sərəncam imzalayıb. Siz bunun əhəmiyyətini necə dəyərləndirirsiniz.
    Təbii, Azərbaycan da öz kosmik sənayesini inkişaf etdirmək istəyir. Ölkə başçısı artıq beynəlxalq qurumlarla görüşərkən bu haqda müəyyən mesajlar verib. Kosmik dövlətlər içərisində ölkəmizin də öz yerinin olması , əlbəttə çox yaxşı olardı. Kosmik bazarda yer tutmaq, bu bazarda resursların bölüşdürülməsində iştirak etmək Azərbaycan üçün çox şərəfli bir iş olardı.
    Nəzərə alın ki öz kosmik fəaliyyətini canlandırmaq istəyən tək biz deyilik. Bir müddət öncə Latviya, Belarus, Ukrayna, Kazaxstan da bu istiqamətdə xüsusi Dövlət Proqramlarını qəbul ediblər.

    Bu Proqramdan sizcə ölkəmiz nə qazanacaq, hansı nəticələr əldə olunacaq, milli kosmik sahənin inkişafı digər sahələrin də inkişafına təsir göstərəcəkmi ?
    Kosmik fəaliyyət müasir dövrdə yeni keyfiyyətlər əldə edib. Onun effektivliyinin ölçü vahidi sosial-iqtisadi və elmi-texniki sahədə əldə edilən nəticələrdən ibarətdir.
    Kosmosla məşğul olan ölkələrin təcrübəsi göstərir ki, onların prioriteti - necə deyərlər göydəki deyil, yerdəki problemlərin həllinə, hər bir vətəndaşın probleminin həllinə istiqamətlənib. Kosmos sahəsi elmi-texniki araşdırmalara, o da dolayısı ilə innovasiyalara yol açır. Artıq Avropa institutları tərəfindən kosmik texnologiyalar ölkələrin rəqabətədavamlılığı üçün əsas instrument kimi qəbul edilib. Kosmik rabitə digər rabitələrə nisbətən 5 dəfə ucuzdur.
    Bütün bunlar müasir dövrdə bu sahənin hansı keyfiyyətlərə mailik olduğunu göstərir. Bir sözlə müasir dördə kosmik sənaye qlobal və regional sosial-iqtisadi məsələlərin, elmi-texniki problemlərin həlli üçün əsas vasitəyə çevrilib.

    Axı biz balaca ölkəyik . Biz bu sahədə artıq uzun müddətdən bəri özünə yer tutmuş ölkələrlə necə rəqabətə davam gətirə bilərik ?
    Burada söhbət ondan getməməlidir ki, hansısa yer tutasan, kosmik yarışa, peyk yarışına başlayasan.
    Kosmik sənaye artıq qeyd etdiyim kimi həmin ölkənin problemlərinin həllinə, qüdrətlənməsinə, elmi intellektual potensialının artırılmasına xidmət etməlidir.
    Bizdə qəbul edilməsi nəzərdə tutulan Dövlət Proqramı da fikrimcə yalnız milli peykin orbitə çıxarılmasına deyil, bütövlükdə bu sahənin inkişafının startına xidmət etməlidir.
    Dövlət Proqramı kosmik fəaliyyət sahəsində dövlət siyasətinin tərkib hissəsi olmalıdır. Dövlət Proqramı kosmik fəaliyyət sahəsində dövlət, elm və uyğun biznes qurumlarının koordinasiyasının yaradılması və gücləndirilməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə, beynəlxalq qurumlarla əlaqələrin qurulmasına, infrastrukturun yaradılmasına start verməlidir.
    Avropanın bu sahədəki beynəlxalq qurumları ilə əlaqələrin qurulması xeyli faydalı olardı. Bu qurumların üzvü olan ən balaca ölkələr hazırda bir sıra qlobal kosmik layihələrin həyata keçirilməsində aktiv iştirak edirlər. Yerli kadrları beynəlxalq peyk şirkətlərində təcrübə əldə etmək üçün göndərilməsi nəzərdə tutulmalıdır və s.

    Osman müəllim, məlum olduğu kimi prezidentin məlum Sərəncamında bu Proqramın 3 ay müddətində hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilmişdi. Görülmüş işlərlə bağlı sizdə hansısa məlumatlar varmı? Hazırda bu sahədə işlər nə yerdədir.?
    Təəccüblənirəm ki, nə üçün görəsən bununla bağlı müzakirələr keçirilmədi və keçirilmir. Cəmiyyətə bu haqda informasiyalar verilmir. Bu cür Proqram ciddi elmi-texniki, sosial-iqtisadi araşdırmalardan sonra hazırlanmalı idi. Ən ciddi məsələ Prioritetlərin müəyyən edilməsi olmalı idi. Yəni, kosmik sənayenin inkişafında Azərbaycanın əsas məqsədi görəsən nədir ? Elə ölkələr var ki , onların məqsədi qeyd etdiyim kimi, öz daxili problemlərinin həllinə yönəlib, eləsi var ki, ancaq müdafiə qabiliyyətinin gücləndirilməsinə, ekologiya-meterologiya məsələlərinin həllinə yönəlib, eləsi də var ki, rabitə, xüsusi rabitə və tele-radio yayımı sahəsində tələbatın ödənilməsinə yönəlib.
    Təəssüfləndirici məqam ondan ibarətdir ki, bu proses əslində kifayət qədər geniş masştablı bir fəaliyyət sahəsini əhatə etməli olduğu halda, Milli kosmik proqram hazırlamaq əvəzinə hələlik söhbət yalnız milli peykin buraxılmasından gedir. Bir daha vurğulamaq istərdim ki, milli kosmik siyasət sənədi, effektiv kosmik fəaliyyət planı hazırlanması daha doğru olardı.

    Milli kosmik proqram dediyiniz sənəddə nələr nəzərdə tutulmalıdır ?
    Məhz bu sənəddə qeyd olunmalıdır ki , ölkədə kosmik sahənin mərhələli bir inkişaf variantı seçiləcək , yoxsa göyə bir peyk qaldırmaqla problemi bitmiş hesab edəcəklər.
    Bu sənəddən bilinməlidir ki, kosmik monitorinq nəticəsində kosmik vasitələrdən alınan informasiyadan kim, harada və necə istifadə edəcək ? Azərbaycan hansı beynəlxalq kosmik layihələrdə iştirak edəcək ? Kosmik vasitələrimizin təklif edəcəyi xidmətlərinin satılması üçün müştərilər necə tapılacaq ? Gələcəkdə hansı texnologiyaların inkişafı nəzərdə tutulur ? Yerüstü infrastruktur qurulacaqmı? Büdcədən bəlli bir ayırmalar olacaqmı ?

    Sizcə hazırda bu istiqamətdə atılan addımlar düzgün deyilmi?
    Fikrimcə yanlış istiqamətdə bəyanatlar daha çoxdur. Neft gəlirlərinin azaldığı, kosmik infrastrukturun və müvafiq kadrların olmadığı, bu sahə ilə əlaqədar qurumların potensialının vahid məqsədə yönəldilmədiyi indiki durumda radikal , intensiv addımlar atılması, böyük vəsaitlər hesabına yalnız peyk buraxılmasına diqqət yetirilməsi , fikrimcə düzgün olmazdı. Biz sonda büdcədən böyük vəsaitlərin itirilməsi ilə üzləşə bilərik.

    Osman müəllim, axı burada təəssüfləndirici məqam olmamalıdır. Bu, fikrimizcə çox yaxşı, Azərbaycan üçün önəmli bir hal deyilmi ki, öz milli peykimiz olacaq.
    Ona qalsa artıq bu sahədə bizdən xeyli təcrübəli olan Kazaxstan da ötən ilin sonunda öz peyklərini rusların köməyi ilə böyük təm-təraqla orbitə qaldırdılar. Bilirsiniz sonra nə baş verdi. 50 -60 milyon $-a başa gələn Peyk fəzada yoxa çıxdı. Bəli sadəcə kosmik fəzada idarəolunmaz bir hala düşdü və bildiyim qədər artıq onun axtarılması da dayandırılıb. Və hazırda Kazaxstanın Hesablama Palatası bu peykin hazırlanması ilə bağlı pulların necə xərclənməsini araşdırır. Nəticə ondan ibarət olub ki, pullar səmərəsiz və heç bir risklər nəzərə alınmadan xərclənib. Digər bir misal, bu yaxınlarda məlumat verildi ki, İranın da peyki qarşıya qoyulan məsələni həll edə bilməyib. 2006-cı ildə isə Belarusun 10 milyon $-a hazırladığı kiçik tutumlu Peyki heç havaya qalxa bilməyib partladı. Təsəvvür edin ki, 1 saniyədə büdcədən milyonlar yoxa çıxır.

    Bəs bu cür halların qarşısı necə alınır? Digər ölkələrin təcrübələri necədir?
    Düzgün sualdır ki, ilk öncə məhz təcrübənin öyrənilməsindən başlanılması düzgün olardı. Bayaq adını çəkdiyim ölkələr də birinci məhz bu istiqamətdə, daha çox infrastrukturun yaradılması, araşdırmaların aparılmasına üstünlük veriblər. Nəticə olaraq hazırda artıq 3 keçmiş sovet ölkəsi 2010 –cu ildə öz milli peyklərini buraxacaqlarını rəsmi olaraq elan ediblər və bu proqramlar üzərində konkret iş aparılır. Konkret proqramlar qəbul edilib. Bu ölkələrdən 2-sinin - Ukrayna və Belarusun artıq bu sahədə həm uğurlu həm də uğursuz olan təcrübələri var. Məsələn, Belarus yuxarıda qeyd etdiyimiz peykini qaldırmazdan öncə işini duz quraraq bu peyki 16 milyon $ -a sığortalamışdı və pulunu da geri ala bildi. İndi Belarus təklikdə deyil, Latviya ilə birgə bu iş üzərində yenidən işləyir. Latviya həm də ayrıca öz peykinin hazırlanması üzərində işləyir. Bu peyk, kiçik ölçülü, elmi-texniki və naviqasiya xidmətlərinin həyata keçirilməsi məqsədini daşıyır. Müəyyən infrastruktura malik olan Ukrayna 2010-cu ildə özünün növbəti rabitə peykini buraxmağa hazırlaşır.

    Osman müəllim, konkret olaraq Milli peykin, xüsusən də bizdəki kimi rabitə peykinin hazırlanması və orbitə çıxarılmasında hansı risklər var.
    Ən əsas risk yuxarıda qeyd etdiyimiz kimi, sadəcə peykin orbitə çıxarılaraq idarə olunacaq vəziyyətə gətirilə bilməməsi ehtimalıdır. Odur ki, bu cür risklərin qarşısını almaq üçün Layihələr qabaqcadan ciddi qurumlar tərəfindən sığortalanır. Bunun üçün isə ən azı elə peykin öz dəyəri qədər də vəsaitin ödənilməsinə ehtiyac yaranır. Bizdə hələlik, peykin hazırlanması ilə bağlı xərclər dedikdə bu tərəf nədənsə unudulur.
    İkinci risk Peyk tərəfindən təqdim olunacaq xidmətlər üçün müştərilərin tapılmasındadır. Adətən orta tutumlu rabitə Peykinin 20-30% -i həmin ölkənin daxili tələbatını ödəmək üçün kifayət edir. Qalan 70% resursu isə satmaq və ya icarəyə vermək lazımıdır. Hazırda bu sahədə kifayət qədər rəqabət olduğundan problemi həll etmək elə də asan deyil. “Əsas mal istehsal etməkdir, müştərini sonra taparıq” prinsipi ilə işləyənlərin aqibəti isə çox zaman kədərli olur.
    Üçüncü risk fikrimcə dayanıqlı xidmətin təmin edilməsi ilə bağlıdır. Belə ki, oturuşmuş Peyk şirkətləri xidmətlərini təqdim edərkən, əgər fors-major situasiya yaranarsa dərhal bu şirkətə məxsus digər peykdən istifadə ediləcəyinə dair müştərilər qarşısında öhdəlik götürürlər. Deməli əlavə peyklərin olmaması da müştəri tapılmasına təsir edən amillərdən olacaq. Düşünmürəm ki, yaxın müddətdə özəl qurum olacaq AzTelekom, həmçinin Delta Telekom kimi nəhənglər, AzEurotel, yerli Mobil və TV operatorlar bu cür qarantiyalar olmadan, ciddi bir yerli infrastruktura söykənməyən bu peykin xidmətindən istifadə etməyə asanlıqla razılıq versinlər. Eyni zamanda nəzərə almaq lazımdır ki, peykin təklif edəcəyi internet trafikin də tutumu kifayət qədər məhduddur.

    Onda belə çıxır ki əslində milli peykimizin orbitə çıxarılması ölkə üçün fayda gətirməyən bir Layihədir eləmi ?
    Yox , belə demək düzgün olmazdı. Sadəcə bu məsələlər ciddi olaraq araşdırılmalıdır. İndiki halda hansı peykin – rabitə yoxsa müdafiə məqsədli, yoxsa da elmi-informasiya yönümlü peykin orbitə çıxarılmasının Azərbaycan üçün əhəmiyyəti nəzərə alınmalıdır. Eyni zamanda hansı tutuma (resursa) malik peykin hazırlanmasının zəruriliyi araşdırılmalıdır. Düşünürəm ki, müharibə labüd olan ölkə olaraq , qonşularımızın da heç də hamısının xoş niyyətli olmadığını nəzərə alsaq, kiçik ölçülü müdafiə məqsədli, xüsusi rabitə məqsədli peykin hazırlanması da Azərbaycanın maraqlarına daha çox cavab verərdi. Bəlkə də Azərbaycan üçün indiki halda daha az tutuma malik kiçik həcmli peyklərin hazırlanması düzgün olardı. Nəzərə almaq lazımdır ki, indiki halda hətta bir sıra oturuşmuş şirkətlər, dövlətlər təklikdə deyil, bu tip ortaq Layihələrin hazırlanmasına, Peyklərin icarəyə götürülməsinə üstünlük verirlər. Ruslar 2000-ci ilin əvvəlində xarici şirkətə sifariş verərək peyk hazırlatdırıb, onun yalnız müəyyən bir hissə resursundan istifadə edilməsinə üstünlük vermişdilər. İstənilən Peykin istifadə müddəti məhdud- təxminən 15 il olduğundan demək bu müddətdə xərclərin çıxarılması üçün ondan effektiv istifadə ilə bağlı , konkret müştərilərin tapılması ilə bağlı məqamlar aydınlaşdırılmalıdır. Ən əsası isə bütün bunlardan öncə, əvvəlcə kosmik infrastrukturun qurulmasına , yerli potensialın bu sahəyə cəmlənməsinə, yerüstü infrastrukturun qurulmasına, kadr hazırlığına xüsusi diqqət yetirilməlidir.
    .
    Osman müəllim, bizdə buraxılması nəzərdə tutulan peyk üçün nə qədər vəsaitin tələb olunduğu məlumdurmu? Vəsait büdcədənmi ödəniləcək?
    Rəsmi olaraq hələlik bu haqda informasiyalar verilməyib. Ancaq hərdən RİTN rəsmiləri tərəfindən, milli peykin buraxılması üçün gah 50, gah da 100 milyon , bəzən 200 milyon vəsait tələb olunacağı haqda açıqlamalar verilir. Mən bu cür bəyanatlara ciddi yanaşmıram. Düşünmürəm ki, ölkə rəhbərliyi, konkret Maliyyə nazirliyi o qədər sadəlövh ola ki, ciddi əsaslar olmadan, qarantiyalar olmadan bu qədər vəsaiti büdcədən versin. Eyni zamanda bir daha vurğulamaq istərdim ki, bu istiqamətdə ciddi müzakirələr keçirilməlidir. Təəssüf ki, RİTN tərəfindən bu istiqamətdə nə konseptual bir sənəd , nə də əsaslandırılmış konkret təkliflər hələlik ortaya qoyulmayıb. Düşünürəm ki indiki halda kosmik texnologiyaların ölkənin ciddi sosial-iqtisadi problemlərinin həllinə kömək edəcəyinə cəmiyyəti və qərar qəbul edən insanları inandırmaq lazımdır.

    A. Əziz , Exo qəzeti , 02 may 2009-05-02




    Sağ ol dedilər: Seo tae neul,Sedosh,baraka.
    Baxış sayı : (570) | Müəllif Azerweb 13 Avqust 2009  Şərhlər (10) | Xəbəri yenilə...Çap elə

    Oxşar yazılar:
  • Dünyanın ən zəngin dövlətləri hansılardır ?
  • Dövlət orqanlarında işə qəbul
  • Beynəlxalq Böhran Qrupu: Dağlıq Qarabağ münaqişəsi yenidən alovlan ...
  • Serj Sarkisyan BBC-yə MÜSAHİBƏ verib
  • Fantastika reallığa çevrilir

  • Reytinq: 
    4  (Səs: 4)
      Yazdı:   scorpion76  
      Tarix:   1 May 2010 16:22.
    Bu peykle bağlı çox ümidlər var............
    Grup: İstifadəçi
    Xəbər sayı:0
    Şərh sayı:27
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹10   |  Qeydiyyatdan keçib:  : 1.05.2010 | Yaşayış yeri : Bakı [Sitat gedirmək]   
      Yazdı:   Leeds  
      Tarix:   4 Oktyabr 2009 17:29.
    Oxudum dogurdanda bu bizim mudafiemizde rol aynayacaqsa yaxsidir dunyada orbitde peyki olan olke cox azdir Azerbaycanin adinin orda olmasi SUPERDIR.
    Grup: İstifadəçi
    Xəbər sayı:1
    Şərh sayı:46
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹9   |  Qeydiyyatdan keçib:  : 2.10.2009 | Yaşayış yeri : Ingiltere [Sitat gedirmək]   
      Yazdı:   baraka  
      Tarix:   21 Sentyabr 2009 03:06.
    Oxudum hamisini Azerbaycan bu 70% resursu Sri Lankadan Tutmus bir cox Asiya Afrika C.Amerika olkelerine satacaq bu da bizim ucun boyuk bir nailiyyetdir.Daha Peyk aleminde Turkiyenin qulu olmaqdan canimizi qurtaririq.


    --------------------
    Grup: Active user
    Xəbər sayı:15
    Şərh sayı:459
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹8   |  Qeydiyyatdan keçib:  : 19.09.2009 | Yaşayış yeri : Azerbaycan [Sitat gedirmək]   
      Yazdı:   Kolera  
      Tarix:   22 Avqust 2009 12:04.
    Ne yalan deyim hec oxumadim Prosto sag olun wink
    Grup: Active user
    Xəbər sayı:2
    Şərh sayı:311
    Mükafatlar:
     
    Reputasiya: 1
     | ICQ  : --  |  Şərhlər  : ¹7   |  Qeydiyyatdan keçib:  : 17.08.2009 | Yaşayış yeri : Azerbaycan [Sitat gedirmək]   
      Yazdı:   Rustem  
      Tarix:   21 Avqust 2009 09:48.
    cox sagolun onu oxuyana kimi yuxum geldi aaaaaaaaa lol lol


    --------------------
    Grup: Silver user
    Xəbər sayı:28
    Şərh sayı:650
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹6   |  Qeydiyyatdan keçib:  : 19.08.2009 | Yaşayış yeri : Baki [Sitat gedirmək]   
      Yazdı:   Kajmeran_555  
      Tarix:   15 Avqust 2009 03:49.
    Çox uzun idi.Hamısını oxumağa hövsələm çatmadı wink Amma yenə də təşəkkürlər!
    Grup: İstifadəçi
    Xəbər sayı:0
    Şərh sayı:61
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹5   |  Qeydiyyatdan keçib:  : 18.07.2009 | Yaşayış yeri : -- [Sitat gedirmək]   
      Yazdı:   Sedosh  
      Tarix:   14 Avqust 2009 06:03.
    MELUMATA GORE TESEKKUR. MENCE ELA OLARDI! winked

    Grup: Active user
    Xəbər sayı:5
    Şərh sayı:137
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹4   |  Qeydiyyatdan keçib:  : 17.07.2009 | Yaşayış yeri : Baki [Sitat gedirmək]   
      Yazdı:   Rey Mysterio  
      Tarix:   13 Avqust 2009 18:16.
    Deyerli melumatlara gore cox sagolun
    Grup: Golden user
    Xəbər sayı:30
    Şərh sayı:449
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹3   |  Qeydiyyatdan keçib:  : 17.07.2009 | Yaşayış yeri : New Gunesli [Sitat gedirmək]   
      Yazdı:   Nigar_032  
      Tarix:   13 Avqust 2009 17:22.
    HMM winked XEBERE GORE TEWEKKUR
    Grup: Active user
    Xəbər sayı:0
    Şərh sayı:278
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹2   |  Qeydiyyatdan keçib:  : 16.07.2009 | Yaşayış yeri : Baki [Sitat gedirmək]   
      Yazdı:   Seo tae neul  
      Tarix:   13 Avqust 2009 12:27.
    Əgər həqiqətən də bu peyk ölkənin ciddi sosial-iqtisadi problemlərinin həllinə kömək edəcəksə onu buraxmaları super olar. smile
    Grup: Golden user
    Xəbər sayı:20
    Şərh sayı:666
    Mükafatlar:
     
    Reputasiya: 0
     | ICQ  : --  |  Şərhlər  : ¹1   |  Qeydiyyatdan keçib:  : 19.07.2009 | Yaşayış yeri : Baki [Sitat gedirmək]   
    Şərh əlavə et
    Login
    Parol
     

    Müsəlmanam, namaz qılıram
    Müsəlmanam, namaz qılmıram
    Başqa dinə inanıram(qeyri-İslam)
    Dinlərə yox Uca varlığa inanıram
    Ateistəm
    Özümdə bilmirəm

    Ən yaxşı müəlliflər
      1    Azerweb 1256
      2    poveters 292
      3    haqverdi 137
      4    gypsyyy 96
      5    hobbit 67
      6    utopiya 34
      7    Rey Mysterio 30
      8    Rustem 28
      9    Seo tae neul 20
      10    X-Glamure 18


    Xəbərlər:
      Saat ərzində: 0
       Bugün: 0
      Ay ərzində 17
      Sayt yaranandan: 2349


    İstifadəçilər:
      Yeniləri:2
      Bir saat ərzində:0
      Ay ərzində:84
      Hamısı:2539
      Ban qoyulçuşlar:0


    ILK-10 Azeri Website Directory
    free counters
    eXTReMe Tracker
    Ãëàâíàÿ Reklam Ãëàâíàÿ Ãëàâíàÿ ñòðàíè÷êà. Âû õîòèòå çàðåãàòüñÿ ó íàñ íà ñàéòå?.